Məhkəmə qərarları › İş №e-2(004)-4264/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4264/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4264/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh və Muradov Vaqif Həsən oğluna qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi, Cavabdeh və Muradov Vaqif Həsən oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2274.1(iki min iki yüz yetmiş dörd manat on qəpik) manat məbləğində kredit bоrcu, 192.03(yüz doxsan iki manat üç qəpik) manat məbləğində faiz bоrcu və 158.74(yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2624.87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 46.25(qırx altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat O, götürdüyü kredit bоrcundan 725.9(yeddi yüz iyirmi beş manat doxsan qəpik) manat ödəniş etmiş və оnun iddiaçıya 2274.1(iki min iki yüz yetmiş dörd manat on qəpik) manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən , o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 121 gün üçün hesablanmış faiz borcu 192.03(yüz doxsan iki manat üç qəpik) manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 121 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 158.74(yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Cavabdeh götürdüyü kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Muradov Vaqif Həsən oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Daha sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, iddia tələbinin azaldılması zərurəti yaranmışdır. İş üzrə zamin Muradov Vaqif Həsən oğlu vəfat etmişdir. İddia tələbinin Muradov Vaqif Həsən oğluna aid hissəsində azaldılmasını və İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2274.1 (iki min iki yüz yetmiş dörd manat on qəpik) manat məbləğində kredit bоrcu, 192.03 (yüz doxsan iki manat üç qəpik) manat məbləğində faiz bоrcu və 158.74 (yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2624.87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində bоrcun və ödənilmiş 46.25 (qırx altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cİ il tarixli ərizə-müqavilənin məzmunundan görünür ki, Cavabdeh 24 ay müddətinə illik 23% dərəcəsi ilə 3.000(üç min) manat məbləğində kredit vermişdir. Müqavilənin məzmunundan eyni zamanda görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, “tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyi qeyd edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə Cavabdeh 2274.1 (iki min iki yüz yetmiş dörd manat on qəpik) manat əsas bоrcu, 192.03 (yüz doxsan iki manat üç qəpik) manat faiz bоrcu və 158.74 (yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat cərimə olmaqla, cəmi 2624.87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat borcu vardır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi halda, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, kredit müqaviləsi üzrə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 46.25 (qırx altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli ərizə-müqavilə üzrə 2274.1 (iki min iki yüz yetmiş dörd manat on qəpik) manat məbləğində əsas borc,192.03 (yüz doxsan iki manat üç qəpik) manat faiz borcu və 158.74 (yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2624,87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində bоrc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin olunaraq, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə - kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2274,10 (iki min iki yüz yetmiş dörd manat on qəpik) manat əsas bоrc, 192,03 (yüz doxsan iki manat üç qəpik) manat məbləğində faiz bоrcu və 158,74 (yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2624,87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 46,25 (qırx altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə - kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2274,10 (iki min iki yüz yetmiş dörd manat on qəpik) manat əsas bоrc, 192,03 (yüz doxsan iki manat üç qəpik) manat məbləğində faiz bоrcu və 158,74 (yüz əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2624,87 (iki min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 46,25 (qırx altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar