Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4213/2023 02.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı və cavabdeh - Cavabdeh birgə nikahından dünyaya gələn, xx.xx.2014-cü il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatanadək cavabdehdən tutulan 170 (bir yüz yetmiş) manat alimentin məbləğinin artırılaraq aylıq 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi, barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan - X5 qulluğa görə cavabdeh – Cavabdeh əlavə olaraq 200 (iki yüz) manat məbləğində alimentin tutulması, 2022-ci ilin mart ayından indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq iddiaçı tərəfindən təkbaşına 4.760 (dörd min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı – İddiaçı ödənilməsi, orqanizm funksiyalarının 40 (qırx) % pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün cavabdeh - Cavabdeh 140 (bir yüz qırx) manat məbləğində əlavə xərcə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh - Cavabdeh ilə Yasamal Rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 989 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olub. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü - X7 anadan olub. Tərəflərin xasiyyətlərinin uyğunsuzluğu nəticəsində onlar arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4061/2020 saylı qətnaməsi ilə pozulub və bu nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü – X3 ananın himayəsində qalması, o, yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq 170 (yüz yetmiş) manat alimentin tutulması qət edilib. Artıq 3 (üç) ildir ki, cavabdeh yalnız aylıq 170 manat ödəməklə uşağın həyatında iştirak etdiyini zənn edir. Halbuki, artıq 2 ilə yaxındır ki, xx.xx.2014-cü il təvəllüdlü - X3 orqanizm funksiyalarının 40 (qırx) % pozulmasına görə onun barəsində üçüncü dərəcəli əlillik müəyyən edilib (bu faktı sübut edən e-gov.az saytından əldə edilmiş müvafiq çıxarış iddia ərizəsinə əlavə edilir). Belə ki, azyaşlı insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkir (əsas diaqnoq: şəkərli diabet tip 1, dəqiqləşdirilmiş ağırlaşmalarla E10.6). O, həkim tərəfindən təyin edilmiş xüsusi pəhrizlə qidalanır və xəstəliyi ilə əlaqədar zəruri dərmanlar qəbul edir. X3 qan şəkərinin davamlı izlənməsi üçün freestyle libre sensor aparatından istifadə edilir. Belə ki, şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin bunun üçün hər dəfə xüsusi iynə ilə uşağın barmağının deşilməsi fiziki və psixoloji travmaya səbəb olur. İddiaçı azyaşlı uşağının gün ərzində ən azından 6-7 dəfə bu ağrıya məruz qalmaması məqsədilə qandakı şəkəri ölçə bilmək üçün iynəsiz freestyle libre sensor aparatından istifadə edir. O, həmin aparatı indiyədək özü və qardaşının vəsaiti hesabına Fransadan təmin edib. İddiaçının vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə sözügedən aparatın nə dərəcədə əhəmiyyətli olması, üstünlükləri, aparatın istifadə müddəti, onun neçə dəfəlik istifadəyə yararlı olması, habelə freestyle libre sensor aparatının Azərbaycan Respublikasındakı orta bazar dəyəri və s. mühüm sualları özündə əhatə edən 364 nömrəli vəkil sorğusu ilə Azərbaycan Respublikası TƏBİB “Respublika Endokrinoloji Mərkəzi” X8 müraciət edilib. Buna cavab olaraq, “Respublika Endokrinoloji Mərkəzi” X11 tərəfindən iddiaçının vəkilinə 16 may 2023cü il tarixli, 37 nömrəli sorğuya cavab məktubu ünvanlanıb. Bu məktubda aşağıdakı məlumatlar öz əksini tapır: Şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin hər dəfə uşağın barmağının deşilməsi pasiyent üçün mənəvi və psixoloji travma deməkdir. Libranın əhəmiyyəti barmaq deşilmədən istənilən miqdarda ölçüm aparıb qlikemiyaları nəzarətdə saxlamaqdır. Bizim ölkədə rəsmi satışda yoxdur, xarici ölkələrdən gətizdirilir (kargo, poçt vasitəsilə). Qonşu ölkədən sifariş edərkən 1229 (bir min iki yüz iyirmi doqquz) TL- 110 (bir yüz on) AZN. Satıcılardan alınma qiyməti 140 (bir yüz qırx) AZN. Rəsmi olaraq 14 (on dörd) gün, xüsusi proqramlar var ki, 8 (səkkiz) gün əlavə vaxtını uzatmaq olur. Əhəmiyyətli və vacibdir. Şəkərli diabet xəstələri üçün vacib olan tibbi ləvazimatların siyahısına salınması çox böyük əhəmiyyət kəsb etmiş olar. Qeyd edilənlərdən də göründüyü kimi, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının qandakı şəkərini ölçmək üçün ayda 2 (iki) ədəd freestyle libre sensor aparatına ehtiyac var. Həmin aparatın 1 (bir) ədədinin satış qiymətinin 140 (bir yüz qırx) manat olduğu nəzərə alınsa, deməli X3 qəbul etdiyi dərman vasitələri və xüsusi pəhriz qidaları xaric, sadəcə onun şəkərinin ölçülməsi üçün aylıq 280 (iki yüz səksən) manat məbləğdə pul vəsaiti xərclənir. Bundan başqa, azyaşlı X5 diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozu da qoyulub. Bu cür diaqnoz qoyulmuş uşaqlarla həftədə 3 (üç) dəfə 1 (bir) saatlıq seanslarla xüsusi ixtisaslaşmış mütəxəssislər məşğul olurlar. 1 (bir) saatlıq seansın qiyməti 50 (əlli) manat təşkil edir. Bu isə həftədə 150 (bir yüz əlli) manat məbləğdə, ayda 600 (altı yüz) manat məbləğdə vəsait tələb edir. Bundan başqa, uşağın əlavə olaraq mütəmadi olaraq həkim müayinəsi və dərman ləvazimatlarına ehiyacı var və iddiaçı tərəfindən buna daimi olaraq vəsaitlər xərclənib və xərclənməkdə də davam edir. Beləliklə, bir daha qeyd etmişdir ki, X7 həm şəkərli diabet tip 1, həm də diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu isə onun aylıq maddi xərclərinin olduqca çox olduğunu, daha dəqiq minimum 900 -1000 manat olduğunu göstərir. Lakin təəssüflə qeyd etmişdir ki, bu xərclər yalnız iddiaçı tərəfindən qarşılanmaqdadır, cavabdeh övladına sərf olunan həmin xərclərdə iştirak etmir. Yeri gəlmişkən, uşaq mütəmadi olaraq baxıma ehtiyacı olduğu üçün iddiaçı hardasa daimi olaraq işləyə və qazanc əldə edə bilmir. Buna görə də iddiaçı cavabdehə qarşı “alimentin artırılması, əlavə xərclərdə iştirak və bununla bağlı digər tələblər” üzrə mediasiyaya müraciət edib. Lakin cavabdeh keçirilən mediasiya prosesində iştirak etməyib. Nəticədə, Bakı 14 saylı Mediasiya Təşkilatının mübahisə üzrə təyin etdiyi mediator X2 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00483 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib. Beləliklə, iddiaçının məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4061/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı - İddiaçı ödənilməsi qət edilib. Bildirmişdir ki, cavabdehin aylıq qazancı davamlı olaraq ən azı 2000 – 2500 manat məbləğdə olur. O, bahalı brend mağazalarda satış meneceri və müdir vəzifəsində çalışır. Odur ki, cavabdehin maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınaraq, X3 maddi və mənəvi tələbatlarının təmin edilməsi məqsədilə cavabdehdən tutulan alimentin məbləği artırılmaqla 500 (beş yüz) manat müəyyənləşdirilməlidir. Qeyd etdiyi kimi, X3 orqanizm funksiyalarının 40 (qırx) % pozulmasına görə onun barəsində üçüncü dərəcəli əlillik müəyyən edilib. İddiaçı əlilliyi müəyyən edilmiş yetkinlik yaşına çatmayan uşağına qulluq etdiyi üçün işləyə bilmir. Buna görə də cavabdehdən aylıq 200 (iki yüz) manat məbləğdə aliment tutularaq iddiaçıya ödənilməsi qanuna uyğundur və ədalətlidir. İddia ərizəsinə əlavə edilən X3 tibb kartasından çıxarış epikrizindən də göründüyü kimi azyaşlı - X7 2022ci ilin mart ayından bəri şəkərli diabet tip 1 xəstəliyindən əziyyət çəkir. Ona həm də diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozu qoyulub. 2022-ci ilin mart ayından bugünədək keçən 16 (on altı) ay ərzində azyaşlının tələbatlarının qarşılanması üçün (ayda 2 dəfə şəkər aparatının alınması, xüsusi pəhriz qidalarının tədarük edilməsi, həkim tərəfindən müəyyənləşdirilmiş dərman vasitələrinin alınması, Camal Ələsgərovun davamlı həkim müayinəsindən keçməsi, onun davamlı olaraq diqqət çatmamazlığın hiperaktiv pozuntusundan əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi seanslara aparılması və s.) təkbaşına iddiaçı tərəfindən on minlərlə manat məbləğdə pul vəsaiti xərclənib. Təkcə freestyle libre sensor aparatının 1 (bir) ədədini əldə etmək üçün 140 (bir yüz qırx) manat məbləğdə pul vəsaiti xərclənib. Nəzərə alınsa ki, sözügedən aparatın istifadə müddəti 14 gündür, deməli, iddiaçı ayda 2 (iki) – bir ildə 26 (iyirmi altı) ədəd freestyle libre sensor aparatı olmaqla, 16 (on altı) ay ərzində cəmi 34 (otuz dörd) ədəd bu aparatdan satın alıb. Başqa deyimlə, yalnız X3 qandakı şəkərini ölçmək üçün 16 (on altı) ay ərzində iddiaçı tərəfindən 4760 (dörd min yeddi yüz altmış) manat məbləğdə pul vəsaitinin xərclənib. Məhz bu məqamda xüsusilə vurğulamışdır ki, iddiaçı azyaşlı oğlunu davamlı olaraq həkim müayinələrinə və özəl uşaqlar üçün nəzərdə tutulmuş xüsusi seanslara aparır. İddiaçı qeyd edilənlərlə təkbaşına məşğul olduğu üçün onun əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olmayıb. O, hazırda da eyni səbəblərdən işsizdi. Belə olan halda, indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq iddiaçı tərəfindən təkbaşına ödənilmiş 4760 (dörd min yeddi yüz altmış) manat məbləğdə pul vəsaitinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı – İddiaçı ödənilməsi qanunauyğun və ədalətlidir. Təkrarən qeyd etmişdir ki, iddiaçı təkbaşına olaraq X3 qandakı şəkərini ölçmək üçün ayda 2 (iki) ədəd freestyle libre sensor aparatını satın alaraq təmin edib və etməkdə də davam edir. Həmin aparatın 1 (bir) ədədinin satış qiymətinin 140 (bir yüz qırx) manat olduğu nəzərə alınsa, azyaşlının qəbul etdiyi dərman vasitələri və xüsusi pəhriz qidaları xaric, sadəcə onun şəkərinin ölçülməsi üçün iddiaçı aylıq, hətta daha dəqiq 28 gün ərzində 280 (iki yüz səksən) manat məbləğdə pul vəsaiti xərcləyir. Belə olan halda hər ay sözügedən aparatdan birinin iddiaçı, birinin isə cavabdeh tərəfindən təmin edilməsi məqsədilə cavabdeh - Cavabdeh aylıq 140 (bir yüz qırx) manat məbləğdə gələcəkdə çəkilməsi zəruri olan əlavə xərcə cəlb edilməsi qanunauyğundur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində alimentin artırılmasını xahiş edir. O, iddianı qəbul etmir. Ərizədə göstərilənlər həqiqətə uyğun deyil. Qəti şəkildə bildirmişdir ki, övladına həm o, həm də nənəsi tərəfindən daim maddi yardım edilib. Nənəsi tibb işçisi olduğuna görə övladını daim nəzarətdə saxlayıb. Onun müalicə və digər xərclərini o və anası ödəmişlər. Son illərdə həm o, həm anası tərəfindən iddiaçının ünvanına çoxlu sayda pul vəsaiti, həm də aliment kimi pul göndərilmələri olmuşdur. Ona dəfələrlə mobil telefon almışdır. Sındırdığı da olub. Elə telefonlar almışdır ki, onun vasitəsilə öz təzyiqini, şəkərini yoxlaya bilir. Doğma övladıdır, çəkdiyi əziyyətin və xərclərin hesabatını apara bilməz. O, hazırda işləmir, anasının köməkliyi ilə dolanır, çalışacaq ki, iş tapıb işləsin. Bu səbəbdən alimentin artırılmasının əleyhinədir. İddiaçı müalicə ilə bağlı da pul tələb edir. Qeyd etmişdir ki, uşağa dövlət tərəfindən təqaüd verilir. Müalicəsi dövlət tərəfindən təmin olunur. Ambulator kitabçada da onun Respublika Endokrinoloji Mərkəzdə qeydiyyatda olması və hər ay insulinlər, test ştrif və insulin ucluğu ilə REM tərəfindən təmin olunması göstərilir. Ümid edir ki, ədalətli qətnamə qəbul ediləcək. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 989 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin məhkəməyə müraciət edilən gündən, yəni xx.xx.2020-ci il tarixdən tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin iddiaçı - İddiaçı və cavabdeh - Cavabdeh birgə nikahından dünyaya gələn, xx.xx.2014-cü il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatanadək cavabdehdən tutulan 170 (bir yüz yetmiş) manat alimentin məbləğinin artırılaraq aylıq 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Cavabdeh iddia ərizəsinə etirazda işləmədiyini bildirsə də, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən onun "xxxx" MMC-də menecer vəzifəsində işləməsi və əmək haqqının 1012,57 manat təşkil etməsi müəyyən olunur. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən onu da nəzərə alır ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə iddia tələbinin orqanizm funksiyalarının 40 (qırx) % pozulmasına görə barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan X1 üçün cavabdeh - Cavabdeh 140 (bir yüz qırx) manat məbləğində əlavə xərcə cəlb edilməsi hissəsinə münasibət bildirərək belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Belə ki, İddiaçı iddia tələbində göstərdiyi əlavə xərclər (xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclər) müvafiq qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarla əlaqədar yaranmış xərclərə daxildir. İşin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 şəkərli diabet tip 1 diaqnozu qoyulmuş, həmin diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməli, həmçinin ona diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozu da qoyulmuş, bu cür diaqnoz qoyulmuş uşaqlarla həftədə 3 (üç) dəfə 1 (bir) saatlıq seanslarla xüsusi ixtisaslaşmış mütəxəssislər məşğul olmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Endokrinoloji Mərkəzi” X10 vəkil sorğusuna 37 saylı, 16 may 2023-cü il tarixli cavab məktubuna əsasən şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində min. 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin hər dəfə uşağın barmağının deşilməsi pasiyent üçün mənəvi və psixoloji travma deməkdir. Libranın əhəmiyyəti barmaq deşilmədən istənilən miqdarda ölçüm aparıb qlikemiyaları nəzarətdə saxlamaqdır. Bizim ölkədə rəsmi satışda yoxdur, xarici ölkələrdən gətizdirilir (kargo, poçt vasitəsilə). Qonşu ölkədən sifariş edərkən 1229TL-110 manat, satıcılardan alınma qiyməti 140 manatdır. Rəsmi olaraq 14 gün, xüsusi proqramlar var ki, 8 gün əlavə vaxtını uzatmaq olur. Əhəmiyyətli və vacibdir. Şəkərli diabet xəstələri üçün vacib olan tibbi ləvazimatların siyahısına salınması çox böyük əhəmiyyət kəsb etmiş olar. Beləliklə, həmin sorğu cavabına əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməli və bunu barmaq deşilmədən etmək üçün, ayda 2 (iki) ədəd freestyle libre sensor aparatına ehtiyac var. Həmin aparatın 2 (iki) ədədinin satış qiyməti 280 (iki yüz səksən) manat təşkil edir. Məhkəmə iddia tələbinin barəsində üçüncü dərəcəli əlillik müəyyən edilmiş yetkinlik yaşına çatmayan - X5 qulluğa görə cavabdeh – Cavabdeh əlavə olaraq 200 (iki yüz) manat məbləğində alimentin tutulması, 2022-ci ilin mart ayından indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq iddiaçı tərəfindən təkbaşına 4.760 (dörd min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı – İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərərk qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı yetkinlik yaşına çatmayan uşağı X3 əlilliyinə görə 100 manat pensiya məbləği (müavinat) alır. Həmçinin o, 2022-ci ilin mart ayından indiyə qədər 34 (otuz dörd) ədəd freestyle libre sensor aparatının təmin edilməsi üçün tibbi xərc olaraq tərəfindən təkbaşına 4760 (dörd min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işin hallarını və eləcə də, qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi (borcu) olduğunu nəzərə alaraq hesab edir ki, uşağın aylıq müalicəsi üçün zəruri olan məbləğin yarısı, 140 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay 140 (yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4061/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay 140 (yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4213/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4213/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver