Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-427/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova (Kazımova) Pərvin Qənbər qızına məxsus ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdeh X2 ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, ünvan 2 ünvanda yerləşən mənzildə mərhum həyat yoldaşı X9 ilə 14 mart 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı quraraq yaşamışlar. Həyat yoldaşı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Hazırda ona çatası əmlak və daşınmaz əmlak ilə mübahisələri vardır. Həyat yoldaşının doğma olmayan övladı X6 onun yaşadığı ünvan üzrə mənzilin sahibidir. O həmin mənzili həyat yoldaşının sağlığında adına sənədləşdirilmişdir. O, həmin ünvanda artıq 10 il olar ki, yaşayır. Hal-hazırda da həmin ünvanda yaşayır. Hazırda cavabdeh onun istifadə hüququnu məhdudlaşdırır və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq onu da qeyd edir ki, mərhum həyat yoldaşı ilə 2010-cu il də faktiki olaraq ailə həyatı quraraq həmin mənzildə yaşamışlar. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi, qarşılıqli iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir. Mənzil X4 ilə X9 arasında nikah bağlanmazdan əvvəl Cavabdeh mülkiyyətinə keçmişdir. Həmçinin, mülkiyyətçi olaraq Pərvin X1 mübahisəli mənzildə istifadə hüququnun yaranmasına razılıq verməmiş, hətta onun razılığı olmadığından Hamayıl Şükürova həmin mənzilə qeydiyyata düşməmişdir. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli,xx.xx.2014-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X15 küçəsi ev 22 mənzil 10 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdehdır. Mənzil dövlət reyestrində 2212 nömrəli reyestr kitabının 205722 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 018010 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən edilir ki, X9 ilə X4 arasında xx.xx.2015-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 152 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. -Saatlı rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 388174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 xx.xx.2023-cü il tarixində ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında 367 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ş0249-8/**********741968 nömrəli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X15 küçəsi ev 22 mənzil 10 ünvanında yerləşən mənzil xx.xx.2006-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmi. 4Ə/1679 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil yəni, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 22 mənzil 10 ünvanında yerləşən mənzil xx.xx.2006-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Daha sonra, X9 həmin mənzili xx.xx.2014-cü il tarixində Cavabdeh bağışlamışdır. X10 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixdı nikaha daxil olmuşdur. Mübahisəli mənzilin hal-hazırda mülkiyyətçisi Cavabdehdır. Məhkəmə hazır ki, mübahisə ilə bağı aşağıdakıları qeyd etməyi zəruri bilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Konstitusion hüquq təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdətutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Məhkəmə İddiaçı ünvan 5 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması barədə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan hüquq münasibətləri 2015-ci ildə yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələblərinə baxılarkən 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin müddəalarına istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İddiaçı bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kazımova X3 Pərvin Qənbər qızına məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə onlar arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır. Həmçinin, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda da görünür ki, İddiaçı Cavabdeh atasının arvadı olmaqla, Cavabdeh ailə üzvləri sırasına aid olmamışdır. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, ilkin iddia tələbi rədd edilməklə yanaşı, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, mübahisəli mənzil X8 məxsus olmuş, Qənbər Kazımov tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh bağışlanmış və Cavabdeh mənzilə dair xx.xx.2014-cü il tarixdə çıxarış almışdır. X9 ilə İddiaçı isə xx.xx.2015-ci il tarixində nikaha daxil olmuşdur. Göründüyü kimi, mübahisəli mənzil X9 ilə İddiaçı nikaha daxil olmamışdan əvvəl Cavabdeh bağışlanmışdır. Qeyd olunan mənzil hal-hazırda Cavabdeh mülkiyyətindədir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən və iş materiallarına əlavə edilmiş sənədlərə görə hesab olunur ki, mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzildə sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilərək Kazımova X3 Pərvin Qənbər qızına məxsus ünvan 6 ünvamında yerləşən 10 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 10 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-427/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-427/2024
16.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver