Məhkəmə qərarları › İş №e-2(004)-452/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-452/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-452/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X12 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Cavabdeh2 MMC-yə qarşı mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 76.1 kv.m təhşkil edən yaşayış sahəsindən (1 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) Cavabdeh1 çıxarılması; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 76.1 kv.m. təşkil edən yaşayış sahəsinin (1 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (1 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) üzərində İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən törədilən maneələrə son qoyulması və bu hərəkətlərin edilməsinin cavabdehlərə qadağa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də istifadədə olan 0.0424 ha torpaq sahəsində yerləşən 3 №-li, 2 mərtəbəli binada 56.2 kv.m ümumi, 36.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə ki, hazırki iddia ərizəsinə əlavə olunmuş ÖM seriyalı 145871 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən və yaşayş sahəsi 36.2 kv.m olan 3 otaqlı evin 1 yaşayış otağı üzərində X7, 2 yaşayış otağı üzərində isə (hazırki iş üzrə iddiaçı) İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçirilmişdir. İddia ərizəsinə əlavə olunmuş Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsində tərəfindən xx.xx.2002-ci il tarixdə 843 inventar nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 №-li evə dair tərtib edilmiş texniki pasportdan görünür ki, ümumi sahəsi 56.2 kv.m təşkil edən həmin ev 1 mərtəbədən, sahəsi 35.6 kv.m olan 3 yaşayış otağından, sahəsi 5.1 kv.m olan 1 mətbəxdən, sahəsi 13.0 kv.m olan 1 giriş-dəhlizdən və sahəsi 2.5 kv.m olan 1 tualetdən ibarətdir. Sonradan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 №-li evin İddiaçı məxsus 2 yaşayış otağından 1-i X6 adlı şəxsin mülkiyyətinə keçmişdir. Belə ki, hazırki iddiaya əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən və paylı mülkiyyətdə olan 3 №-li evin 12.1 kv.m ibarət 1 otağı İddiaçı, 11.7 kv.m ibarət 1 otağı X3, 12.4 kv.m ibarət 1 otağı isə X8 məxsusdur. Bildirmişdir ki, 3 №-li ev paylı mülkiyyət hüquq ilə İddiaçı ilə yanaşı Fəridə Atakişiyeva və Pakizə Cəfərovaya məxsus olsa da, Fəridə Atakişiyeva və Pakizə Cəfərova həmin evdə yaşamamışlar. Sözügedən ev İddiaçı daimi istifadəsində və sahibliyində olmuşdur. Məhz İddiaçı tərəfindən, onun öz vəsaiti hesabına 3 №-li evin 2-ci mərtəbəsi inşa edilmişdir. İnşa edilmiş həmin 2-ci mərtəbənin ümumi sahəsi 76.1 kv.m. olmaqla, müvafiq olaraq 23.0 kv.m. və 14.6 kv.m. olan 2 yaşayış otağından, 10.5 kv.m olan 1 mətbəxdən, 16.6 kv.m olan giriş meydançasından, 10.0 kv.m olan dəhlizdən, 2.0 kv.m olan vanna otağından ibarətdir. Bundan başqa, İddiaçı evin 1-ci mərtəbəsində də əlavə tikililər – sahəsi 6.0 kv.m giriş (dəhliz) və sahəsi 2.2 kv.m olan tualet inşa etdirmişdir. ünvan 1 evin 2 mərtəbəli olması, 2-ci mərtəbənin ümumi sahəsinin 76.1 kv.m təşkil etməsi, 1-ci mərtəbədə isə ümumi sahəsi 8.2 kv.m ibarət əlavə tikililərin inşa olunması, həmin tikilinin İddiaçı aid olması evin yerləşdiyi əraziyə xidmət göstərən 43 saylı Mənzil İstismar Sahəsinin V.Ramazanov adlı mühəndisi tərəfindən imzalanmış və Mənzil İstismar Sahəsinin möhürü ilə təsdiq olunmuş eskiz planla təsdiq olunur. Bundan başqa, bütövlükdə İddiaçı sahiblik və istifadəsində olması həmçinin həmin ünvan üzrə göstərilən kommunal xidmətlərlə bağlı İddiaçı ilə "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC arasında bağlanmış müvafiq müqavilələrin mövcudluğu da sübuta yetirir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də ünvada yerləşən 2 mərtəbədən ibarət 3 №-li evin 2 mərtəbəli olması, 1-ci mərtəbənin (2 yaşayış otağı, 1 mətbəx, 1 girişdəhliz, 1 tualet) daşınmaz əmlakın dövlət qeydiyyatından keçməsi və paylı mülkiyyət hüququ əsasında İddiaçı, Fəridə Atakişiyevaya, habelə Pakizə Cəfərovaya məxsus olması, sözügedən evin 2-ci mərtəbəsinin (1 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) isə yalnız İddiaçı faktiki sahiblik və istifadəsində olması yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır. Bunlardan başqa, bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək (3 ay) qaytarmaq şərtilə 144.500 manat məbləğində pulu borc almışdır. Bununla bağlı tərəflər arasında xx.xx.2028-ci il tarixdə yazılı formada kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuşdur. Lakin ailə vəziyyəti ilə bağlı iddiaçının maddi imkanı pisləşmiş və o, xx.xx.2018-ci il tarixdə aldığı borcu razılaşdırılmış müddətdə Cavabdeh1 qaytara bilməmişdir. Bundan sonra İddiaçı və Cavabdeh1 öz aralarında razılığa gəlmişlər ki, iddiaçının cavabdehə olan 144.500 manat məbləğində borcunun əvəzində Bakı şəhəri, Yasamal orayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 №-li evin iddiaçıya məxsus 12.1 kv.m ibarət 1 otaqlı mənzili və onun üzərində olan sənədsiz 100 kv.mtikilini cavabdehə təhvil verəcək və bununla bağlı tərəflər alqı-satqı müqaviləsi bağlayacaqlar. Tərəflər həmçinin razılığa gəlmişlər ki, sözügedən mənzil söküləcəyi və ya satılacağı halda, İddiaçı borclu olduğu məbləğdən (144.500 manat) artıq hissəsini Cavabdeh1 iddiaçıya qaytaracaqdır. Beləliklə tərəflər arasında əldə olunmuş həmin razılaşma yazılı formada tərtib olunmuş ərizələrdə əks etdirilmiş və həmin ərizələr müvafiq olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı və Cavabdeh1 tərəfindən imzalanmışdır. Daha sonra İddiaçı və Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 №-li evin iddiaçıya məxsus 12.1 kv.m ibarət 1 otaqlı mənzilinə dair xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında qeyd olunan mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə onun adına Çıxarış verilmişdir. İddiaçı, ümumi razılığa əməl edərək, özünə məxsus daşınmaz əmlakı Cavabdeh1 mülkiyyətinə keçirməsinə baxmayaraq cavabdeh yuxarıda qeyd olunan razılaşma ilə bağlı mübahisə yaratmışdır. Cavabdeh1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 144.500 manat məbləğində pulun İddiaçı onun (Cavabdeh1) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bu vəziyyətdə İddiaçı da Cavabdeh1 qarşı, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 3 №-li evin İddiaçı məxsus olmuş 1 otağa dair Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia tələblərini irəli sürmüşdür. Həmin iddia əsasında başlanmış mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(004)-3625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin həm 2(004)-958/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən, həm də 2(004)-3625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Hər iki apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmiş, hər iki mülki iş hakim Aida Hüseyn tərəfindən bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki işə apelyasiya qaydasında baxılması zamanı tərəflər, yəni İddiaçı və Cavabdeh1, aralarında mövcud olan mülki mübahisənin məhkəmədən kənar həlli ilə bağlı razılığa gəlmiş və onlar xx.xx.2020-ci il tarixdə Barışıq Sazişi imzalamışlar. Tərəflər arasında bağlanmış həmin Sazişin şərtlərinə görə, həm İddiaçı, həm də Cavabdeh1 bir-birlərinə qarşı irəli sürdükləri iddialardan imtina edəcəklərini, bunun müqabilində Cavabdeh1 10.000 manat məbləğində kompensasiyanı notariusun bank depozit hesabı vasitəsilə İddiaçı ödəyəcəyini, İddiaçı isə ünvan 1 evin açarlarını Saziş təsdiq edildiyi gün, mənzilin faktiki sahəsi ilə birlikdə isə xx.xx.2020-ci il tarixədək Cavabdeh1 təhvil verəcəyi, mənzilin faktiki sahəsi ilə birlikdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğin 40/100 hissəsini geri İddiaçı ödəyəcəyi barədə üzərlərinə öhdəliklər götürmüşlər. xx.xx.2020-ci il tarixli Barışıq Sazişini imzalandıqdan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər ayrı-ayrılıqda ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Barışıq Sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış Barışıq Sazişi təsdiq olunmuş, apellyasiya qaydasında mübahisələndirilən Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(004)-3625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini almışdır. Tərəflər arasında imzalanmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixi Barışıq Sazişindən göründüyü kimi, İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1 evin ona məxsus hissəsini (1 otaq) Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə İddiaçı tərəfindən Cavabdeh1 təhvil verdiyi əmlak – dövlət qeydiyyatına alınmış 3 №-li evin 1 yaşayış otağı olmuşdur. İddiaçı tərəfindən inşa edilən həmin evin 2-ci mərtəbəsində yerləşən əmlaklar isə nə alqı-satqı müqavidəsinin, nə də ki, xx.xx.2020-ci il tarixli Barışıq Sazişinin predmeti olmamış, həmin əmlakları İddiaçı Cavabdeh1 təhvil verməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh1 ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən və İddiaçı tərəfindən öz vəsaiti hesabına inşa edilən yaşayış sahəsini zəbt etmişdir. Bu addımın atılmasında Cavabdeh1 məqsədi, evin yerləşdiyi ərazisinin söküntüyə məruz qalağacığı barədə məlumat əldə etməsi və ona aid olmayan həmin hissənin də ona məxsus olması görüntüsünü yaratmaq olmuşdur. İddiaçı, ona məxsus və Cavabdeh1 tərəfindən zəbt olunmuş həmin 3-№-li evin 2-ci mərtəbəsinin boşadılmasını Cavabdeh1 dəfələrlə tələb etsə də, sonuncu bu tələblərə əməl etməmiş, əmlakı onun faktiki sahibi olan İddiaçı qaytarmamışdır. İddiaçı özünə aid evdən, evdə yerləşdirilmiş əşyalarından öz mülahizəsinə uyğun istifadə edə bilmir. Artıq bir müddətdir ki, İddiaçı və qonşuluqda yaşayan şəxslərə məlum olmşdur ki, digər cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində, o cümlədən dalan 1-də yerləşən 3 №-li mənzilin olduğu ərazidə abadlıq işləri aparılacaq, ərazidə böyük sahəni əhatə edən yeni park salınacaqdır. Bu işlərin görülməsi üçün isə ərazidə yerləşən yaşayış evlərinin sökülməsi nəzərdə tutulmuşdur. Ərazidə söküntü işlərini aparan iş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi İddiaçı aid 3 №-li evin 2-ci mərtəbəsini də sökmək niyyətindədir və bunun üçün real addımlar da atır. İddiaçı müraciətləri də cavabdehləri bu hərəkətlərdən çəkindirmir. Halbuki, həmin evin sökülməsinə iddiaçının hər hansı razılığı alınmamışdır. İddiaçı ona aid evin sökülməsinə etiraz edir. Lakin Cavabdeh1 3 №-li evin 2-ci mərtəbəsinin də ona aid olması barədə müvafiq dövlət qurumlarına, o cümlədən ərazidə söküntü işlərini faktiki aparan, iş üzrə digər cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinə yalan məlumatlar vermiş və müvafiq kompensasiya ödənilməsi müqabilində həmin evin də bütövlükdə sökülməsinə razılıq vermişdir. Bununla da İddiaçı həmin ev üzərində sahiblik və istifadə hüquqları pozulmuşdur. İşə baxılan zaman ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 03 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı 2000-ci ildə öz vəsaiti hesabına inşa etdiyi, ona məxsus, onun sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində həmin tikililərin tamamilə məhv olması ilə bağlı iddiaçıya dəymiş maddi zərər müəyyən edilərək, cavabdehlər Cavabdeh1, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsində (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) və həmin evin həyətində mövcud iddiaçıya məxsus anbarlarda olan, “İddianın dəyişdirilməsi barədə” ərizənin əsaslandırlıma hissəsində adları qeyd olunan ev əşyalarının məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Son olaraq ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 10 fevral 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı 2000-ci ildə öz vəsaiti hesabına inşa etdiyi, ona məxsus, onun sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində həmin tikililərin tamamilə məhv olması ilə dəymiş maddi zərərin əvəzi olaraq 230.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulması və İddiaçı ödənilməsi; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsində (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) və həmin evin həyətində mövcud iddiaçıya məxsus anbarlarda olan, “iddianın dəyişdirilməsi barədə” ərizənin əsaslandırma hissəsində adları qeyd olunan ev əşyalarının məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 26 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 3000 (üç min) manat xidmət haqqının və etibarnamənin verilməsi ödənilmiş 17 (on yeddi) manat dövət rüsumunun iddiaçı - İddiaçı tutularaq cavabdeh – Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 04 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəf olaraq iddia tələbini qəbul etmirlər. Aşağıda qeyd etdikləri faktiki və hüquqi əsaslara görə iddia tələbi rədd edilməlidir. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə 144.500 manat məbləğində pulu borc almışdır. Lakin iddiaçı borc müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyərək pul vəsaitini geri qaytarmamışdır. Tərəflər həmin borc müqaviləsi üzrə razılığa gələrək (yazılı ərizələr ilə), borcun əvəzinə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 nömrəli evin və onun üzərində olan 100 kv.m. tikilinin (halbuki ümumi sahə 100 kv m2 daha azdır) cavabdehə satılmasına (verilmsinə) qərarlaşıblar. İddiaçı xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizəsindəki iradə ifadəsi bu şəkildə olub “Mən, yazıb bildirirəm ki, paylı mülkiyyət hüququ ilə mənə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otaq -12.1 kv.m hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 olan 144500 (bir yüz qırx dörd min beş yüz) ekvivalentlə 85000 (səksən beş min) ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verirəm və həmin mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etmirəm. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı indi və gələcəkdə heç bir tələbim və iddiam olmayacaq.” (indi isə iddiaçı söz oyunları oynayaraq, iddia ərizəsində bu ərizənin mətnini gələcək zaman şəkilçiləri ilə işlədir). Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin evi cavabdehə satıb (iddiaçının da ərizəsində qeyd etdiyi kimi 12 kv.m.-dən əlavə sahələr sənədsiz olduğu üçün alqı-satqı müqaviləsində əks olunması mümkün olmayıb). Yuxarıda qeyd olunan ərizə və müqaviləyə əsasən iddiaçı- İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair (ərizədəki sahələr daxil olmaqla) bütün hüquqlarına xitam verilib. İddiaçının mübahisə predmenti üzrə subyektiv hüququ yoxdur. Daha sonra tərəflərin kredit müqaviləsi və alqı-satqı müqaviləsi ilə bağlı yenidən birbirlərinə qarşı tələblər irəli sürməsi nəticəsində, tərəflər arasında xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişi bağlanmışdır. Eyni zamanda həmin barışıq sazişi qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiq edilib (Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı). Məhkəmənin diqqətinə çatdırmışdır ki, evin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün sazişin 2.1.3, 2.2.2 və 2.2.3-cü bəndlərində faktiki sahə sözü xüsusi ilə qeyd edilir. Sazişin 2.1.3-cü bəndində qeyd olunur ki, Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (İddiaçı QİZİNA AİD OLMUŞ FAKTİKİ SAHƏSİ) FAKTİKİ SAHƏSİ İLƏ GƏLƏCƏKDƏ SATİLMASİ HALİNDA ƏLDƏ EDİLƏCƏK satış pulundan 155000 (yüz əlli beş min) manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 (yüzdə qırx-qırx faiz) hissəsini geri İddiaçı ödəməyi öhdəsinə götürür. (Sazişdən də göründüyü kimi mənzilin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün (hər yerdə faktiki sahə sözü xüsusi ilə qeyd edilir. Həm də keçmiş zamanda muş şəkilçisi ilə)) Sazişin 2.2.2-ci bəndində qeyd olunur ki, Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə 15 mart 2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. Sazişin 2.2.3-cü bəndində qeyd olunur ki, Bu Sazişin 1.2ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155000 (yüz əlli beş min) manat məbləğindən aşağı olduğu halda 155000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür (Sazişdən də göründüyü kimi mənzilin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün (hər yerdə faktiki sahə sözü xüsusi ilə qeyd edilir. Həm də keçmiş zamanda “muş” şəkilçisi ilə). Bu Saziş bağlandıqdan sonra tərəflər arasında bağlanmış bütün mübahiəsələr son qoyulmuş və İddiaçı həmin evi və onun faktiki sahəsini tərk etmiş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək cavabdehə qarşı həmin ev və onun faktiki sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. Sazişin 2.3-cü bəndində qeyd olunur ki, Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2018-ci il tarixli “144500 (bir yüz qırx dörd min beş yüz) manat pulun borc verilməsinə dair Kredit müqaviləsi” üzrə və həmçinin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. Göründüyü kimi tərəflər, bu sazişinin predmentindən irəli gələcək istənilən tələblər barədə iddia qaldırmamağı öz üzərlərinə götürmüşdülər (Hazırda iddiaçı iddia tələbinə başqa don geydirərək, iddia tələbinin icraata qəbul olunmasına nail olmuşdur). İddiaçı özünün xx.xx.2019-cü il tarixli ərizə ilə mənzilin bütün fatiki sahəsini cavabdehə satıdığını (verdiyini) bəyan etmişdir. Eyni zamanda Sazişlə tərəflər arasında olan bütün mübahisələrə son qoyulmuşdur. Bununlada İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin 1 otaq və onun fatiki sahəsində dair bütün hüquqlarına xitam verilmişdir. İddiaçının subyektiv hüquqi yoxdur. Tərəflərin bir-birilərinə qarşı öhdəlikləri yalnız sazişin icrasından ibarətdir (hazırda iddiaçı saziş üzrə öhdəliyini pozaraq mənzil ilə bağlı yenidən cavabdehə qarşı iddia qaldırıb). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəticə etibarilə iddaçının subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-5520/2024 nömrəli iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı kompensasiyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişinin şərtlərini pozduğu üçün 50000 (əlli min) manat məbləğində kompensasiyanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi; mənzilə qanunsuz daxil olma və ilkin iddianın verilməsi nəticəsində vurulmuş mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 309 manat dövət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi; ilkin iddia üzrə Cavabdeh1 hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 3000 (üç min) manat vəsaitin ilkin iddia üzrə İddiaçı tutularaq ilkin iddia üzrə Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında olan e- 2(004)-5520/2024 nömrəli iş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı- İddiaçı ilkin iddia üzrə cavabdeh - Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 nömrəli evdən çıxarılma və.s” tələblərlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İlkin İddia üzrə cavabdeh - Cavabdeh1 ilkin iddia tələbini qəbul etməməklə yanaşı, özünün qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə 144.500 manat məbləğində pulu borc almışdır. Lakin iddiaçı borc müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyərək pul vəsaitini geri qaytarmamışdır. Daha sonra tərəflər arasında olan razılaşmaya əsasən, xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizə və xx.xx.2019-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 nömrəli evin və onun üzərində olan tikili borcun əvəzi olaraq qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh1 verilib. Daha sonra tərəflərin kredit müqaviləsi və alqı-satqı müqaviləsi ilə bağlı yenidən bir birinə qarşı tələblər irəli sürməsi nəticəsində, tərəflər arasında xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişi bağlanmışdır. Eyni zamanda həmin barışıq sazişi qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiq edilib (Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı). Sazişin 2.2.2-ci bəndində qeyd olunur ki, Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə 15 mart 2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. Sazişin 2.3-cü bəndində qeyd olunur ki, Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2018-ci il tarixli “144500 (bir yüz qırx dörd min beş yüz) manat pulun borc verilməsinə dair Kredit müqaviləsi” üzrə və həmçinin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. Göründüyü kimi tərəflər, bu sazişinin predmentindən irəli gələcək istənilən tələblər barədə iddia qaldırmamağı öz üzərlərinə götürmüşdülər (Hazırda iddiaçı iddia tələbinə başqa don geydirərək, iddia tələbinin icraata qəbul olunmasına nail olmuşdur). Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün xx.xx.2019-cu il tarixli ərizə ilə mənzilin bütün fatiki sahəsini cavabdehə satıdığını (verdiyini) bəyan etmişdir. Eyni zamanda Sazişlə tərəflər arasında olan bütün mübahisələrə son qoyulmuşdur. Bununla da İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin 1 otaq və onun faktiki sahəsində dair bütün hüquqlarına xitam verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evin yerləşdiyi ərazinin plana düşdüyünü öyrəndikdən sonra, 03-06 iyul 2024-cü il tarixlərində 3 nəfərlə birlikdə həmin evə gələrək evin açarını dəyişmiş və qanunsuz olaraq mənzilə daxil olmuşdur. Mənzildə kirayə yaşayan şəxslərə özünü ev sahibi kimi təqdim edib. Öz kürəkənini evə yerləşdirib (video görüntü məhkəməyə daha sonra təqdim ediləcəkdir). Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 102 xidmətinə müraciət edilikdən sonra həmin şəxs evi tərk edib. Qarşılıqlı iddia üzrə iddiaçının müraciəti əsasında Yasamal RPİ-nin 26 saylı Polis Bölməsində aparılmış araşdırma üzrə alınmış izahatlarda yuxarıda qeyd olunan faktlar öz əksini tapıb. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daha sonra hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçıya qarşı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 nömrəli evlə bağlı bir sıra tələblər irəli sürmüşdür. Həm hazırki iddia ilə məhkəməyə müraciət etməklə, həm də 03-06 iyul tarixlərində qanunsuz olaraq mənzilə daxil olmaqla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sazişin 2.2.2-ci və 2.3-cü bəndlərinin şərtlərin pozmuşdur. Sazişin 4.4-cü bəndində qeyd olunur ki, Sazişin şərtlərinin pozulmasına səbəb olmuş tərəf vurduğu zərərin əvəzini 50 000 (əlli min) manat məbləğində kompensasiya digər tərəfə ödəməlidir. Göründüyü kimi tərəflər sazişin 2.3-cü bəndində həm sazişin predmeti ilə bağlı həm də bu məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürüblər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sazişin şərtlərini kobud şəkildə pozaraq hazırki iddia ilə məhkəməyə müraciət edib. Ona görə də sazişin 4.4-cü bəndinə nəzərdə tutulmuş 50 000 (əlli min) manat məbləğində kompensasiya qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməldir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 illərdir ki, borc əvəzində əldə etmiş olduğu Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 nömrəli evin (onun üzərində olan tikililərin) plana düşməyini gözləyir ki, heç olmaya 6 il öncə borc vermiş olduğu pulu bir şəkildə kompensasiya edə bilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alqı-satqı müqaviləsi (notarial təsdiqli ərizə) və barışıq sazişi ilə bütün mübahisələrin bitdiyini düşünərkən, qarşılıqlı iddia üzrə cavabdehin onun evinə qanunsuz olaraq daxil olması, ilkin iddia ilə məhkəməyə müraciət etməsi nəticəsində ciddi mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də hesab edir ki, ilkin iddianın verilməsi nəticəsində dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. “Kredo” Vəkil Bürosu ilə Cavabdeh1 arasında ilkin iddiaya üzrə cavabdehə hüquqi yardım göstərilməsi ilə bağlı EM-1602VK-11375/24 saylı müqavilə bağlanmış və onun tərəfindən 3000 (üç min) manat xidmət haqqı ödənilmişdir. Həm hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş vəsait, həm də qarşılıqlı iddia verilərkən ödənilən dövlət rüsumu, İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 1984-cü ildə mübahisə predmeti olan mənzilə gəlin gəlmişdir. 1990-cı ildə orada övladları dünyaya gəlmişdir. O, ora gəlin gələndə orada 1-ci mərtəbədə, 2 ədəd, yanbayan 12 kv.m-lik ev olub. Onlardan biri qonaq otağı, digəri isə yataq otağı olub. Qarşısında da 7 m-lik eyvan olub. Daha sonra həyat yoldaşı 20 yanvar hadisələrində yaralandıqdan sonra, 1991-ci ildə onlara dövlət tərəfindən Mir Cəlal küçəsində ev verildi. Daha sonra onlar həmin evi sataraq hazırki mübahisə predmeti olan evi genişləndirdilər. Bunu həm İcra Hakimiyyəti həm də, MKİS-lə razılaşdırmaqla hər iki 12 kv.m-lik evin hər birini, 30 kv.m etdilər. Həmin 30 kv.m-lik mənzilin birini 2 hissəyə bölməklə 2 ayrı-ayrı şəxsə satmışdır. Bununla bağlı onun müvafiq çıxarışları da mövcuddur. Həmin yeri satdıqdan sonra 2-ci mərtəbəni tikməyə başladılar. 2000-ci ildə yuxarı mərtəbəni tikmişlər. Yuxarı mərtəbə təxmini 76 kv.m-dir. 2002-ci ildə yuxarı mərtəbəyə sənədləri almaq istəsələr də, müəyyən səbəbə görə, bu baş tutmamışfdır. Cavabdehin ona iddia qaldırdığı işlər evi öz adına keçirdikdən sonra verilmişdir. Lakin cavabdeh yalnız 12 kv.m-i öz adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq o, cavabdehə etibar etmiş, o, da etibardan sui-istifadə etmişdir. Onun uzun müddət gözləməyinin səbəbi 2018-2022-ci illər aralığında ailələrində itkilərin olması səbəb olmuşdur. Müəyyən müddət keçdikdən sonra cavabdeh həmin evin qapısının açarını dəyişərək, özü başqa adamlara kirayəyə vermişdir. O, bunu həmin evi yoxlamağa gedərkən müəyyən etmişdir. Orada tanımadığı başqa adamların olmasını görmüşdür. Onlardan soruşduqda isə kirayəçi olduqlarını və evi onlara Elşən adlı şəxsin verdiyini bildirdi. Onlardan evdən çıxmağı tələb etdikdə, onlar 5 gün möhlət istəmişlər. O da evin açarını dəyişməklə razılaşmışdır. Daha sonra Elşən adlı şəxs həmin kirayəçiləri öyrədib, onun barəsində polisə şikayət etmişlər. Onu polisə çağıranda, bilmişdir ki, kirayəçilər təhrif olunmuş məlumatlar vermişlər. Bundan başqa 2020-ci ildə onlar cavabdehlə barışıq sazişi bağlamış və həmin barışıq sazişinə əsasən o, 10000 manat da əlavə olaraq ona borc verdi. Əgər o, həmin evi cavabdehə vermişdisə, atasının portretini və digər şəxsi əşyalarını nə üçün evdən çıxarmamışdır. Əlavə olaraq bildirmişdir ki, onunla icra şöbəsindən əlaqə saxlanılmış və Cavabdeh1 154000 manat borcu olduğuna görə əmək haqqından çıxılmaların olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən ilkin iddianın təmin olunmasını xahiş etmiş, qarşılıqlı iddianın təmin olunmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehə sənəd üzərində 12 kv.m-lik mənzili versə də, faktiki olaraq həmin evin ərazisi 60 kv.m təşkil edir. Kirayəçilər polisə şikayət etdikdən dərhal sonra, cavabdeh 2-ci mərtəbədə yerləşən evi hörür və 2-ci mərtəbədən 1-ci mərtəbəyə keçid açırlar. Bununla da sanki bir evmiş kimi təəssürat yaratmağa çalışıb. Bundan başqa cavabdeh ona verilmiş etibarnamə əsasında öz xeyrinə mənzili özgəninkiləşdirmişdir. Bu isə qanunsuzdur. Əgər ev həqiqətən də cavabdehin adına idisə, nə üçün iddiaçıya qarşı həm pul tələbi, həm də mənzildən çıxarma tələbinə dair iddia qaldırır. Qeyd olunanlara əsasən məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının adına hər hansı sayğacların olması heç nəyi dəyişmir. Üstəlik iddiaçı tərəf cavabdehin sələmçi olması ilə bağlı iddiaları da əsassızdır. Əgər cavabdeh sələmçi idisə, nə üçün batmış pulunun üzərinə əlavə barışıq sazişi ilə pul vermişdir. Ümumiyyətlə ev üzərində hansısa artırma olursa, həmin artırma da evin tərkib hissəsi sayılmalıdır. Onlar hesab edir ki, sazişlər arasında ziddiyət yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş ilkin iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh2 MMC məhkəməyə xx.xx.2025-ci il tarixdə vəsatət ünvanlayaraq, iddia tələbini qəbul etmədiklərini və onların iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 MMC-nin vəsatətini nəzərə alaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30/117 saylı, xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportuna əsasən ünvan 5 ünvanda yerləşən mənzildə 2 (iki) otağının sahibi İddiaçıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 1 ünvanda yerləşən 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1 otaq (12.4 kv.m.) X7 adına xx.xx.2003-cü il tarixdə, 1 otaq (11.7 kv.m.) X2 adına xx.xx.2006-cı il tarixdə, 1 otaq (12.1 kv.m.) Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı 02 fevral 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otaq -12.1 kv.m hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 olan 144500 (bir yüz qrx dörd min beş yüz) ekvivalentlə 85000 (səksən beş min) ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verir və həmin mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etmir. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı indi və gələcəkdə heç bir tələbi və iddiası olmayacaq. - Cavabdeh1 ilə İddiaçı arasında 10 mart 2020-ci il tarixdə barışıq sazişi bağlanmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə cavabdeh (iddiaçı) İddiaçı arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmişdir: “iş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1. Müqavilənin predmeti. 1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq, aşağıda qeyd olunan bu Sazişin predmetləri üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu sazişdə göstərilən razılaşma əldə edildikdən sonra tərəflər arasında aşağıda qeyd edilən borc müqaviləsi üzrə münasibətlərə dair gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlarına dair bu Sazişdə qeyd edilən öhdəlikləri götürmək və bu götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında Sazişi (müqaviləni) bağlayırlar. 1. Sazişin predmeti: 1.1. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 1.2. İddiaçı Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 2. Tərəflərin razılaşma şərtləri 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə Cavabdeh1 öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmetə dair-yəni, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.1.2 Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində 10000 (on min) manat məbləğində kompensasiyasını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə bu Saziş notarial qaydada təsdiq edildiyi gün İddiaçı ödəməyi öhdəsinə götürür; 2.1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155000 (yüz əlli beş min) manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 (yüzdə qırx-qırx faiz) hissəsini geri İddiaçı ödəməyi öhdəsinə götürür. 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetirilməsi şərti ilə bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrəİddiaçı Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.2.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə 15 mart 2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. 2.2.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155000 (yüz əlli beş min) manat məbləğindən aşağı olduğu halda 155000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2018-ci il tarixli “144500 (bir yüz qırx dörd min beş yüz) manat pulun borc verilməsinə dair Kredit müqaviləsi” üzrə və həmçinin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. 3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə tərəfindən bu Sazişin təsdiqi üzrə qərardadın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırlar. 4. Digər müddəalar. 4.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 4.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 4.3. Bu Sazişi tərəflər müqavilənin predmetlərinin tənzimləndiyi orqanlara (müvafiq Məhkəmələr və Azərbaycan Respublikasının İcra və Probasiya Şöbələrinə və digər müvafiq strukturlara) təqdim edirlər. 4.4. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlli min manat məbləğində kompensasiya ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödəməlidir. 4.5. Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Saziş 4 nüsxədə tərtib edilir.” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 958/2019 saylı, 07 yanvar 2019- cu il tarixli və 2(004)-3625/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnamələrinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə və İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - İddiaçı 09 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən o, 02 fevral 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində 8İ-833 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermiş, barışıq sazişinə əsasən səbəbindən yuxarıda qeyd olunan ərizədən imtina etmiş, yuxarıda göstərilən ərizədən imtina etməyi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notarial ofisində təsdiq edilibsə, bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Natiq Abdullayevin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən vət. Cavabdeh1 və İddiaçı qarşılıqlı müraciətləri əsasında toplanmış 1 saylı HK- 2155 və HK-2162 nömrə ilə qeydə alınmış təhqiqat materialları üzrə toplanmış material üzrə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. - Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı xx.xx.2024-cü il tarixdə Sazişin 2.1.3-cü bəndinə görə ödənilməli olan pul vəsaitinin ona ödənilməsini və mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmişdir. - Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 MMC (alıcı) ilə arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satcı ünvan 6 ünvanında yerləşən 56,2 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 12,1 kv.m. 1 otağı 195000 manata alıcı Cavabdeh2 MMC-yə satmışdır. - X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən o, ünvan 7 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini, mülkiyyətçiyə qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir. - X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən o, payçısı olduğu ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə Cavabdeh1 özünə məxsus hissəsinin satılmasına etiraz etmədiyini və alıcılıqda üstünlük hüququndan imtina etdiyini bildirmişdir. - "xxxx" MMC-nin İddiaçı məxsus ev əşyalarının dəyərinin müəyyən edilməsi barədə 82 saylı, xx.xx.2024-cü il tarixli hesabatına əsasən İddiaçı məxsus ev əşyalarının dəyəri 47600 manat təşkil etmişdir. - "xxxx" MMC-nin 13 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1 ünvanında yerləşən 3 saylı evin 2-ci mərtəbəsində yerləşən İddiaçı sahibliyi və istifadəsində olan ümumi sahəsi 76,1 kv.m. təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) hazırki real bazar dəyəri 220000 - 230000 manat arasında dəyişir. - Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 22 yanvar 2025-ci il tarixli sorğuya cavaba əsasən ünvan 9 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilməmişdir. Eyni zamanda əlavə olaraq bildirmişdir ki, ünvan 9 ünvanında söküntü işləri Rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığından hər hansı bir sənəd aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, iddiaçı ilə bir neçə ildir ki, qonşudurlar. 2022-ci ilə qədər onu həyətdə, işə gedib gələndə görmüşdür. 2-ci mərtəbədə kirayəçilərin qaldığını axır 1-2 ayda görmüşdür. Sökülmə anını görmüşdür. Söküntü günü ona zəng gəldi ki, burda söküntü gedir. Mətanət xanımgillin evi ilə onların evinin yerləşməsi elədir ki, buldozer orda işləyəndə bizim ev də zərər görür. Gəlib küçəyə çatanda küçədə polisləri, şirkətdən 1-2 nəfəri evi sökdürən şəxsləri görmüşdür. Dedi ki, niyə sökürsünüz?. Dedilər ki təlimat gəlib ki, bu ev sökülsün. Bildirdi ki, ev şirkət nümayəndələrinə satılıb, həm də ki məhkəmə qərarı var ki, bu ev sökülə bilməz. Bir bəy və bir sarı saçlı xanım görmüş, xanım demişdir ki, öz evidi özü bilər. Orda qaldığı müddətdə 2ci mərtəbədə Mətanət xanımın orda mebelləri var idi, kondisioneri var idi, kombi, mətbəx mebeli var idi. İçəri girəndə üzbəüz mətbəx idi, solda hamam otağı idi, sağdan yataq otağı, sonra zaldır, divan, kreslo, iki dənə kamot, stol,stul, mətbəxdə qəhvəyi mebel, stol,stul var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, binanın yanında dayanacaq nəzarətçisi işləyirdi. Orada Fatimə xanımla, yoldaşını görmüşdür. Tez-tez ora gəlirdilər və yuxarı mərtəbəyə də qalxırdılar. Əvvəl bilmirdi ki, kirayə pulu yığmağa gəlirlər. 2020-ci ildə onlarla tanış olmuşdur. 2021-ci ildə Fatimə xanım ona demişdir ki, Cəlilabadlı kirayəçiləri çıxarır. Səhv etmirəmsə 2-ci mərtəbədə qalırdılar. Orada ancaq Mətanət xanımı görürdü. Evin şəraitindən xəbəri yoxdur. Söküntüdən də məlumatlı idi ki, şirkət tərəfindən sökülür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, həmin evdə 2024-cü ilin avqust ayından oktyabr ayına kimi yaşamışlar. 2-ci mərtəbədə qalırdı. Evi Hüseyn adlı vasitəçi vasitəsilə tapmışdır. Köçəndən səhəri gün Elşən adlı şəxsi görmüşdür, bildiyi qədəri Fatimə xanımın sürücüsü idi. 450 manata kirayə haqqı ödəyirdi. Aylıq ödənişləri Elşənin bank kartına göndərirmişlər. Oktyabrın 5-i evi tərk etdilər. Ev ayın 11i söküləcəkdi. Evdən çıxış vaxtı isə ayın 15-i idi. Sadəcə olaraq yeni köçəcəyi evi tez tapmışdılar deyə 15-dən tez evi tərk etdilər. Evdə divan, kreslo, paltaryuyan idi, heç biri yeni deyildi, çox köhnə idilər. 1-ci mərtəbəni heç görməmişdir. Fatimə xanımı və Mətanət xanımı şöbədə tanımışdır. Mətanət xanım gəldi, ona evin Elşən tərəfindən kirayə verildiyi bildirildi. Gəldi 1-2 şəkil göstərdi, çeki filan göstərdi. Yanında 2 nəfər var idi. Göstərilən evin şəkilləri idi. Orda kreslo filan var idi. Pərdə yox idi. Vəkilin göstərdiyi şəkillə eynilik təşkil edən bəzi əşyalar var. Xalça fərqli idi. Soyuducu işləmirdi. İşıq pulu və qaz pulu biri Fatimə xanım, biri də Mətanət xanımın adına idi. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında məhkəmə mübahisələri olmuş, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə və İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə cavabdeh (iddiaçı) İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı, 07 yanvar 2019-cu il tarixli və 2(004)- 3625/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnamələri ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə və İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcuddur. İddiaçı qeyd edir ki, Cavabdeh1 ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən və iddiaçı tərəfindən öz vəsaiti hesabına inşa edilən yaşayış sahəsini zəbt etmişdir. İddiaçı ona məxsus və Cavabdeh1 tərəfindən zəbt olunmuş həmin 3-№-li evin 2-ci mərtəbəsinin boşadılmasını ondan dəfələrlə tələb etsə də, sonuncu bu tələblərə əməl etməmiş, əmlakı onun faktiki sahibi olan iddiaçıya qaytarmamışdır. Hal-hazırda iddiaçı ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, onun 2000-ci ildə öz vəsaiti hesabına inşa etdiyi, ona məxsus, onun sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində həmin tikililərin tamamilə məhv olması ilə dəymiş maddi zərərin əvəzi olaraq 230.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını və ona ödənilməsini; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsində (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) və həmin evin həyətində mövcud iddiaçıya məxsus anbarlarda olan, ev əşyalarının məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir, cavabdehlər isə iddia tələbinə etiraz edirlər. Cavabdeh1 nümayəndəsi və vəkili bildirmişdir ki, məhkəmə qərarı ilə təsdiq edilmiş Sazişdə iddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə birlikdə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə olan halda yenidən belə bir iddianın qaldırılması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Cavabdeh2 MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus, onun sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) özbaşına sökülməsi nəticəsində həmin tikililərin tamamilə məhv olması nəticəsində ona maddi ziyan vurduğunu iddia etsə də, tələbinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında qarşılıqlı tələblər üzrə məhkəmə mübahiələri olmuşdur. Həmin mübahisələrin yekunu üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə cavabdeh (iddiaçı) İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq Sazişində də hal-hazırki iddiaçıya məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin faktiki sahəsi ilə birlikdə Cavabdeh1 təhvil verilməsi, gələcəkdə satışı zamanı isə 155000 manat pul məbləği çıxılmaqla qalan məbləğin 40/100 hissəsinin İddiaçı ödənilməsi barədə razılaşdırılmışdır. Eyni zamanda İddiaçı tərəfindən 02 fevral 2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otaq -12.1 kv.m hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 olan 144500 (bir yüz qrx dörd min beş yüz) - ekvivalentlə 85000 (səksən beş min) ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verilməsi və həmin mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına etiraz edilməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə mövcud olmuş və 2024-cü ildə sözügedən ərizə iddiaçı tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbində qeyd etdiyi mübahisəli mənzilin ikinci mərtəbəsində tikilmiş 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) həmin mənzilin faktiki sahəsi olmamasını və barışıq sazişinin predmeti olmamasını bildirsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Barışıq sazişinin olması, eyni zamanda İddiaçı tərəfindən 02 fevral 2019-cu il tarixli ərizəsi də iddiaçının qeyd etdiklərinin sadəcə mülahizə xarakterli olduğu nəticəsinə gəlməyə əsas verir. Eləcə də, İddiaçı sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsində (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) və həmin evin həyətində mövcud iddiaçıya məxsus anbarlarda olan, “iddianın dəyişdirilməsi barədə” ərizənin əsaslandırma hissəsində adları qeyd olunan ev əşyalarının məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində də əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Belə ki, barışıq sazişi əsasında sözügedən fərdi yaşayış evinin 15 mart 2020-ci ilədək təhvil verilməsi qeyd olunmuşdur. Belə ki, evin söküntüsünədək, siyahıda adı çəkilən əşyaların mövcudluğu, iddiaçıya məxsusluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı öz sübutetmə vəzifəsini hazırki halda yerinə yetirməmişdir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsinə də, münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 50 000 (əlli min) manat məbləğində kompensasiyanın və 20000 (iyirmi min) manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişinin şərtlərini pozduğunu, buna görə də kompensasiya tələb etdiyini, həmçinin mənzilə qanunsuz daxil olmasını və ilkin iddianın verilməsini, bu səbəbdən ona mənəvi ziyan vurulduğunu iddia etsə də, tələblərinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 “hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 3000 (üç min) manat xidmət haqqının və etibarnamənin verilməsi ödənilmiş 17 (on yeddi) manat dövət rüsumunun iddiaçı - İddiaçı tutularaq cavabdeh – Cavabdeh1 ödənilməsi” barədə 26 oktyabr 2024-cü il tarixli ərizəsinə münasibət bildirərək qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd olunduğundan, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı 2000-ci ildə öz vəsaiti hesabına inşa etdiyi, ona məxsus, onun sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində həmin tikililərin tamamilə məhv olması ilə dəymiş maddi zərərin əvəzi olaraq 230.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-den müştərək qaydada tutulması və İddiaçı ödənilməsi; ünvan 1 evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı sahibliyi və istifadəsində olan və ümumi sahəsi 76.1 kv.m təşkil edən yaşayış sahəsində (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) və həmin evin həyətində mövcud iddiaçıya məxsus anbarlarda olan, “İddianın dəyişdirilməsi barədə” ərizənin əsaslandırlıma hissəsində adları qeyd olunan ev əşyalarının məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və “Alians Development" MMCdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı xx.xx.2020-ci il tarixli notarial təsdiqli barışıq sazişinin şərtlərini pozduğu üçün 50000 (əlli min) manat məbləğində kompensasiyanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi; mənzilə qanunsuz daxil olma və ilkin iddianın verilməsi nəticəsində vurulmuş mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi; ilkin iddia üzrə Cavabdeh1 hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 3000 (üç min) manat vəsaitin ilkin iddia üzrə İddiaçı tutularaq ilkin iddia üzrə Cavabdeh1 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tələflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar