Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4522/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər, icra) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 78 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasındaxx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2022-ci il tarixli, e-2(004)- 616/2022 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci iltarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 50 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 70 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 78 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 78 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.
3. Cavabdeh iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən həm əsas borcunu, həm də qətnamədə göstərilən digər xərcləri tam olaraq bağlamışdır. Lakin iki ildən sonra onun qeydiyyatda olduğu ünvana məktub gəlib ki, onun "xxxx" MMC-yə 78 manat borcu var. Əgər həqiqətən də onun "xxxx" MMC-yə 78 manat pul ödəməli idisə, niyə bunu iddia ərizəsində qeyd etməmişdilər. Əgər belə bir borc var idisə, niyə 2 ildən sonra onun bu haqda xəbəri olmalı idi. O bu 2 ildə ölkəni tərk edib qardaşının yanına da gedə bilərdi və ya ölə də bilərdi. O zaman kimdən alacaqdılar.
İİ.Tərəflərin mövqeləri:
5. İddiaçı ərizə ilə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişlər.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qətnamə ilə müəyyən edilən borcu ödəyib. Əgər başqa borc var idisə, onu da tələb edərdilər. borcunun olmadığını bildiriblər. 2 il sonra müəyyən edirlər ki, borcu var.
İİİ Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)- 616/2022 saylı məhkəmə qətnaməsinə əsasən Cavabdeh 393,82 manat əsas, 52,24 manat faiz, 39 manat cərimə, poçt xərci 1,1 manat, cəmi 486,16 manat və 30 manat dövlət rüsumu “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir.
9. 17.03.2022-ci il tarixli 06 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin fevral ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 50 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
10. 18.05.2022-ci il tarixli 10 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin aprel ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 100 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
11. 13.06.2022-ci il tarixli 12 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin may ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 100 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
12. 18.07.2022-ci il tarixli 13 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin iyun ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 100 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
13. 15.08.2022-ci il tarixli 15 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin iyul ayı üzrə “World” kart krediti üzrə borclu müştərisi Cavabdeh 100 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
14. 13.09.2022-ci il tarixli 17 nömrəli təhvil aktından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə "xxxx" MMC tərəfindən 2022-ci ilin avqust ayı üzrə “World” kart krediti üzrə borclu müştəri Cavabdeh 70 manat borcu icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir.
15. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir.
16. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 520 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 78 manat məbləğində xidmət haqqı ödənilmişdir.
17. 14.08.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 78 manat xidmət haqqının 5 iş günü müddətində “X1 Azərbaycan” QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
19. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
20. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
21. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
22. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
23. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
24. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil