Məhkəmə qərarları › İş №e-2(004)-4289/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4289/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4289/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 608,47 ABŞ dolları əsas, 100,95 ABŞ dolları müddət sonuna hesablanan faiz, 81,76 ABŞ dolları müddət bitdikdən sonra hesablanan faiz borcu, 576,63 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1367,81 ABŞ dolları və 771,58 ABŞ dolları əsas, 459,12 ABŞ dolları məbləğində cərimə, 118,69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1349,39 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş 2008-ci il buraxılışlı “X4 Prado" markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh 771,58 ABŞ dolları əsas, 118,69 ABŞ dolları müddət bitdikdən sonra hesablanan faiz, 459,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1349,39 ABŞ dolları və 758,68 ABŞ dolları əsas, 447,32 ABŞ dolları məbləğində cərimə, 118,89 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1324,89 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş 2008-ci il buraxılışlı “X4 Prado" markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4951 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 12.500 USD ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 290 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinizdə olan “X4 Prado” markalı, ağ mirvari rəngli, 2008-ci il buraxılışlı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4950 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 20% ödənilmək şərtilə 11.700 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi mütəmadi olaraq Cavabdeh tərəfindən pozulmuşdur. Bankın məsul əməkdaşlarının onun öhdəliyininin icra olunması üçün şifahi və rəsmi müraciətlər etməsinə baxmayaraq öhdəliyi bu günə kimi icra olunmamışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 290 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4951 nömrəli kredit müqaviləsinə əsasən, bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh istehlak məqsədi üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 12500 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1507 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2014-cü il tarixli, 4951 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «X4 Prado» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomaşını bank qarşısında yüklü etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4950 nömrəli kredit müqaviləsinə əsasən, bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh istehlak məqsədi üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 11700 ABŞ dollları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1506 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2014-cü il tarixli, 4950 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «X4 Prado» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomaşını bank qarşısında yüklü etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********699 saylı maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İNM**********1500001 nömrəli kredit müqaviləsinə üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh 758,68 ABŞ dolları əsas, 447,32 ABŞ dolları məbləğində cərimə, 118,69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1324,69 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********673 saylı maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İNM**********1500000 nömrəli kredit müqaviləsinə üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh 771,58 ABŞ dolları əsas, 118,69 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz, 459,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1349,39 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020 tarixli bildirişlərin surətinə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş AR DİN Baş Dövlət X5 tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş 2008-ci il buraxılışlı “X4 Prado" markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməli və borcödənildikdənsonrayerdəqalanpulvəsaiticavabdehəqaytarılmalıdır. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə iddia tələbinin avtomobilin satışından əldə olunmuş pulun borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş avtomaşının satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin cavabdehdən yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və avtomaşının satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borcun da cavabdehdən alınaraq Banka ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni hər iki müqavilə üzrə cəmi 80 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 771,58 ABŞ dolları əsas, 118,69 ABŞ dolları müddət sonuna hesablanan faiz, 40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 930,27 (doqquz yüz otuz ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları və 758,68 ABŞ dolları əsas, 40 ABŞ dolları məbləğində cərimə, 118,69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 917,37 ABŞ dolları məbləğində borc, ümumilikdə 1847,64 (bir min səkkiz yüz qırx yeddi ABŞ dolları altmış dörd sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinətutulmalı, tutma Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş “X4 Prado" markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, İNM**********1500000 nömrəli kredit müqaviləsi üzrə 771,58 ABŞ dolları əsas, 118,69 ABŞ dolları müddət sonuna hesablanan faiz, 40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 930,27 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, İNM**********1500001 nömrəli kredit müqaviləsi üzrə 758,68 ABŞ dolları əsas, 40 ABŞ dolları məbləğində cərimə, 118,69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 917,37 ABŞ dolları məbləğində borc, ümumilikdə 1847,64 (bir min səkkiz yüz qırx yeddi ABŞ dolları altmış dörd sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş 2008-ci il buraxılışlı “X4 Prado" markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar