Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4280/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdehlər Cavabdeh2 nümayəndəsi Guseinov Gasanın və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4551,30 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh1, etibarnamə olmadan idarə etdiyi mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus, “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 məxsus 1 ədəd “Klassik” tipli 2 çıraqlı işıq dirəyi və onun özül hissəsi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh1 tanınmışdır. Hadisə nəticəsində müəssisəyə dəymiş maddi zərər 9551,30 (doqquz min beş yüz əlli bir manat otuz qəpik) manat məbləğində hesablanmışdır. Qeyd edilir ki, Cavabdeh1 tərəfindən idarə edilən “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X1 bank hesabına 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 9551,30 (doqquz min beş yüz əlli bir manat otuz qəpik) manat məbləğində maddi ziyandan qalıq olarq qalan 4551,30 (dörd min beş yüz əlli bir manat otuz qəpik) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq "xxxx" X2 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Daha sonra Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən ümumilikdə 4551.30 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin, Cavabdeh2 MMC-dən tutulması hissəsinin əsassız olduğunu qeyd etmiş və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə X6 arasında 05 avqust 2023-cü il tarixli AZL-188 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və Murad Novruzovun müvəqqəti sahiblik və istifadəsinə 2023-cü il buraxılışh, “Chevrolet Cobalt LTZ” markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Həmçinin lizinq alan X3 xahişi əsasında avtomobilin idarə olunmasına dair X5 etibarnamə verilmişdir. Əlavə olaraq qeyd edilir ki, avtomobili etibarnamə olmadan idarə etmiş digər Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında heç bir hüquqi bağlılıq olmamış, Cavabdeh1 şirkətin iradəsindən kənar avtomobil idarə etmişdir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Qeyd edilənlərə əsasən Cavabdeh2 MMC törədilmiş yol-nəqliyyat hadisəsinə hər hansı aidiyyatımn olmaması müyyən edilir. Bununlada Cavabdeh2 MMC-nin hadisə törədilən vaxt avtomobilin mülkiyyətçisi kimi qeydə alınması faktı onun məsuliyyətinin yaranması nəticəsinə gəlməyə əsas verə bilməz. Belə ki, Cavabdeh2 MMC avtomobili lizinq müqaviləsi üzrə X3 müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. İddiaçı "xxxx" X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Guseinov Gasan iddia tələbinin Cavabdeh2nə münasibətdə rədd olunmasını xahiş edərək, izahatında bildirmişdir ki, Cavabdeh2 MMC ilə X6 arasında 05 avqust 2023-cü il tarixli AZL-188 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və Murad Novruzovun müvəqqəti sahiblik və istifadəsinə 2023-cü il buraxılışh, “Chevrolet Cobalt LTZ” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Həmçinin lizinq alan X3 xahişi əsasında avtomobilin idarə olunmasına dair X5 etibarnamə verilmişdir. Avtomobili etibarnamə olmadan idarə etmiş digər Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında heç bir hüquqi bağlılıq olmamış, Cavabdeh1 şirkətin iradəsindən kənar avtomobil idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş edərək, izahatında bildirmişdir ki, onun etirazına baxmayaraq, müdiriyyət tərəfindən ona əlverişsiz hava şəraitində nəqliyyat vasitəsini idarə etmək barədə göstəriş verilmişdir. Məhkəmə cavabdehlərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7076785 nömrəli qərarından müəyyən edilir ki, Cavabdeh1 idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməklə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" X4 tərəfindən tərtib edilmiş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 məxsus “Klassik” tipli 2 çıraqlı (konsollu) işıq dirəyinə dəymiş zərər 24% köhnəlmə dərəcəsi tətbiq edilməklə dəymiş ziyanın ümumi məbləği 9551,30 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli kredit haqqında bildirişə əsasən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X1 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan lizinq verən Cavabdeh2 MMC ilə lizinq alan X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-188 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən tərəfindən lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh2 mülkiyyətində olan “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Eləcə də daxili lizinq müqaviləsindən görünür ki, “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən Cavabdeh2 tərəfindən lizinq alan X3 müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2025-ci il tarixdə tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" X2 məxsus işıq dirəyinə dəymiş, nəticədə sonuncuya 9551,30 manat məbləğində zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" X2 5000 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı vurulmuş zərərdən qalan 4551,30 manat pulun ödənilməsini yol nəqliyyat hadisəsi baş verən zaman həmin nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 və həmin avtomobilin mülkiyyətində olduğu Cavabdeh2ndən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. ‘‘Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir, “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. İş materiallarından göründüyü kimi “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil daxili lizinq müqaviləsinə əsasən lizinq verən Cavabdeh2 tərəfindən lizinq alan X3 müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Qanunvericiliyin və müqavilənin müddəalarına uyğun olaraq, lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə lizinq alan məsuliyyət daşıyır. Belə ki, Cavabdeh2 müqavilə üzrə lizinq verən tərəf qismində çıxış edir. Eləcə də xx.xx.2025-ci il tarixdə tarixdə baş vermiş hadisə zamanı “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunmuşdur. Bununla da Cavabdeh2 MMC-nin hadisə törədilən vaxt avtomobilin mülkiyyətçisi kimi qeydə alınması faktı onun məsuliyyətinin yaranması nəticəsinə gəlməyə əsas verə bilməz. Nəticədə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında hər hansı hüquqi bağlılıq yoxdur və bu hal Cavabdeh2 MMC-ni baş verə biləcək hər-hansı hadisədə, həmin hadisənin iştirakçısı olmadığı təqdirdə məsuliyyətdən azad edir. Bu səbəbdən iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də iddiaçı "xxxx" X4 vurulmuş zərərin ödənilməmiş hissəsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Chevrolet Cobalt LTZ minik” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən avtomobilin mülkiyyətçisi olan "xxxx" X2 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Belə olan halda məhkəmə, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin 4551.30 manat (95xx.xx-5000=4551.30) təşkil etdiyini nəzərə alaraq, 4551.30 manat məbləğdə pulun Cavabdeh1 iddiaçı "xxxx" X1 xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4551.30 (dörd min beş yüz əlli bir manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Bakı Şəhər İşığı" X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 4551.30 (dörd min beş yüz əlli bir manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4280/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4280/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver