Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4253/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Rüfət oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8212/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsiilə Cavabdeh birgə nikahdan olan 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində tutulmuş alimentin hər ay sabit olaraq 250,00 (iki yüz əlli) manata artırılması və mediasiya təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 21 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahından 08 mart 2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8212/2017 saylı, 27 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2008-ci ildə Səadət sarayında (Bakı nikah evi) bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında 3256 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 08 mart 2011-ci il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalması, 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 140,00 (bir yüz qırx) manat aliment tutulması, alimentin tutulmasının əvvəli 25 iyul 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Belə ki, yuxarda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşağın təminatının təmin edilməsi üçün bügün ki, günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşağın böyüməsi, onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında iddiaçı bir valideyn kimi iştirak etməsinə baxmayaraq onların maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşağın maddi təminatının təmin edilməsi iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifə borcudur. Uşağın saxlanılmasındaCavabdeh tutulan 140,00 (bir yüz qırx) manat azlıq təşkil edir. Tərəflər arasında alimentin artırılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh müsbət cavab verməmiş, bundan sonra iddiaçı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 9 saylı Mediasiya Təşkilatı tərəflər arasında ailə mübahisəsinə baxmaq üçün mediator X1 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 15 iyul 2022-ci il tarixdə təyin olunmuşdur. İddiaçının səlahiyyətli nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsədə, Cavabdeh tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X3 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə MŞB/9-00117 nömrəli, 15 iyul 2022-ci il tarixli arayış verilmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8212/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində tutulmuş alimenti hər ay sabit olaraq 250,00 (iki yüz əlli) manata artırılması və mediasiya təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı “Aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etdikdən sonra əldə olunmuş **********8 nömrəli, 15 iyul 2022-ci il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeyilində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh 803,88 (səkkiz yüz üç manat, 88 qəpik) manat məbləğində əmək pensiyası və 80,39 (səksən manat, 39 qəpik) manat məbləğində yardım ödənilir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Cavabdeh “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa ehtiyata buraxılmış zabitdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından hər ay əmək pensiyası alır. Bu səbəbdən hesab edirlər ki, məhkəmə tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün Cavabdeh hər ay 1 uşağa görə gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutmalıdır. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8212/2017 saylı, 27 dekabr 2015-ci il tarixli qətnaməsi ilə sabit pul formasında tutulmuş alimentin cavabdehdən hissəvi formada tutulmasına dəyişdirilməlidir. Qeyd olunanları nəzərə alaraq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8212/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140,00 (bir yüz qırx) manat sabit pul məbləğində tutulmuş alimentin Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına dəyişdirilməsi və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, oğlu 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimenti vaxtıvaxtında, hətta tutulan aliment məbləğindən çox ödəniş etdiyini bildirmişdir. O, hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına razıdır. Lakin ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin ondan deyil, iddiaçıdan tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T 034684 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 mart 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8212/2017 saylı, 27 dekabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2008-ci ildə Səadət sarayında (Bakı nikah evi) bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında 3256 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 08 mart 2011-ci il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalması, 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 140,00 (bir yüz qırx) manat alimentin tutulması, alimentin tutulmasının əvvəli 25 iyul 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 iyul 2022-ci il tarixli **********8 saylı arayışdan görünür ki, Mərkəzi filial tərəfindən Cavabdeh 803,88 manat məbləğində əmək pensiyası və 80,39 manat məbləğində maddi yardım ödənilir. İş materiallarında olan 19785 nömrəli 15 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına mediasiya xərci olaraq 50 manar rüsum ödənilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 08 mart 2011-ci il təvəllüdlü X2 ananın yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 iyul 2022-ci il tarixli **********8 saylı arayışdan görünür ki, Mərkəzi filial tərəfindən Cavabdeh 803,88 manat məbləğində əmək pensiyası və 80,39 manat məbləğində maddi yardım ödənilir. İddiaçı sabit məbləğdə tutulan alimentin dəyişdirilərək, cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Cavabdeh iddiaçının sözügedən iddia tələbi ilə razılaşır. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (140 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatı da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyidirilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə uşağın valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu, cavabdehin də razılığını nəzərə alıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8212/2017 saylı qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilməli, 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8212/2017 saylı qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilsin. 08 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4253/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4253/2022
25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver