Məhkəmə qərarları › İş №e-2(004)-4492/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4492/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4492/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə Cavabdeh4 nümayəndəsi Nümayəndə3, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra şöbəsinin nümayəndəsi X13 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və X20 cəlb edilməklə ilkin iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun vəzifəli şəxsləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, onun vəzifəli şəxsləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 49 500 (qırx doqquz min beş yüz) manat pul vəsaitinin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə əsasən Bakı ş., Binəqədi ray., Sulutəpə qəs., ünvanında yerləşən ticarət mərkəzinin 2-ci (ikinci) mərtəbəsinin 2000 (iki min) kv. metr sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cü il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci (ikinci) mərtəbəsində yerləşən 2000 (iki min) kv.metr sahənin bir hissəsinə qismən zərər dəymişdir. Sığorta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli, xx/xx-03580 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilmiş, tikililər arasında yanğına qarşı ara məsafəsi gözlənilməmiş, mal və məhsulların yığılması qaydası pozulmuş, obyektin elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydalarının” tələblərinə uyğun quraşdırılmamış, yanğına qarşı su təchizatı tələbatı ödənməmiş, yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yan alması təmin edilməmişdir. Bundan başqa obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu, ilkin yanğınsöndürmə vasitələri ilə normaya uyğun təmin olunmamış, digər çoxsaylı norma və qayda pozuntuları şəraitində istismar edilmişdir. Sığorta hadisəsinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyata alınan "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli, 0339 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarının, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, yəni özbaşına tikinti olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.3.4-cü maddəsinə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) əsasən "xxxx"MMC-yə dəymiş zərər hesablanmayaraq sığorta ödənişi verilməmişdir. Sığortalıya sığorta ödənişinin verilməsindən imtina olunması barədə xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmişdir. Ümumiyyətlə, İddiaçı ASC dəymiş zərərlə bağlı sığorta kompensasiyasını hesablamamış və bununla bağlı hər hansı pul vəsaitini bank hesablarında saxlamamışdır (ödəniş tapşırığı verməmişdir). BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 (bir milyon iki yüz əlli min) manat sığorta məbləği “Eurohome’’ MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti olmamışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi İddiaçı ASC-yə müxtəlif tarixlərdə məktublar ünvanlamış, xx.xx.2023-cü il tarixli, xx/xx-57094-29 nömrəli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-nin sığorta ödənişləri barədə məlumatın Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsi xahiş olunmuş, xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə həbs qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı İddiaçı ASC-yə göndərilmiş, xx.xx.2023-cü il tarixli digər məktubla isə həmin icra vərəqəsinə əsasən borclu "xxxx" MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitinin İddiaçı ASC-yə məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı ASC xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti İddiaçı ASCdə olmamış və hər hansı öhdəliyi yaranmamışdır. Lakin Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 yuxarıda sadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. Həmçinin Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-nin öhdəliyində qalmayan 49 500 (qırx doqquz min beş yüz) manat azadolma məbləğini də "xxxx" MMC-nin pul vəsaiti kimi hesab etmişlər. Halbuki sığortaçı tərəfindən sığortalıya azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi həyata keçirilir. xx.xx.2023-cü il tarixində tarixində Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 130 nömrəli inkasso sərəncamı göndərilmiş və İddiaçı ASC-nin 1 250 000 (bir milyon iki yüz əlli min) manat həcmində investisiya kapitalı Ədliyyə Nazirliyinin bank hesabına köçürülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın tutularaq YAŞAT FONDU-na (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X5, X6 və "xxxx" MMC-dən müştərək qaydada 391891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X9, 389974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X14, 135800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 193465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X17, 193909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X1, 324866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X7, 115083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X15 və 107804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi rayon icra şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü qaydada təmin edilməsi barədə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Belə ki, icra vərəqəsinin icrası ilə əlaqədar borclular X10, X11 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına sorğular edilmiş və alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi yetərli əmlak aşkar edilməmişdir. Həmçinin digər borclu "xxxx" MMC-nin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına sorğular edilmiş və alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. Müəyyən edilmiş bank hesablarına isə tətbiq edilmiş inkasso sərəncamları, hesabda vəsait olmadığı üçün icra edilməmişdir. İcra sənədi üzrə tələb ödənilmədiyi üçün tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, borclu "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlaka dair "xxxx" ASC tərəfindən İcbari Sığorta Şəhadətnaməsi (№RAZ**********) verilərək ******* manat vəsait nəzərdə tutulmuş və həmin şəhadətnamə üzrə vəsaitdən hazırki vaxta qədər heç bir sığorta əməliyyatı aparılmamışdır. Sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması ilə bağlı təqdimatla xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinə də müraciət olunmuşdur. Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq xx.xx.2023-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və elə həmin tarixdə də "xxxx" ASC-yə məxsus manatla və xarici valyuta hesablarına inkasso sərəncamları göndərilmişdir. Həmin sərəncamların icrası ilə bağlı nəzərdə tutulmuş ******* manat vəsaitin zərərçəkən-tələbkarlar arasında xx.xx.2023-cü il tarixli qərarla bölüşdürülməsi təmin edilmiş və hazırda qalıq 600000 manatdan yuxarı maddi ziyanın ödətdirilməsi ilə bağlı tərəfimizdən müvafiq icra hərəkətləri aparıİmaqdadır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Belə ki, “Azsığorta’' ASC tərəfindən son üç ayın ərzində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə icra məmurunun hərəkət və qərarlarından eyni predmet üzrə 6 əsassız ərizə daxil olmuş və həmin ərizələr məhkəmə qərarları (qərardadları) ilə rədd edilmişdir. Göründüyü kimi, "xxxx" ASC yenidən daha bir əsassız ərizə ilə bu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə üz tutmuş və əvvəlki eyni məzmunlu müraciətləri barədə məhkəməyə məlumat verməyərək məhkəmənin vaxtını almaqla yalan məlumatlar verməyini davam etdirmişdir. Məlumat üçün bildirir ki, sözügedən icra sənədi üzrə hadisələr (ticarət müəssisəsində baş vermiş yanğınla çoxsaylı zərərçəkənlərə dəymiş ziyan həcmi) Azərbaycan cəmiyyətində kifayət qədər ictimailəşmiş məsələdir və hər kəs bundan media və mətbuat vasitəsi ilə xəbərdardır. Belə olan halda "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə yenidən əsassız ərizə ilə müraciət etməsi (məhkəməni aldatmağa çalışması, eyni müraciətlərlə məhkəmələrin iş yükünü artırmağa çalışması (səbəb olması) və sairə) tamamilə qəbulolunmazdır və məsuliyyət səbəb olmalıdır. Göründüyü kimi "xxxx" ASC-nin əslində iddia tələbi Mülki Məcəllənin 893.3-cü maddəsinin müddəaları baxımından tamamilə əsassızdır və icra sənədi üzrə hazırki ziyan məbləği ******* manatdan yuxarı olduğu halda, nəzərdə tutulan sığorta məbləği mövcud ziyan məbləğini belə hazırda ödəmədiyi halda azadolma məbləğinin tələbi qanunvericiliyə uyğun mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 ilk iddia tələbini etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, qarşı tərəfin dedikləri ilə bağlı öncə bunu qeyd etmək istəyir ki, əvvəl məbləğ tələbkarlar arasında bölünməmiş, Apellyasiya Məhkəməsində bununla bağlı proses yekunlaşması gözlənilmişdir. Apellyasiya Məhkəməsinin qərarından sonra pul bölünmüşdür. Bundan əlavə, bu iş səkkiz tələbkarla bağlı işdir. Zərərçəkən şəxslər mütəmadi idarəyə gəlirmişlər. Pulun bölünməsi ilə bağlı şəxslər arasında razılıq əldə olunduğundan pulu tərəflər arasında bölünmüşdür. Hərəkətləri ilə bağlı məhkəmələrdə proseslər də olmuşdur və nəticədə onun lehnə qərarlar qəbul edilmişdir. Hesab edir ki, bu qərarlar da onun hərəkətlərində qanunsuzluq olmadığının göstəricisidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, sığorta şəhadətnaməsində azadolmanın qarşısında şərtli sözü yazılmayıbsa, bu, şərtsiz hesab edilir. Qanunda göstərilmişdir ki, azadolma şərtli, şərtsiz, müddətli və müddətsiz ola bilər. Bu, qanunda göstərildiyinə görə burada mütəxəssis rəyinə də xüsusi ehtiyac yoxdur. Həmçinin azadolma məcburi deyil ki, sığorta şəhadətnaməsinə salınsın. Bu, tərəflər arasında olan razılaşmaya əsasən olan məsələdir və sığorta müqaviləsində göstərilməlidir. Buna görə də icra məmurları sığorta müqaviləsinin təqdim edilməsini istəmişlər, lakin qarşı tərəf təqdim etməmişdir. Hesab edir ki, azadolmanın qarşısında heç nə yazılmayıbsa, bu, şərtlidir. Azadolma terminin salınmasının burada doğru hesab etmir. Çünki tərəflər qarşılıqlı razılığa gəlməmişlər. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra şöbəsinin nümayəndəsi X22 izahatında göstərdi ki, təqdimatda "xxxx" üçün “AzSığorta ASC”-də nəzərdə tutulmuş vəsait barədə qeydlər etmişlər. “Azsığorta ASC”-yə bu vəsaitin hansı hesabda saxlanılması barədə sorğular verilmişdir. Ancaq bu sorğularla bağlı ya cavablar verilməmiş, ya da əksik məlumatlar verilmişdir. Buna görə də “Azsığorta ASC”-da olan vəsaitlə bağlı olduğuna görə bütün hesablara sərəncam göndərmişlər. Həmçinin keçən məhkəmə iclasında bildirdi ki, “AzSığorta ASC”-nin hesabında olan adlardan biri sərəncamı icra etmədiyinə görə onun barəsində inzibati tədbir görmüş, protokol tərtib etmişlər və bununla bağlı protokolla bağlı qüvvədə olan məhkəmə qərarı mövcuddur. Azadolmanın şərtli və ya şərtsiz olmasını icra məmuru müəyyənləşdirə bilməz. Ümumi sığorta məbləğini tutmuşlar. Göstərilən 49500 manat, ******* manatın tərkibinə aiddir. Şəhadətnamədə ümumi məbləği görmüş, 49500 manatı görməmişlər. İlkin iddia üzrə iddiaçı tərəfin qaldırdığı bu iddia əsassızdır və rədd edilməlidir. Digər cavabdehlərə və mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların və ya səlahiyyətli nümayəndlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMC-dən müştərək qaydada 391 891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və «Eurohome> MMC-dən müştərək qaydada 389 974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X14 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMC-dən müştərək qaydada 135 800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMCdən müştərək raydada 193 465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X17 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 "xxxx" MMC-dən müştərək qaydada 193 909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMC-dən müştərək qaydada 324 866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMC-dən müştərək qaydada 115 083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X31 oqluna ödənilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X5 və X6 və "xxxx" MMC-dən müştərək qaydada 107 804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin "xxxx" ASC-nə ünvanlanmış 05 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMCnin sığorta ödənişləri barədə məlumatın Binəqədi rayon icra şöbəsinə göndərilməsi, "xxxx" MMC-yə ödənilməli olan sığorta ödənişlərinin köçürülməsindən əvvəl Binəqədi rayon icra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin "xxxx" ASC-nə ünvanlanmış 17 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitinin "xxxx" ASC-yə məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Binəqədi rayon icra şöbəsinə ünvanlanmış 17 aprel 2023-cü il tarixli sorğuya 21 aprel 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin sığorta tələbi araşdırılmış, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. "xxxx" MMC üçün hər hansı sığorta vəsaitinin Cəmiyyətinə məxsus bankda olan depozit hesabında yerləşdirilməsi nəzərdə tutulmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli siğorta şəhadətnaməsi üzrə siğorta üçün nəzərdə tutulmuş ******* (bir milyon iki yüz əlli min) manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin 14 aprel 2023-cü il tarixli borclunun manat və ya xarici valyutada olan pul vəsaitlərinin həbs qoyulması və tələbin həmin pul vəsaitlərinə yönəldirilməsi haqqında qərardan görünür ki, boclu "xxxx" MMC-nin manat və ya xarici valyuta ilə olan bank hesablarında olan pul vəsaitlərinin üzərinə 1852912.48 manat məbləğində və 129703.87 manat həcmində manat ekvivalentinə uyğun həbs qoyulması, həmin həcmdə satışı bank və qeyri-bank təşkilatlarına həvalə edilərək borc tələbi həmin pul vəsaitlərinə yönəldilməklə köçürülməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 19 may 2023-cü il tarixli 130 saylı inkasso sərəncamından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında "xxxx" ASC-də olan 1 250 000 manat məbləğinə inkasso sərəncamı verilmiş, həmin məbləğ Binəqədi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin 02 iyun 2023-cü il tarixli borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında qərardan görünür ki, boclu "xxxx" MMC-dən tutulan ümumi ******* manatpul vəsaiti – X16 aid hissədə 253483 manat, X9 aid hissədə 286865 manat, X15 aid hissədə 90000 manat, X7 aid hissədə 211162 manat, X1 aid hissədə 126040 manat, X8 aid hissədə 70000 manat, X3 aid hissədə 87000 manat, X21 aid hissədə isə 125450 manat məbləğində bölünməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadına izah verilməsi barədə "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilməmişdir. İş materiallarında olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-cil il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi İcra Şöbəsinin icra məmuru Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli “Borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərardan verilmiş "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 8(001)-642/2023 saylı qərardadından "xxxx" ASCnin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 (103)- 393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 8(001)376/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan BA 987787 daşınmaz əmlakın icbari sığortası şahadətnaməsindən görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən "xxxx" tikinti materialları bazarının yalnız 2-ci mərtəbəsi (2000 kv.m) 1 250 000 manat məbləğində sığorta olunmuşdur. 49 500 manat azad olunma məbləği müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri) İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Binəqədi rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında xx.xx.2023-cü il tarixində icraata başlanılmış, tələbin könüllü icrası üçün müddət verilmiş, borclunun nümayəndəsinin izahatını alınmış, borclunun banklarda və digər kredit təşkilatlarında olan hesabları və əmanətləri sorğulanmış, borclunun tələbin yönəldilə biləcəyi əmlaklarının olub-olmadığı araşdırılmışdır. Bundan bir nəticə əldə edilmədikdən sonra icra məmuru borclunun üçüncü şəxslərdə olan vəsaitini sorğulamaq üçün hərəkətlər etmişdir. Bununla bağlı sığorta şəhadətnaməsinə əsaslanaraq borcluya ******* manat sığorta ödənişi olduğu qənaətinə gələrək, əvəlcə "xxxx" ASC-nin həmin həcmdə vəsaitlərinə məhdudiyyət qoymuş, daha sonra əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş, məhkəmənin qərardadı ilə təqdimat təmin edilmiş və həmin qərardaddan verilən şikayət təmin edilməmişdir. Bundan əlavə icra məmurunun sözügedən icra hərəkətləri icra icraatı qaydasında mübahisələndirilmiş və həmin hərəkətlərin qanunsuz hesab edilməsinə dair "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən məbləğ BA 987787 daşınmaz əmlakın icbari sığortası şahadətnaməsində qeyd edilən 49 500 manat azad olunma məbləğidir. Bununla bağlı məhkəmə bildirir ki, sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəddir. İş materiallarında olan sığorta şəhadətnaməsindən də görünür ki, sığortaçı "Azsığorta” ASC ilə sığortalı "xxxx" MMC arasında xx.xx.2019- cu il tarixdən xx.xx.2020-ci il tarixədək daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə müqavilə münasibətləri olmuş və Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən "xxxx" tikinti materialları bazarının yalnız 2-ci mərtəbəsi (2000 kv.m) ******* manat məbləğində sığorta olunmuşdur. 49500 manat isə azad olunma məbləği müəyyən edilmişdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 1- ci maddəsinə əsasən, Sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta tələbi isə - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti hesab olunur, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir. 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 41.1 Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddəsinə əsasən, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 898.3-cü maddəsinə əsasən, şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. 898.4-cü maddəsinə əsasən, şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 898.5-ci maddəsinə əsasən, sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır. 898.6-cı maddəsinə əsasən, şərtli gözləmə müddəti müəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir. 898.7-cü maddəsinə əsasən, sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir. Qeyd edilən normaların da məzmunundan göründüyü kimi, azadolma məbləğinin şərtli və şərtsiz növləri müəyyən edilmişdir. Hazırki halda sığorta şəhadətnaməsində hər hansı şərt göstərilmədiyindən 49 500 manat şərtsiz azadolma məbləğidir. Şərtsiz azadolma məbləği isə, yəni 49 500 manat hər bir halda dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissədir. Hazırki iş üzrə icra işi araşdırılarkən 49500 manat məbləği də daxil olmaqla 1 250 000 manat məbləğində sığorta ödənişinin tələbkarlar arasında bölüşdürüldüyü məlum olmuşdur. 1 250 000 manat məbləğində sığorta məbləğinə həbsin qoyulması, daha sonra inkasso sərəncamı ilə həmin məbləğin borclular arasında bölüşdürülməsinə dair icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddiaçının şikayət ərizələri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru və icra məmuruna nəzarəti həyata keçirən müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində qanunsuz hər hansı hərəkət olmadığından iddia cavabdehlərə münasibətdə əsassızdır və rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, sözügedən icra sənədi üzrə dəyən zərər tam ödənilməmiş, yəni icra sənədinin tam icra edilmədiyi və icra sənədi üzrə icraata xitam verilmədiyi işin mübahisəsiz halıdır. Sığorta şəhadətnaməsindən də göründüyü kimi 49 500 manat şərtsiz azadolma məbləğidir. Belə olan halda borclu "xxxx" MMC tərəfindən tələbkarlara ödənilməli olan, lakin azadolma məbləği hesabına ödənilmiş 49500 manat məbləğində pul dəyərində "xxxx" MMC əsassız varlanmışdır. Belə ki, icra sənədinə xitam verilmədiyindən, tələbkarlara dəymiş zərər tam ödənilmədiyindən 49500 manat borc məbləği həddində "xxxx" MMC əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC-nin borclu "xxxx" MMC-nə qarşı 49500 manat azadolma məbləği həddində vurulmuş ziyanın qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[754] Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASCnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın tutularaq YAŞAT FONDU-na (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) köçürülməsi barədə qarşılıqlı iddia tələbi də əsassız olduğundan rədd edilməlidir. Belə ki, Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən (“Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ”) bütün fizıki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmçinin “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanunun 1-ci maddəsinə (“Məhkəməyə müraciət hüququ”) görə, dövlət orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh4 iddiaçı tərəfin cərimə edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı özünün məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququndan istifadə etdiyindən və iddiaçının cərimə edilməsi ilə bağlı hər hansı əsas müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və X20 cəlb edilməklə ilkin iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia rədd edilsin. Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar