Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4283/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri əmlakın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., Badamdar yolu, 7, mən.7-in aralarında bölünməsi, mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. Tərəflər razılığa gəlirlər ki, nikah dövründə əldə olunmuş və bölünməli olan daşınmaz və daşınan əmlak iki mənzildən ibarətdir: Bakı şəhəri, Mətbuat prospekti, ev 40, mənzil 7 ünvanda və ünvan 1nzillər.
2. Tərəflər razılığa gəlirlər ki, ünvan 2şən mənzil hər ikisinin razılığı ilə birgə nikahdan olan övladları X4 mülkiyyətinə bağışlama yolu ilə keçir.
3. ünvan 1nzil birgə razılıq əsasında satılır və zəruri rüsumlar ödənildikdən sonra əldə olunmuş vəsait 2/3 hissəsi X1, 1/3 hissəsi isə İddiaçı xeyrinə tərəflər arasında bölünür.
4. Tərəflər öhdəlik götürürlər ki, gələcəkdə bir-birilərinə qarşı əmlakla bağlı heç bir tələb irəli sürməyəcəklər.
5. Hazırki Barışıq sazişi təsdiq ediləcəyi təqdirdə, tərəflər sonradan bu sazişin ləğvi, onun şərtlərinin dəyişdirilməsi və ya çıxarılmasına dair hər-hansı tələblərinin olmayacağını öhdələrinə götürürlər.
6. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilir.
7. Tərəflər bilirlər ki, bu sazişdəki şərtlərdən hər-hansı birinin və ya bütövlükdə yerinə yetirilməməsi məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh X2 qarşı əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. Nikah dövründə əldə olunmuş və bölünməli olan daşınmaz və daşınan əmlak iki mənzildən ibarətdir: Bakı şəhəri, Mətbuat prospekti, ev 40, mənzil 7 ünvanda və ünvan 1nzillər.
2. ünvan 2şən mənzil hər ikisinin razılığı ilə birgə nikahdan olan övladları X4 mülkiyyətinə bağışlama yolu ilə keçir.
3. ünvan 1nzil birgə razılıq əsasında satılır və zəruri rüsumlar ödənildikdən sonra əldə olunmuş vəsait 2/3 hissəsi X1, 1/3 hissəsi isə İddiaçı xeyrinə tərəflər arasında bölünür.
4. Tərəflər öhdəlik götürürlər ki, gələcəkdə bir-birilərinə qarşı əmlakla bağlı heç bir tələb irəli sürməyəcəklər.
5. Hazırki Barışıq sazişi təsdiq ediləcəyi təqdirdə, tərəflər sonradan bu sazişin ləğvi, onun şərtlərinin dəyişdirilməsi və ya çıxarılmasına dair hər-hansı tələblərinin olmayacağını öhdələrinə götürürlər. İddiaçı cavabdeh X2 qarşı əmlakın bölünməsi tələbinə dair 2(004)-4283/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov