Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-442/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC Bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan kredit təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh1 dair sənədlər S-AVK-2045 saylı, 29 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Səbail filialı ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında xx.xx.2007-ci il tarixdə, 1159 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23 % tətbiq edilməklə, 12 ay müddətinə 20 000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixdə, № 1806 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan **-XH-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ-320” markalı minik avtomobili (buraxılış ili 1998, Ban – WDB2200651A001866 rəngi – gümüşü metalika) girov müqaviləsi ilə yüklü edilmişdir. Həmin girov Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2007-ci il tarixli, 093561 №-li «girov müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 20 000 (iyirmimin) ABŞ dollarıməbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 18 (on səkkiz) aydır. (1.6. bənd) kreditin vəsaitnin istifadə müddəti 29 noyabr 2008-ci il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 23 (iyirmi üç) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 0 (sıfır) ABŞ dolları məbləğində əsas borc, 3821.79 (üç min səkkiz yüz iyirmi bir dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 3821.79 (üç min səkkiz yüz iyirmi bir dolları yetmiş doqquz sent) ABŞ dolları məbləği təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasında iclasında iştirak etməmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini və mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli 2(004)-5398/2011 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə Cavabdeh1 qarşı “reqres qaydasında pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 26692 ABŞ dolları pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin öyrənilməsi zamanı müəyyən edilir ki, hazırki mübahisə ilə predmeti eynidir və zamin tərəfindən ödənilmiş öhdəliyin reqress qaydasında əsas borcludan tutulması ilə bağlıdır. Yəni, kredit müqaviləsi üzrə zamin Cavabdeh2 öhdəliyi tam icra etdikdən sonra əsas borclu Cavabdeh1 həmin pul vəsaitinin tutulmasına nail olmuşdur. İş materiallarına kredit, zaminlik və girov müqavilələri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 475.1 və 528-ci maddələri çıxış edir. MM-in 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli 2(004)-5398/2011 nömrəli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti əsasında xx.xx.2007-ci il tarixli 1159 nömrəli kredit müqaviləsi üzrə öhdəlik zamin (borclu) Cavabdeh2 tərəfindən tam icra edilmiş və həmin öhdəliyə xitam verilmişdir. Zamin Cavabdeh2 da əsas borclu Cavabdeh1 qarşı reqress qaydasında iddia tələbi irəli sürmüşdür. İcra edilmiş öhdəliyə münasibətdə MM-in 445.7 və ya 449-cü maddələri və ya müqavilə öhdəlikləri əsasında tələb irəli sürülməsi, həmçinin tələbin öhdəliyin təmin üsulu kimi ipoteka predmetinə yönəldilməsinin tələb edilməsi hüquqa uyğun deyildir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbi öz-özlüyündə əsassız olduğundan iddia müddətinin ötməsi əsası ilə (cavabdehin birinə münasibətdə) deyil, məhz mahiyyəti üzrə iddia təmin edilməməlidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəf sadəcə iddia ərizəsini tərtib etməklə kifayətlənmiş, məhkəmə iclaslarında iştirak etməmiş, tələbi əsaslandırmamış, üzərinə düşən sübutetmə yükünü təmin etməmişdir. İddiaçı tərəf ilkin araşdırma aparmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 84.97 manat məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 84.97 manat məhkəmə xərci də iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-442/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-442/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver