Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4423/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9867,94 AZN əsas, 1310,81 AZN faiz, 7,94 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11186,69 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 123,97 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 9865,84 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 10 iyul 2025, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 9867,94 AZN əsas, 1310,81 AZN faiz, 7,94 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11186,69 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Daha sonra iddiaçını nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli iddia ərizəsində Cavabdeh 9865,84 AZN əsas, 1310,81 AZN faiz və 7,94 AZN cərimə borcu olmaqla, banka cəmi 1186,69 AZN borcu qeyd edilmək əvəzinə texniki səhv nəticəsində 9867,94 AZN əsas, 1310,81 AZN faiz və 7,94 AZN cərimə borcu olmaqla, banka cəmi 1186,69 AZN qeyd edilmişdir. Odur ki, qeyd olunanı nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, qardaşı hazırda xaricdədir, borcu o, özü ödəyəcək. Qardaşı dəfələrlə borcun ödənilməsi ilə bağlı bankla əlaqə saxlasa da, onunla razılığa gəlinməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, qrafik üzrə ödəniş edəcək. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsilə ərizə göndərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 9865,84 (doqquz min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2025-ci il tarixinə “X1” ASC-yə 9865,84 (doqquz min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat əsas borc, 1310,81 (min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 7,98 (yeddi manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 11184,63 (on bir min yüz səksən dörd manat altmış üç qəpik) borcu yaranmışdır. Borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 9867,94 (doqquz min səkkiz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas, 1310,81 (min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 7,94 (yeddi manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 11186,69 (on bir min yüz səksən altı manat altmış doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 123,97 (yüz iyirmi üç manat doxsan yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 9867,94 (doqquz min səkkiz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas, 1310,81 (min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 7,94 (yeddi manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 11186,69 (on bir min yüz səksən altı manat altmış doqquz qəpik) manat borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2025-ci il tarixinə "X1" ASC-yə 9865,84 (doqquz min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat əsas borc, 1310,81 (min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 07,98 (yeddi manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 11184,63 (on bir min yüz səksən dörd manat altmış üç qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, kredit müqaviləsinin bitmə tarixini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə ARGİD********** saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas və faiz məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9865,84 (doqquz min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat əsas borc, 1310,81 (bir min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 07,94 (yeddi manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 11184,59 (on bir min yüz səksən dörd manat əlli doqquz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 123,97 (yüz iyirmi üç manat doxsan yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ET Dİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9865,84 (doqquz min səkkiz yüz altmış beş manat səksən dörd qəpik) manat əsas borc, 1310,81 (bir min üç yüz on manat səksən bir qəpik) manat faiz borcu, 07,94 (yeddi manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 11184,59 (on bir min yüz səksən dörd manat əlli doqquz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulsun. Ödənilmiş 123,97 (yüz iyirmi üç manat doxsan yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4423/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4423/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver