Məhkəmə qərarları › İş №e-2(004)-4262/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4262/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4262/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsələri Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 3582.66 manat əsas borc, vəfat etdiyi tarixə 57.52 manat faiz borcu və 2.79 manat cərimə borcu olmaqla, cəmi 3642.97 manat və ödənilmiş 56.42 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli BPM**********65 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 28 %-lə, 41 ay müddətinə 5000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 085011 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1945 nömrəli məktubdan görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 3582.66 manat əsas borc , vəfat etdiyi tarixə 57.52 manat faiz borcu və 2.79 manat cərimə borcu olmaqla, cəmi 3642.97 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6- 2-22/2-93/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, AZEMİS vasitəsilə Cavabdeh3 məxsus mobil nömrələrə SMS-bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********65 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 41 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 3582,11 (üç min beş yüz səksən iki manat on bir qəpik) manat əsas, öldüyü tarixə 57.52 (əlli yeddi manat əlli iki) manat faiz borcu, 2.79 (iki manat yetmiş doqquz) manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ İİ 085011 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 383 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin notariusu btərəfindən azərbaycan Beynəlxalq Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli 1945 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə arvadı- Cavabdeh3, oğlu- Cavabdeh1 və oğlu- Cavabdeh2 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh3 və onun övladları olan Cavabdeh1, Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmamış şəxslərdirlər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, 1151.1 və 1306.1-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********65 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 41 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 Kredit Müqaviləsinə əsasən qalıq borcu 3642.97 (üç min altı yüz qırx iki manat doxsan yeddi qəpik) manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələridir və onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə “Borcalan” X4 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış şəxslər olsalar da, mülki hüquq münasibətlərinin subyektləri qismində hüquq qabiliyyətlidirlər və hüquq münasibətlərinin müstəqil subyektidirlər. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs doğulduğu andan hüquq və vəzifələrə malikdir. Bu səbəbdən, yetkinlik yaşına çatmayan şəxslərin mülki iş üzrə cavabdeh qismində çıxış etmələri yolverilən olmaqla qanunidir. Lakin, tam fəaliyyət qabiliyyətli olmadıqlarından münasibətlərə qanuni təmsilçiləri (valideyn, qəyyum, himayəçi və s.) vasitəsilə daxil olurlar. Bu səbəbdən, onların öhdəlikləri qanuni nümayəndələri Cavabdeh3 vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 56.42 (əlli altı manat qırx iki qəpik) manat və 0,4 (qırx qəpik) manat xidmət haqqı məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 və onun övladları Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndələri Cavabdeh3 vasitəsilə 3582.66 (üç min beş yüz səksən iki manat altmış altı qəpik) manat əsas borc, 57.52 (əlli yeddi manat əlli iki qəpik) manat faiz borcu və 02.79 (iki manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, cəmi 3642.97 (üç min altı yüz qırx iki manat doxsan yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56.42 (əlli altı manat qırx iki qəpik) manat və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və onun övladları Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndələri Cavabdeh3 vasitəsilə 3582.66 (üç min beş yüz səksən iki manat altmış altı qəpik) manat əsas borc, 57.52 (əlli yeddi manat əlli iki qəpik) manat faiz borcu və 02.79 (iki manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, cəmi 3642.97 (üç min altı yüz qırx iki manat doxsan yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56.42 (əlli altı manat qırx iki qəpik) manat və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar