Məhkəmə qərarları › İş №e-2(004)-4391/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4391/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4391/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13921,93 manat əsas, 1997,7 manat faiz borcu olmaqla, cəmi 15919,63 manat borcun və 138,16 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, 100804-161513/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19,5% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 02 avqust 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 13921,93 manat məbləğində əsas, 1997,7 manat faiz borcu olmaqla, ümumilikdə 15919,63 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2022-ci il tarixli, 100804- 161513/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 19,5% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 nömrəli əlavə - ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixədək aylıq 452,47 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən cavabdehin kart hesabına 15000 manat köçürülmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, həmin tarixə Cavabdeh banka 13921,93 manat əsas, 1997,7 manat faiz borcu olmaqla, cəmi 15919,63 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 163 gün təşkil edir. 10 iyul 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı ümumi borc məbləğinin həmin tarixə gecikmədə olan 2726,45 manat hissəsinin 5 gün müddətindən gec olmayaraq ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138,16 manat rüsum Cavabdeh tutularaq iddaçı İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13921,93 manat əsas, 1997,7 manat faiz borcu olmaqla, cəmi 15919,63 (on beş min doqquz yüz on doqquz manat altmış üç qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138,16 ( yüz otuz səkkiz manat on altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar