Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4237/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2, İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 İsafət oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı icarə haqqının ödənilməsi, maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı icarə haqqının ödənilməməsi, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Koperativindən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 6095 (altı min doxsan beş) ABŞ dolları məbləğində icarə haqqının, icarə Azərbaycan Respublikası haqqında dair 1000 (min) ABŞ dolları cərimənin,cəmi 7095 (yeddi min doxsan beş) ABŞ dolları məbləğində pulun, 5000(beş min) manat məbləğində zərərin, həmçinin ödənilmiş 141,16(yüz qırx bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun birdəfəlik tutularaq iddiaçılar- İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 ünvanda yerləşən 45 saylı mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 məxsus olmuşdur. 2017-ci ilin sentyabr ayında Cavabdeh MMC (hazırda MTK) iddiaçılara və onların yaşadıqları binanın digər sakinlərinə müraciət edərək, sonunculara 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının № 173 saylı, 23 iyun 2017-ci il tarixli Sərəncamının sürətini təqdim etmişdir. Həmin Sərəncama əsasən, iddiaçıların yaşadıqları mənzilin yerləşdiyi bina da daxil olmaqla Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin ərazisində yerləşən 4 mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi cavabdehə Cavabdeh MMC-yə həvalə edilmişdir. Nəticədə iddiaçılar ilə cavabdeh arasında “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli Müqavilə bağlanmışdır (bundan sonra Müqavilə). Həmin Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər Cavabdeh MMC hər ay İddiaçı2 və İddiaçı1 265(iki yüz altmış beş) ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı2 və İddiaçı1 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5% miqdarında cərimə ödənilməlidir. Cavabdeh sözügedən müqavilədə göstərilən öhdəliklərini yerinə yetirmədiyindən (nə yeni yaşayış sahəsini tikib iddiaçılara təhvil vermiş, nədə ki, onlara kirayə haqqı ödəmiş) iddiaçılar həmin müqavilənin ləğvi və pul tələbinə dair iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin İş № 2(004)-626/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbi qismən təmin edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli müqavilə ləğv edilmiş, Cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı 155000 (yüz əlli beş min) ABŞ dolları, icarə haqqına görə 8347,50 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları əlli sent) ABŞ dolları, icarə haqqına görə 835 (səkkiz yüz otuz beş) ABŞ dolları cərimə, təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimə, cəmi 184089,50 (yüz səksən dörd min səksən doqquz ABŞ dolları əlli sent) ABŞ dolları borc, 1000 (min) manat məbləğində mənəvi zərər və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 16 fevral 2021-ci il tarixli, 2(103)-636/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(004)- 626/2020 saylı qətnaməsi qismən - Cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları və təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimənin tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi hissələrində ləğv edilməsi, iddia ərizəsinin həmin hissələrdə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-636/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-636/21 nömrəli qətnaməsi 31 may 2022-ci il tarixdə cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, yuxarıda göstərilən məhkəmə qərarlarına əsasən cavabdeh 04 oktyabr 2017-ci il tarixdən başlayaraq 18 iyun 2020-ci il tarixədək (ümumi 34 ay müddət üçün) iddiaçılara icarə haqqı və ona dair cəriməni ödəmişdir. Lakin 18 iyun 2020-ci il tarixdən (birinci instansiya məhkəməsində verilən son dəqiqləşdirmə ərizəsinin tarixi) xx.xx.2022-ci il tarixədək (məhkəmə qərarının icra edildiyi tarix) iddiaçılar cavabdeh tərəfindən evi söküldüyünə görə öz hesabına kirayə evdə yaşamaq məcburiyyətində qalmışlar. Nəticədə, hər ay üzrə 265(iki yüz altmış beş) dollar hesablamaqla 18 iyun 2020-ci il tarixdən başlayaraq 31 may 2022-ci il tarixədək (ümumilikdə 23 ay) cavabdeh iddiaçıya 6095(altı min doxsan beş) ABŞ dolları pul ödəməlidir. Həmçinin, yuxarıda göstərilən müqaviləyə görə cavabdehə hər gecikmə gününə görə gecikdirilən məbləğin 5% miqdarında cərimə hesablanmalı olsa da, iddiaçılar cəmi 1000(min) ABŞ dolları məbləğində cəriməni iddiaçıdan tələb edirlər. Bundan başqa, cavabdeh iddiaçıların müvəqqəti məskunlaşması üçün nəzərdə tutulmuş kirayə haqqını sonunculara ödəmədiyindən, iddiaçılar maddi sıxıntılarla üzləşmiş, öz hesablarına kirayəşin həyatı sürməyə məcbur edilmişlər. Bununla da onlar dərin stressə və mənəvi sarsıntıya məruz qalmışlar. İddiaçılar onlara dəymiş mənəvi ziyanı 5 000 (beş min) manat məbləğində qiymətləndirirlər. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Əliyeva X3 elektron məhkəmə sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində iddiaçılar cavabdehdən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 6095(altı min doxsan beş) ABŞ dolları məbləğində icarə haqqının, icarə haqqına dair 1000(min) ABŞ dollar cərimənin tutulmasını məhkəmədən xahiş etmişlər. İddiaçı cavabdehdən 18 iyun 2020-ci il tarixdən (birinci instansiya məhkəməsində verilən son dəqiqləşdirmə ərizəsinin tarixi) xx.xx.2022-ci il tarixədək (məhkəmə qərarının icra edildiyi tarix) üçün icarə haqqını istəmişdir (ümumilikdə 23 ay). Tərəflər arasında bağlanılan “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər Cavabdeh MMC hər ay İddiaçı2 və İddiaçı1 265(iki yüz altmış beş) ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı2 və İddiaçı1 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5% miqdarında cərimə ödənilməlidir. Sözügedən müqavilənin ləğvi öz hüquqi qüvvəsini xx.xx.2022-ci il tarixdə almışdır (iş üzrə yekun məhkəmə aktının çıxarılma tarixi). Beləliklə, 18 iyun 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edən müddətə dair cavabdeh icarəçiyə aralarında bağlanılan müqaviləyə əsasən aylıq 265 (iki yüz altmış beş) ABŞ dollar məbləği ödəməlidir (19 ay üçün). Yerdə qalan 4 aya görə hər ay üçün 265(iki yüz altmış beş) dolları isə iddiaçılar cavadehdən o əsasla tələb edirlər ki, sözügedən müqavilə şərtlərinə əsasən, cavabdeh iddiaçılara hazır mənzili müqavilə qüvvəyə mindiyi tarixdən 24 təqvim ayı ərzində təhvil verməli idi, yəni 03 oktyabr 2019-cu il tarixdə. Bu tarixdə mənzil cavabdeh tərəfindən iddiaçılara təqdim edilsə idi, iddiaçılar həmin mənzili kirayə vermək imkanına malik olacaqlardı. Beləliklə də, iddiaçıların hüququ pozulmasaydı, onlar adi mülki dövriyyə şəraitində onlara məxsus mənzildən gəlir əldə edəcəkdilər. Azərbaycan Respublikası "xxxx" MMC-nin №MB15/0876 saylı, 17 avqust 2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 84.6 kv.m. olan 4 otaqlı mənzilin orta aylıq kirayə haqqı 18 iyun 2020-31 may 2022-ci il tarixə 750-850 manat təşkil edir. Cavabdeh - Cavabdeh MTK –dan ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 5035 (beş min otuz beş) ABŞ dolları məbləğində icarə haqqının, icarə haqqına dair 1000(min)ABŞ dollar cərimənin, 1060(min altmış) ABŞ dolları məbləğində maddi ziyanın, 5000 (beş min) manat mənəvi zərərin, həmçinin ödənilmiş 141,16 (yüz qırx bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun birdəfəlik tutularaq iddiaçılar – İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsi ahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 və eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Əliyeva X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Koperativin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı iddia edir ki, onunla bağlanılmış müqavilə üzrə öhdəliyini Fədək MMC icra etməmiş və icra etmədiyinə görə məhkəmə prosesləri dövrü üçün kirayə haqqını ödəsin və iddia ərizəsində də göstərçişlər ki, evi söküldüyü üçün o kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı kirayədə qaldığını və həmin kirayə haqlarının nə qədər təşkil etməsi barədə sübut təqdim etməmişdir. Müqavilə artıq ləğv edilmiş və ləğv edilən müqavilə üzrə bütün öhdəliklər (kompensasiya, maddi və mənəvi ziyan və s.) hamısı hesablanmış və ödənilmişdir. İlk növbədə iddiaçı kirayədə qalmamışdır, onun öz evi olub. Bundan başqa isə iddiaçılar iddia ərizəsini verməklə artıq iddianın əsassız olmasını qəbul etmişlər. Digər bir məsələ isə məhkəmə proseslərinin uzadılmasının təqsirkarı onlar deyil, qarşı tərəfdir. Əgər onların iddia tələbi dəqiq olsaydı, proseslər bu qədər uzadılmazdı. Əldən çıxmış faydaya gəldikdə isə müqavilənin ləğvi artıq qüvvəyə minmiş, iddiaçının nə itirdiyi məlum deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-626/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli müqavilə ləğv edilməsi, Cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı 155000 (yüz əlli beş min) ABŞ dolları, icarə haqqına görə 8347,50 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları əlli sent) ABŞ dolları, icarə haqqına görə 835 (səkkiz yüz otuz beş) ABŞ dolları cərimə, təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimə, cəmi 184089,50 (yüz səksən dörd min səksən doqquz ABŞ dolları əlli sent) ABŞ dolları borc, 1000 (min) manat məbləğində mənəvi zərər və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilsinməsi, 100 (bir yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 90 (doxsan) manat hissəsi Cavabdeh MMC-dən, 10 (on) manat hissəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-636/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin apellyasiya şıkayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-623/20 saylı qətnaməsi qismən-Cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Məkəzi Bankın rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimənin tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi hissələrində ləğv edilməsi, iddia ərizəsi həmin hissələrdə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2 (102)-230/22 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-636/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial təstiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.2155 ha torpaq sahəsində yerləşən 80 nömrəli, 4 mərtəbəli bina 84.6 kv.m ümümi, 64.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 45 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı1 ½ hissə, İddiaçı2 ½ hissə adlarında daşınmaz əmlakın dövlət reyestrində 551nömrəli reyestr kitabının 50748 nömrəli vərəqində xx.xx.2007-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin №MB15/0876 saylı, 17 avqust 2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 84.6 kv.m. olan 4 otaqlı mənzilin orta aylıq kirayə haqqı 18 iyun 2020-31 may 2022-ci il tarixə 750-850 manat təşkil edir. İddiaçılar ilə cavabdeh arasında 03 oktyabr 2017-ci il tarixdə bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilənin 1-ci maddəsinə əsasən, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 30 təqvim günü ərzində İddiaçı2 və İddiaçı1 mülkiyyətçisi olduqları və Tərəflərin 155000 ABŞ dolları məbləğində qiymətləndirdikləri ünvan 3 ünvanında yerləşən 45 saylı mənzili boşaldıb sökülməsi məqsədilə "xxxx" MMC-yə təhvil verirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, "xxxx" MMC ünvan 4 ünvanındakı 4 mərtəbəli yaşayış binasında İddiaçı2 və İddiaçı1 məxsus olan ümumi sahəsi 95,26 kv.m. olan 4 otaqlı mənzilin əvəzinə həmin yerdə inşa ediləcək binada, 15- ci mərtəbədə, Vaqif prospektinə baxan hissədə 4 otaqlı 50 nömrəli 120,65 kv.m. olan yaşayış mənzilini mülkiyyətçilərə verir və həmin 120,65 kvadrat metrlik yaşayış sahəsinin dəyərinin 155000 (yüz əlli beş min) ABŞ dollarına ekvivalent olan məbləğdə manatla İddiaçı2 və İddiaçı1 tərəfindən tam şəkildə ödənilməsi barədə sənədi həmin şəxslərə təqdim edir. Müqavilənin 4-cü bəndinə əsasən, 3-cü bənddə göstərilən mənzil tam təmirli vəziyyətdə İddiaçı2 və İddiaçı1 müqavilə qüvvəyə mindiyi tarixdən 24 təqvim ayı ərzində təhvil verilməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər "xxxx" MMC hər ay İddiaçı2 və İddiaçı1 265 ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı2 və İddiaçı1 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5 faiz miqdarında cərimə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; - 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. -441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. -441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. -424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasındakı "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilənin ləğvi və pul tələbi üzrə çıxarılmış Yasamal Rayon Məhkəməsinin 2(004)-626/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-230/22 saylı qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilə xx.xx.2022-ci il tarixə kimi qüvvədə olduğundan, həmin müqavilə üzrə öhdəliklərə xitam verilmədiyindən, cavabdeh tərəfindən müqavilənin müvafiq bəndinə uyğun olaraq ödənilməli olan icarə haqları ödənilmədiyindən 19 ay müddətinə, yəni 18 iyun 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi) icarə haqqının ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin icarə haqqının ödənilməsinin gecikdirildiyi gün üçün 5 % miqdarında cərimə hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, icarə haqqına dair 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimənin cavabdehdən iddiaçıların xeyrinə tutulması daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “qalan 4 aya görə hər ay üçün 265 ABŞ dolları” hissəsinə isə münasibətdə qeyd edir ki, mənzil təqdim edilsəydi həmin mənzilin kirayə müqaviləsi əsasında gəlir əldə edəcəyi ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə iddiaçıların bu hissədə mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçıların həmin mənzili kirayə verəcəyi və bundan gəlir əldə edəcəyi sadəcə ehtimaldır. İddiaçıların sözügedən mənzildən əvvəllər gəlir mənbəyi kimi istifadə edilməsi barədə sübutlar iş materiallarında yoxdur. 03 oktyabr 2017-ci il tarixdə bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilə üzrə də iddiaçılara ödənilmiş kirayə haqları onların müvəqqəti olaraq digər mənzildə yaşamaqları üçün verilməsi nəzərdə tutulmuş, iddiaçı da həmin müqavilə üzrə razılaşmışdır. Bundan əlavə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin №MB15/0876 saylı, 17 avqust 2022-ci il tarixli arayışı məhkəmə mötəbər sübut hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbi əsassız olduğundan iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçılar tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «Vəkil1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 5035 (beş min otuz beş) ABŞ dolları məbləğində icarə haqqı, icarə haqqına dair 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimə, cəmi 5285 (beş min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehdən iddiaçıların xeyrinə tutulsun. Dövlət rüsumu qalan hissədə iddiaçıların özlərinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4237/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4237/2022
28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver