Məhkəmə qərarları › İş №e-2(004)-4292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4292/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4292/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəriYasamal rayon Məhləməsinin 6 iyun 2016-cı il tarixli 2(004)-5322/2016 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün CavabdehTahir oğlundan hər ay 355 (üç yüz əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdə iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Sözügedən nikah Bakı Nikah Evində (Səadət Sarayı) xx.xx.2013- cü il tarixdə, 552 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Bildirir ki, birgə nikahdan - xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6 iyun 2016-cı il tarixli, 2(004)-5322/2016 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı “nikahın pozulmasına dair” iddia ərizəsi təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 ananın himayəsində saxlanması və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 6 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilib. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6 iyun 2016-cı il tarixli 2(004)- 5322/2016 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 355 (üç yüz əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İlk olaraq bir uşağın saxlanılması üçün aylıq xərcin 150 manat müəyyən edilməsi olduqca aşağıdır. Hazırda bir uşağın saxlanılması üçün aylıq çəkilən xərc 500 manatdan artıq təşkil edir. Bundan başqa,xx.xx.2014-cü il təvəllüdlü X3 təhsili ilə bağlı olaraq hər ay "xxxx" MMC-yə 135 manat təhsil haqqı ödənilir ki, bu da tamamilə onun üzərindədir. Cavabdeh ata olaraq həmin məbləğin ödənilməsində hər hansı bir yardım göstərmir. Hesab edir ki, övladı -xx.xx.2014-cü il təvəllüdlü X1 təhsil alması ilə əlaqədar ödənilməsi nəzərdə tutulan 135 manat təhsil haqqı da aliment qaydasında cavabdehdən tutulub ona ödənilməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, alimentin 220 manat məbləğində ödənilməsinə etirazım yoxdur, etiarazda göstərilənləri nəzərə alaraq aliment miqdarını 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçımın mənə qarşı 09 may 2014-cü il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək 355 manat miqdarında müəyyən olunması barədə iddia tələbinə baxılır. İddiaçı ilə 12 aprel 2013-cü ildə rəsmi nikah bağlamış və 09 may 2014-cü ildə övladı X5 anadan olmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-5322/2016 saylı qətnaməsi ilə bağlanmış nikah pozulmuş, övladı anasının himayəsində saxlanmış və onun saxlanması üçün ondan hər ay 150 olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Alimenti bir qayda olaraq ödəmiş və hal-hazırda da ödəməkdə davam edir. Tutulan aliment məbləğinin 355 manat miqdarına artırılmasına etiraz edirəm. Belə ki. mən rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fərdi işlərlə məşğul olaraq yaşayış minimumu məbləğinin çətinliklə əldə edir. Bundan əlavə nikah pozulduqdan sonra 2022-ci yeni ailə qurmuş və 28 avqust 2023cü ildə ikinci övladı X6 anadan olmuşdur. Ailənin sayının artması onun maddi durumuna böyük təsir göstərmişdir, daimi iş və qazanc yeri olmadığından hazırki vəziyyətdə alimentin miqdarının artırılması maddi vəziyyətini daha da ağırlaşdıracağını hesab edir və düşünür ki, bu hər iki ailəni saxlamaqda ona çətinlik yaradaraq xoşagəlməz hallara şərait yarada bilər. Hal-hazırda uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində olmasından məlumatı vardır. Odur ki, alimentin miqdarının 220 manat miqdarında müəyyən olunmasına etiraz etmir, hesab edir ki, bu məbləği ödəyə bilər. Aliment məbləğinin 355 manat müəyyən olunması ona çətinlik yaradacağına əmindir, belə olan halda alimentin müəyyən olunmuş məbləğinin ödənilməsinə maneələr yarana biləcəyi şübhəsizdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazla eyni məzmunlu izahat verərək iddia tələbini qismən qəbul etdiyini, hal-hazırda hər ay 220 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5322/2016 saylı qətnaməsi ilə Cavabdeh 09 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 150 manat aliment hazırda uşağın saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh 2-ci dəfə nikaha daxil olaraq həmin nikahdan 1 uşağı vardır. Cavabdeh eyni zamanda məhkəməyə ərizə təqdim edərək, hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən orta təhsil almaq dövlət tərəfindən pulsuz olaraq təmin edildiyindən iddiaçının tələb etdiyi təhsil xərci olaraq ödənilməli olan 135 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, cavabdehdən 09 may 2014-cü il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 may 2014-cü il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 09 may 2014-cü ildə övladı X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar