Məhkəmə qərarları › İş №e-2(004)-4246/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4246/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4246/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas bоrc, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik) manat məbləğində borcun, həmçinin dövlət büdcəsinə ödənilmiş 72,93 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 298654 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 (beş min) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh «X2 Azərbaycan» QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 14 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan əlavədə müəyyən оlunmuş kreditin qaytarılma cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə xx.xx.2024-cü il tarixə 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan “X2 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya gecikmədə olan borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə borcuna münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” “X2 Azərbaycan” QSC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə cərimə pulunun tələb həddində müəyyən edilməsini əsaslı hesab edir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh «X2 Azərbaycan» QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 14 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələbini pоzaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə, Cavabdeh kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə xx.xx.2024-cü il tarixə 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 72,93 (yetmiş iki manat doxsan üç qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas bоrc, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik ) manat məbləğində bоrc və ödənilmiş 72,93 (yetmiş iki manat doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” QSCyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4895,22 (dörd min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik ) manat məbləğində əsas bоrc, 361,42 (üç yüz altmış bir manat qırx iki qəpik ) manat məbləğində faiz bоrcu, 36,75 manat (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5295,39 (beş min iki yüz doxsan beş manat otuz doqquz qəpik) manat məbləğində bоrc və ödənilmiş 72,93 (yetmiş iki manat doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar