Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4240/2023 08.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM **********04 Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 2.300 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 qanun üzrə vərəsələridir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 70,45 (yetmiş manat qırx beş qəpik) manat əsas, 19,96 (on doqquz manat doxsan altı qəpik) manat faiz, 0,45 (qırx beş qəpik) manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, ümumilikdə 90,86 (doxsan manat səksən altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM **********04 Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 2.300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X1 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli BPM **********04 nömrəli kredit müqaviləsinə əsasən 70,45 (yetmiş manat qırx beş qəpik) manat əsas, 19,96 (on doqquz manat doxsan altı qəpik) manat faiz, 0,45 (qırx beş qəpik) manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, ümumilikdə 90,86 (doxsan manat səksən altı qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 vərəsələridir və miras əmlakından müvafiq hissədə pay almışlar. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı bildirişlərdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 445.7 (gecikdimə üçün faiz borcuna münasibətdə), 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə) və 1151.1-ci (miras əmlaka münasibətdə) maddələri çıxış edir. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X2 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 qanun üzrə vərəsələridir və onlar miras əmlakından müvafiq hissədə pay almışlar. Nəticə etibarilə, MM-in 445.7, 739, 741 və 1151.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM **********04 Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 2.300 manat məbləğində kredit verilmişdir. Borcalan X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 qanun üzrə vərəsələridir. Qanun üzrə vərəsə qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 70,45 (yetmiş manat qırx beş qəpik) manat əsas, 19,96 (on doqquz manat doxsan altı qəpik) manat faiz, 0,45 (qırx beş qəpik) manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, ümumilikdə 90,86 (doxsan manat səksən altı qəpik) manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) müsbət nəticəsi olmamışdır. Sözügedən borc məbləği miras qoyanın vərəsəlik qaydasında keçən miras passividir və borcun ödənilməsi miras əmlakını qəbul etmiş hazırki mülki iş üzrə cavabdeh olan vərəsələrin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 70,45 (yetmiş manat qırx beş qəpik) manat əsas, 19,96 (on doqquz manat doxsan altı qəpik) manat faiz, 0,45 (qırx beş qəpik) manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, ümumilikdə 90,86 (doxsan manat səksən altı qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 70,45 (yetmiş manat qırx beş qəpik) manat əsas, 19,96 (on doqquz manat doxsan altı qəpik) manat faiz, 0,45 (qırx beş qəpik) manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, ümumilikdə 90,86 (doxsan manat səksən altı qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4240/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4240/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver