Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4318/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (X2 vərəsəsi) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 299.97 manat əsas borc, 16.99 manat faiz borcu olmaqla, cəmi 316.96 manat borc, nağd kredit üzrə 2348.62 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 32.83 manat olmaqla, cəmi 2381.45 manat borc və ödənilmiş 47.98 manat dövlət rüsumunun və 0,8 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında BPM**********85 nömrəli xx.xx.2021-ci il tarixli X6 müqaviləsinə əsasən X3 illik 22 faizlə 48 ay müddətinə 3100 manat məbləğində nağd kredit verilmiş və 24 faiz 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış X6 müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 338059 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 7274 nömrəli məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Xırdalan filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 299.97 manat əsas borc ,16.99 manat faiz borcu olmaqla, cəmi 316.96 manat borc, xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 2348.62 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 32.83 manat olmaqla, cəmi 2381.45 manat borc qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-35137/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli X6 müqaviləsinə əsasən "xxxx" ASC müştəri X2 adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra- “Tam kart” adlanacaq) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və ya cari hesab; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30 000 (otuz min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya kredit xətti; bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı öhdəsinə götürür. Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədi üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli Çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən "xxxx" ASC X3 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 3100 manat məbləğində krediti mülkiyyətinə vermişdir. İş materiallarında olan bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC X3 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6-2-22/2-35137/2023 nömrəli borcun qaytarılması tələbinə dair xəbərdarlıq məktubuna əsasən iddiaçı xx.xx.2023-cü il tarixli notariat ofisinin təqdim etdiyi məktuba əsasən X2 vərəsəsi kimi tanınmış Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********85 nömrəli X6 müqaviləsinə əsasən nağd kredit üzrə 2348.62 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu və kart krediti üzrə isə 299.97 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcunun yarandığını, öhdəliyini 5 gün ərzində yerinə yetirməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 2348.62 manat əsas, vəfat etdiyi tarixə 32.83 manat faiz borcu olmaqla, cəmi 2381.45 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 299.97 manat əsas, 16.99 manat faiz borcu olmaqla, cəmi 316.96 manat borcu yaranmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ İİ 338059 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 145 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 7274 nömrəli məktuba əsasən Bakı şəhəri 53 saylı Notariat Ofisi "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 6-2-22/2-32577/2023 saylı məktuba cavab olaraq xx.xx.2023-cü il tarixində vəfat edən mərhum - X2 vərəsəsi oğlu - Cavabdeh (FİN xxxxxxx, d/t: xx.xx.1984) təyin olunaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə araşdırma zamanı müəyyən olundu ki, cavabdehin atası mərhum X4 xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 3100 manat məbləğində nağd, 300 manat məbləğində kart krediti götürmüşdür. Müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımınca icra etməmişdir. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, oğlu Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Qanunvericiliyin tələbinə görə vərəsə miras qoyanın kreditoru qarşısında payına mütənasib surətdə məsuliyyət daşıyır və borcu tam olaraq ödəməlidir. Cavabdeh iddianı tam etiraf etmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyini və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh nağd kredit üzrə 2348.62 manat əsas, 32.83 manat faiz borcu olmaqla, cəmi 2381.45 manat, kart krediti üzrə 299.97 manat əsas, 16.99 manat faiz borcu olmaqla, cəmi 316.96 manat, ümumilikdə 2698.41 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 47.98 manat məbləğində dövlət rüsumu və 0,80 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehdan (X2 vərəsəsi) nağd kredit üzrə 2348.62 (iki min üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat əsas, 32.83 (otuz iki manat səksən üç qəpik) manat faiz borcu, kart krediti üzrə 299.97 (iki yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas, 16.99 on altı manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2698.41 (iki min altı yüz doxsan səkkiz manat qırx bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 47.98 (qırx yeddi manat doxsan səkkiz qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.80 (səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4318/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4318/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver