Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4433/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin və faiz borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin və faiz borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1184PFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli 805PFFK kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində kredit verilmişdir. Digər cavabdeh Zamin ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında əsas borclu ilə birlikdə məsuliyyət daşıyır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh və Zamin 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1184PFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli 805PFFK kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə vermiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zamin arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən müəyyən olunur ki, Zamin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında Cavabdeh ilə birlikdə bank qarşısında birgə borclu qismində çıxış edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1184PFFK nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və X1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1184PFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli 805PFFK kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktizasiya məqsədilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1% dərəcəsi ilə 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində kredit verilmişdir. Digər cavabdeh Zamin ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında əsas borclu ilə birlikdə məsuliyyət daşıyır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh və Zamin “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 43 (qırx üç) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan “AtaBank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «kreditin və faiz borcunun ödənilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 2265,65 (iki min iki yüz altmış beş manat altmış beş qəpik) manat əsas, 3,33 (üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2269,03 (iki min iki yüz altmış doqquz manat üç qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan “AtaBank» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4433/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4433/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver