Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-442/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 608,77 manat cərimə olmaqla, cəmi 5308,28 manat məbləğində borcun və ödənilmiş 73,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Hüseynov Mehman Əliş oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərin”. Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Hüseynov Mehman Əliş oğlu aylıq faiz dərəcəsi 0% olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hisə qaytarmaq şərt ilə 6500 manat məbləğində kredit götürmüşdür.Hüseynov Mehman Əliş oğlu kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Hüseynov Mehman Əliş oğlunun Banka 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 608,77 manat cərimə olmaqla, cəmi 5308,28 manat məbləğində borcu qalmışdır. Hüseynov Mehman Əliş oğlunun öldüyü Banka məlum olmuşdur.Bakı şəhəri 2 saylı Notariat ofsinin verdiyi qanun üzrə şəhadətnamənin sürətindən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş Hüseynov Mehman Əliş oğlunun vərəsəsidir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh miras əmlakda pay almışdır. Belə olan halda Cavabdeh Hüseynov Mehman Əliş oğlunun hüquq və vəzifələri də keçmişdir. Cavabdeh iddiaçının xeyrinə 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 608,77 manat cərimə olmaqla, cəmi 5308,28 manat məbləğində borcun və ödənilmiş 73,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında kredit mərhum atam Hüseynov Mehman Əliş oğlu tərəfindən götürülüb. Atam xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci ildə İddiaçı QSC ilə bağladığı ərizəyə əsasən aylıq faiz dərəcəsi 0% olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 2430,74 manat ödəniş etmiş və onun iddiaçıya 4069,26 manat məbləğində kredit borcu qalmışdır. Atam ona məxsus olan “NİSSAN X-TRAİL” minik markalı **-UC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satmağım üçün mənə etibarnamə vermişdir. Lakin qanuni vərəsəliklə bağlı şəhadətnamə mənə verilməyib. Nəqliyyat vasitəsini 8700 manata sataraq mərhumun digər borclarını ödəmişəm. Borcun ödənilməsindən boyun qaçırmıram, banka müraciət edərək borcun mənim adıma keçirilərək aylar üzrə bölünməsini təklif etmişəm. Ödənişin gecikdirilmə müddəti atam öldüyü gündən dayandırılmalı idi, lakin bank rəhbərliyi tərəfindən gecikdirilməyə görə faiz hesablanması davam etmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Hüseynov Mehman Əliş oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərin”. Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Hüseynov Mehman Əliş oğlu aylıq faiz dərəcəsi 0% olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hisə qaytarmaq şərt ilə 6500 manat məbləğində kredit götürmüşdür. Hüseynov Mehman Əliş oğlunun Banka 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 608,77 manat cərimə olmaqla, cəmi 5308,28 manat məbləğində borcu qalmışdır. Hüseynov Mehman Əliş oğlunun öldüyü Banka məlum olmuşdur.Bakı şəhəri 2 saylı Notariat ofsinin verdiyi qanun üzrə şəhadətnamənin sürətindən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş Hüseynov Mehman Əliş oğlunun vərəsəsidir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh miras əmlakda pay almışdır. Belə olan halda Cavabdeh Hüseynov Mehman Əliş oğlunun hüquq və vəzifələri də keçmişdir. İş materiallarına əlavə edilmiş Hesabdan çıxarışdan görünür ki, kreditalanın banka 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 608,77 manat cərimə olmaqla, cəmi 5308,28 manat məbləğində borcu qalmışdır. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə laktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki. mirasın nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq, o. mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmçinin onu da bildiririk ki. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1 -ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki. həmin Məcəllənin 1151.1 maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qovanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Hüseynov Mehman Əliş oğlunun ölümü onun kredit öhdəliklərinin xilam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respııblikxsı Mülki Məcəlləsinin 21-et maddəsinə görə hüququ pozulmuş şəx.sıı ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etməl hüququ vardır Həmin Məcəllənin 442-cı maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onuı pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2. i-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriİmı müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi say ılır Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil o' öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icr edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəı etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehdən 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 60 manat cərimə olmaqla, cəmi 4759,51 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 73,08 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının xeyrinə 4069,26 manat əsas borc, 630,25 manat faiz borcu, 60 manat cərimə olmaqla, cəmi 4759,51 (dörd min yeddi əlli doqquz manat 51 qəpik) manat məbləğində borc və ödənilmiş 73,08 (yetmiş üç manat 08 qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi cərimənin qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-442/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-442/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver