Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4260/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Namazov Osman Mustafa oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3270,13 manat olmaqla, cəmi 3270,13 manat borcun, 52,71 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Namazov Osman Mustafa oğlu "xxxx" ASC-nin Asan 3 şöbəsi ilə bağlanmış BPM**********44 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 24 ay müddətinə, 18 faizlə, 5000 manat məbləğində pul vəsaiti əldə etmişdir. X2 Mustafa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən Namazov Osman Mustafa oğlunun ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh2, oğlanları - Cavabdeh1 və Cavabdeh3 miras əmlakı qəbul etməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Namazov Osman Mustafa oğlunun banka əsas borc üzrə 3270,13 manat olmaqla, cəmi 3270,13 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehlər miras əmlakı qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən göstərilmiş səy heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, mərhum Namazov Osman Mustafa oğlunun yeganə vərəsəsi olduğunu, övladlarının miras əmlakdakı paylarını ona bağışladıqlarını, miras əmlakın tam olaraq onun mülkiyyətinə keçdiyini bildirmiş və iddianın ona qarşı hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, mərhum Namazov Osman Mustafa oğlundan miras qalmış əmlakda - ünvan 1-də onun vərəsələri (2 oğlu və arvadı) - hazırki iş üzrə cavabdehlərin hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Həmin notariat ofisi tərəfindən təsdiq edilmiş eyni tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, hazırki iş üzrə cavabdehlər - Cavabdeh1, Cavabdeh3 miras əmlakdakı paylarını anaları Cavabdeh2 bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, miras əmlak – Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi,ev 3 , mənzil 64 üzərində Cavabdeh2 tam mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, borclu Namazov Osman Mustafa oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, onun kredit müqaviləsi üzrə öhdəliklərinə görə onun vərəsəsi Cavabdeh2 məsuliyyət daşıyır və iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur k, məhkəmə hesab edir ki, mərhum Namazov Osman Mustafa oğlunun yeganə vərəsəsi Cavabdeh2 olduğundan iddia tələbləri yalnız ona münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 52,71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3270,13 (üç min iki yüz yetmiş manat on üç qəpik) manat borc, 52,71 (əlli iki manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4260/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4260/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver