Məhkəmə qərarları › İş №e-2(004)-4243/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4243/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4243/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 281.18 (iki yüz səksən bir manat on səkkiz qəpik) manat əsas, 15.84 (on beş manat səksən dörd qəpik) manat faiz, 86,55 (səksən altı manat əlli beş qəpik) manat dəbbə olmaqla, cəmi 383,57 (üç yüz səksən üç manat əlli yeddi qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2021-ci il tarixli NRNPU-08623 saylı kredit müqaviləsinə əsasən illik 15%(on beş) olmaqla 12(on iki) ay müddətinə 1100 (min yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 25 iyun 2021-ci il tarixli NRNPU-08623 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh arasında bağlanmış 25 iyun 2021-ci il tarixli, NRNPU-08623 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 281.18(iki yüz səksən bir manat,on səkkiz qəpik) manat, faiz borcuna görə 15.84(on beş manat,səksən dörd qəpik)manat, dəbbə borcuna görə 86.55(səksən altı manat əlli beş qəpik) manat, cəmi 383.57(üç yüz səksən üç manat əlli yeddi qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 25 iyun 2021-ci il tarixli, NRNPU-08623 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 281.18(iki yüz səksən bir manat,on səkkiz qəpik) manat, faiz borcuna görə 15.84 (on beş manat, səksən dörd qəpik) manat, dəbbə borcuna görə 86.55(səksən altı manat əlli beş qəpik) manat olmaqla, cəmi 383.57 (üç yüz səksən üç manat əlli yeddi qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış NRNPU-08623 saylı 25 iyun 2021-ci il tarixli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12(on iki) ay müddətinə illik 15%(on beş) ödəmək şərtilə 1100(min yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.9.1; 2.9.2-ci bəndinə əsasən, borcalan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən müqavilə müddəti ərzində 1 saylı Əlavə üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i qədər ilk gündən başlayaraq gündəlik cərimə hesablanır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 281,18 (iki yüz səksən bir manat on səkkiz qəpik) manat əsas, 15,84 (on beş manat səksən dörd qəpik) manat faiz, 86,55 (səksən altı manat əlli beş qəpik) manat dəbbə olmaqla, cəmi 383,57 (üç yüz səksən üç manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, NRNPU-08623 saylı 25 iyun 2021-ci iltarixli kredit müqaviləsi üzrə yaranmış borcun 3 iş günü müddətində banka ödənilməsi xahiş edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən olundu ki, cavabdeh 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 15%(on beş) faizlə 12(on iki) ay müddətinə 1100(min yüz) manat kredit götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunsa da, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehnn banka 25 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 281,18 (iki yüz səksən bir manat,on səkkiz qəpik) manat əsas, 15.84(on beş manat səksən dörd qəpik)manat faiz, 86,55 (səksən altı manat əlli beş qəpik) manat dəbbə olmaqla, cəmi 383,57 (üç yüz səksən üç manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır. Bundan əlavə, İddiaçı ASC tərəfindən müvafiq iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 86,55 manat cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, cavabdehdən 281,18 (iki yüz səksən bir manat on səkkiz qəpik) manat əsas, 15,84 (on beş manat,səksən dörd qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 317,02 (üç yüz on yeddi manat iki qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh NRNPU-08623 saylı 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 281,18 (iki yüz səksən bir manat on səkkiz qəpik) manat əsas, 15,84 (on beş manat,səksən dörd qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 317,02 (üç yüz on yeddi manat iki qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar