Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4389/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «müqavilənin ləğvi, kreditin, faiz borcunun və cərimə borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «müqavilənin ləğvi, kreditin, faiz borcunun və cərimə borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2012-ci il tarixli 860NF kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2397 (iki min üç yüz doxsan yeddi) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə Cavabdeh 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsinə əsasən əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2397 (iki min üç yüz doxsan yeddi) manat məbləğində krediti “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Borcalan” Cavabdeh mülkiyyətinə vermiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsinə əsasən 23 may 2023-cü il tarixinə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2012-ci il tarixli 860NF kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2397 (iki min üç yüz doxsan yeddi) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə 23 may 2023-cü il tarixinə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421.2 (müqavilənin ləğvinə münasibətdə), 462 (cəriməyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 421.2, 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla iddia tələbi təmin olunduğundan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan və cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədiyindən müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən hər hansı əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məhkəmədən kənar qaydada cavabdehə yazılı bildiriş verilməklə iradə ifadəsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 45 (qırx beş) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan “AtaBank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «müqavilənin ləğvi, kreditin, faiz borcunun və cərimə borcunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 252NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2397 (iki min üç yüz doxsan yeddi) manat əsas, 82,11 (səksən iki manat on bir qəpik) manat faiz, 0,02 (iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2479,13 (iki min dörd yüz yetmiş doqquz manat on üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan “AtaBank» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4389/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4389/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver