Məhkəmə qərarları › İş №e-2(004)-4533/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4533/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4533/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinə əsasən cavabdehə Master Card debet kartı verilmişdir. Cavabdeh xx.xx.2020-ci ilxx.xx.2020-ci il tarixləri arasında yaranan texniki xəta səbəbindən qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat məbləğində pul vəsaitini istifadə etmişdir. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən pul vəsaitinin geri qaytarılması təmin edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla cavabdehdən 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas, 1659,68 manat faiz borcu və ödənilmiş 50,67 (əlli manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinin 2.25-ci maddəsinə əsasən, texniki overdraft – ödəniş və/və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc məbləğidir. Həmin müqavilənin 3.4-cü bəndində müqavilə tərəfi olan Müştərinin öhdəlikləri qeyd edilmişdir. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən, Müştərinin yaranmış texniki overdrafta görə yaranmış pul vəsaitlərinin faizləri ilə birlikdə (illik 42%) geri qaytarmaq öhdəliyi vardır. Həmin müqavilənin 5.11.1-ci bəndinə əsasən Kart sahibi hər hansı bir səbəbə görə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, bu hallarda Bankı çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli overdraft borcu barədə arayışa əsasən müəyyən edilir ki, texniki overdrafta görə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas borcu, 1659,68 (min altı yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə Cavabdeh arasındakı xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinin 2.25, 3.4.5, 5.11.1-ci bəndləri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti vardır: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, tərəflər arasındakı xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinin 2.25, 3.4.5, 5.11.1-ci bəndlərində hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli overdraft borcu barədə arayışa əsasən müəyyən edilir ki, texniki overdrafta görə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas borcu, 1659,68 manat faiz borcu olmaqla ümumilikdə 3066,51 (üç min altmış altı manat əlli bir qəpik) manat borcu vardır. Faiz borcunun yaranmasının hüquqi əsası qismində tərəflər arasındakı xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinin dispozitiv şərtləri yuxarıda qeyd edilmiş 3.4.5-ci maddəsi çıxış edir (illik 42%). Lakin, Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas, 1659,68 (min altı yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3066,51 (üç min altmış altı manat əlli bir qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh tərəfindən şəxsən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Belə ki, müqavilənin 5.11.1-ci bəndinə əsasən Kart sahibi hər hansı bir səbəbə görə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, bu hallarda Bankı çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürmüşdür. Kart üzrə Kart sahibi qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2018-ci il tarixli 661428 nömrəli Kompleks bank xidməti müqaviləsinin 2.25, 3.4.5, 5.11.1-ci bəndləri iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 50,67 (əlli manat altmış yeddi qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbində göstərilən xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi ilk öncə kiçik iddialara sadələşdirilmiş icraat qaydasında məhkəməyə verilmiş, iş üzrə tam, obeyktiv və hərtərəfli araşdırmanın aparılması və prosessual hüquqların tam təmin olunması məqsədilə məhkəmənin öz təşəbbüsü ilə müvafiq qərardadla mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas, 1659,68 (min altı yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3066,51 (üç min altmış altı manat əlli bir qəpik) manat pul və ödənilmiş 50,67 (əlli manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1406,83 (min dörd yüz altı manat səksən üç qəpik) manat əsas, 1659,68 (min altı yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3066,51 (üç min altmış altı manat əlli bir qəpik) manat pul və ödənilmiş 50,67 (əlli manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar