Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4537/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2013-cü il təvəllüdlü X2 və 17 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Mikaıl oğlundan hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Birgə nikahdan 27 iyun 2013-cü il tarixdə X4 və 17 iyun 2015-ci il tarixdə X5 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra birgə yaşamışıq və aramızdakı münasibətlər normal olmuşdur. Lakin sonradan münasibətlərimiz pozulmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə Bağırova (Salehova) Nuranə Həmid qızı arasında 16 noyabr 2011-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 290 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; 27 iyun 2013-cü il təvəllüdlü X2 və 17 iyun 2015-ci il təvəllüdlü X3 anaları Bağırova (Salehova) Nuranə Həmid qızının yanında saxlanılmaları və Cavabdeh 27 iyun 2013-cü il təvəllüdlü X2 və 17 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, Bağırova (Salehova) Nuranə Həmid qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilərək icra şöbəsinə göndərilmişdir. Göstərilən qətnamə cavabdeh tərəfindən qismən icra edilmiş və edilməkdədir. Lakin, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh S.Bağırovdan alimentin tutulması müəyyən edildikdən 5 ildən artıq bir müddət keçmişdir. Bu müddət ərzində Respublika ərazisində yaşayış minimumu yüksəlmişlir. Həmçinin Cavabdehla birgə niukahdan anadan olmuş uşaqların bir qədər böyüyərək istehlak xərcləri artmışdır. Habelə uşaqlar müxtəlif cinsdən olmaqla ayrı-ayrı istehlak və tələbat malları istehlakçılarıdır. Həmçinin hazırda uşaqlar məktəbli olmaqla onların təminat xərcləri artmışdır. Buna görə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinın artırılması zərurəti yaranmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinın artırılmasına dair Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etdim. Lakin, nəticəsi olmadı. Buna görə də ilkin mediya sessiyası üçün ərizə ilə Bakı şəhəri 12 saylı mediasiya təşkilatına ərizə ilə müraciət etdim. Lakin, Cavabdeh mediasiya sessiyasına gəlmədi. Buna görə də Bakı şəhəri 12 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, imkanının olmamasını, hal-hazırda sürücü işlədiyini, aylıq 700-800 manat qazandığını bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2977/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə Bağırova (Salehova) Nuranə Həmid qızı arasında 16 noyabr 2011-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 290 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 27 iyun 2013-cü il təvəllüdlü X4 və 17 iyun 2015-ci il təvəllüdlü X3 anaları Bağırova (Salehova) Nuranə Həmid qızının yanında saxlanılması, Cavabdeh 27 iyun 2013-cü il təvəllüdlü X2 və 17 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Bağırova (Salehova) Nuranə Həmid qızına verilməsi qət edilmişdir.
7. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
9. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
10. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər
11. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
12. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
15. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2977/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat aliment məbləğinin hazırki halda uşağın mənafeyinə uyğun olmadığından və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən, iddia tələbi təmin edilməlidir.
18. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların üstün mənafeyi əsas götürülməklə iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2977/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla,cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2977/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla,cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil