Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4263/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 Borc alan X1 vərəsələridir və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməklə tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X1 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən 5830,11 (beş min səkkiz yüz otuz manat on bir qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 X1 vərəsələridir və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmamış şəxslərdirlər. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə) və 1306.1-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X2 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 Borc alan X1 vərəsələridir və onlar miras əmlakından müvafiq pissədə pay almışlar. Nəticə etibarilə, MM-in 739, 741, 1151.1 və 1306.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 20% ödəmək şərtilə 6500 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli Kredit Müqaviləsinə əsasən qalıq borcu 5830,11 (beş min səkkiz yüz otuz manat on bir qəpik) manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 Borc alan X1 vərəsələridir və onlar miras əmlakından müvafiq pissədə pay almışlar. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmamış şəxslər olsalar da, mülki hüquq münasibətlərinin subyektləri qismində hüquq qabiliyyətlidirlər və hüquq münasibətlərinin müstəqil subyektidirlər. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs doğulduğu andan hüquq və vəzifələrə malikdir. Bu səbəbdən, yetkinlik yaşına çatmayan şəxslərin mülki iş üzrə cavabdeh qismində çıxış etmələri yolverilən olmaqla qanunidir. Lakin, tam fəaliyyət qabiliyyətli olmadıqlarından münasibətlərə qanuni təmsilçiləri (valideyn, qəyyum, himayəçi və s.) vasitəsilə daxil olurlar. Bu səbəbdən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 öhdəlikləri qanuni nümayəndələri Cavabdeh2 vasitəsilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 78,75 (yetmiş səkkiz manat yetmiş beş qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndələri Cavabdeh2 vasitəsilə 5830,11 (beş min səkkiz yüz otuz manat on bir qəpik) manat pul və ödənilmiş 78,75 (yetmiş səkkiz manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və onun övladları Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndələri Cavabdeh2 vasitəsilə 5830,11 (beş min səkkiz yüz otuz manat on bir qəpik) manat pul və ödənilmiş 78,75 (yetmiş səkkiz manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4263/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4263/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver