Məhkəmə qərarları › İş №e-2(004)-4285/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4285/2020

19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4285/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” X1 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” X1 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 4993 manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 5023,4 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz" markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi ilə Qış parkı istiqamətində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti “xxxx" X2 məxsus olan 1 ədəd Çuğun altlıqlı “xxxx” tipli işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə ilə bağlı Bakı şəhər Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Babək Mirzəyev xx xxxxxx 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara Nəsimi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokola və Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1713/2019 saylı qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Qeyd edir ki, 1 ədəd Çuğun altlıqlı “xxxx” tipli işıq dirəyinin zərərə uğrayaraq sıradan çıxması nəticəsində Müəssisəyə 6825 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən idarə edilən **-HA-*** dövlət qeydiyyat nişanlı '‘Mercedes Benz” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx”xxxx"Atəşgah Sığorta ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx X1 bank hesabına 1832 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 6825 manat məbləğində vurulmuş maddi ziyanın 4993 manat hissəsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Bakı şəhər İcra Hakimiyyəti “xxxx" X3 ödənilməsini xahiş edir.. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. Həmin hadisə üzrə pul tələbi ilə bağlı məhkəmədə iddia olmuşdur. İş halhazırda Apelyasiya Məhkəməsindədir. 6800 manat pul məbləğində maddi ziyan hansı əsasla qiymətləndirilib bilmir. Onun sığorta şirkəti onlara ödəniş edib. Həmin məbləğlə qəti razı deyil və hesab edir ki, onun sığortası lazımi ödənişi edib. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İnzibati Xəta haqqında AP ******* №-li, xx.xx.2019-cu il tarixli protokola əsasən Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xxxx EŞM-nin mühəndisi tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Qış parkı ərazisində baş vermiş hadisə nəticəsində “xxxx” tipli dirəyə dəymiş zərər bir ədəd dirəyin qiyməti 7500 manat olmaqla, normaya görə 9% köhnəlmə dərəcəsi nəzərə alınmaqla 6825 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankına məxsus hesab dövriyyəsi haqqında xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, “Atəşgah Sığorta” tərəfindən xxxx EŞM-nin hesabına 1832 manat məbləğində vəsait mədaxil edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “xxxx” tipli dirəyə zərər dəymişdir. Həmin dirəyin qiyməti 7500 manatdır, köhnəlmə dərəcəsi nəzərə alındıqda iddiaçıya dəymiş zərər 6825 manat müəyyən edilmişdir. 1832 manat məbləğində pul “Atəşgah Sığorta” tərəfindən ödənilmişdir. Həmin hadisə zamanı inzibati xətanın tərədilməsində cavabdeh təqsirli bilinmişdir. İddiaçı dəymiş zərərin ödənilməyən hissəsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçıya dəymiş zərər tam ödənilmədiyindən iddiaçının zərərin əvəzinin cavabdehdən tam ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mlüki Məcəlləsinin 1096-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 4993 (dörd min doqquz yüz doxsan üç) manat və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4993 (dörd min doqquz yüz doxsan üç) manat və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” X2 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar