Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4310/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin mətin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 368312-CNS-44669 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 23.146,61 (iyirmi üç min bir yüz qırx altı, 61) manat məbləğində əsas borc, 1.330,76 (bir min üç yüz otuz, 76) manat məbləğində faiz borcu, 647,10 (altı yüz qırx yeddi, 10) manat məbləğində cərimə borcu, ümumilikdə isə 25.124,47 (iyirmi beş min bir yüz iyirmi dörd, 47) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 165,37 (bir yüz altmış beş, 37) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 25 aprel 2023-cü il tarixli 368312-CNS-44669 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 15,60 (on beş, 60) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 26.313 (iyirmi altı min üç yüz on üç) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 23.146,61 (iyirmi üç min bir yüz qırx altı, 61) manat məbləğində əsas borc, 1.330,76 (bir min üç yüz otuz, 76) manat məbləğində faiz borcu, 647,10 (altı yüz qırx yeddi, 10) manat məbləğində cərimə borcu, ümumilikdə isə 25.124,47 (iyirmi beş min bir yüz iyirmi dörd, 47) manat məbləğində borcu qalmışdır. Daha sonra İddiaçı ASC “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Аzərbaycan)" ASC ilə Qəribova Кönül Nəmidаr qızı arasında bağlanmış 25 арrеl 202З-сü il tаriхli 368312-CNS-44669 saylı kredit muqaviləsinə əsаsən xx.xx.2024-cu il tаriхə Banka bоrсlu olduğu 22.ЗЗ0,29 manat məbləğində əsas borc, 167,08 manat məbləğində faiz Ьоrсu, 647,10 manat məbləğində сərimаə, cəmi 23.144,47 manat məbləğində pulun məhkəməyə müraciət etmək üçün ödənilmiş 165,37 manat dövlət rüsumunun Qəribova Кönül Nəmidаr qızından tutularaq "Bank VTB (Azərbaycan)" АSС-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Frhad Hüseynov AZEMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçı tərəfində olan bütün sübutların məhkəməyə təqdim edildiyini, bununla əlaqədar olaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə Cavabdeh 59 ay müddətinə illik 15,60 % dərəcəsi ödəmək şərti ilə 26313.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, ümumilikdə 23144,47 (iyirmi üç min yüz qırx dörd manat qırx yeddi qəpik) manat borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, ümumilikdə 23144,47 (iyirmi üç min yüz qırx dörd manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165,37 (yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində pul İddiaçı ASCnin tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, ümumilikdə 23144,47 (iyirmi üç min yüz qırx dörd manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165,37 (yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4310/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4310/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver