Məhkəmə qərarları › İş №e-2(004)-454/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-454/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-454/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" dair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, сavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçıya dəymiş 3470 manat ziyan və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,70 (0.40 manat haqq ) manat, o cümlədən hüquqi yardım üçün 300 manat, etibarnamə xərci 17.25 manat, ümumilikdə 3842 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Hüseyn oğlu xx.xx.2024 tarixində özünə məxsus 10RU852 dövlət nömrə nişanlı avtomobili yaşadığı evin qarşısında parklanma edərək evdə olduğu zaman Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov 65c ünvanında Cavabdeh2 idarə etdiyi “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat haisəsi törədərək iddiaçının parklanma şəraitində olan avtomaşınını vurmuş, nəticədə cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının avtomobilinə 3000 manat ziyan dəymişdir. Bakı Sığorta ASC tərəfindən iddiaçıya baş vermiş sığorta hadisəsinə görə 04 sentyabr 2024-cü il tarixdə 1342 manat pul ödənilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən həmin hadisə ilə bağlı 2 avtomaşına ziyan dəydiyi üçün maşınlara dəymiş ziyan məbləği bölünərək və sığorta tərəfindən dəymiş ziyanın ödəniləcəyi vədi ilə iddiaçıdan ərizə alınmışdır ki, avtomşına dəymiş ziyan məbləği 2570 manat təşkil edir. Faktiki olaraq iddiaçının avomaşınına 3470 manat ziyan dəymişdir. Bundan əlavə iddiaçı polis işçisi olduğu və Suraxanı Mühafizə İdarəsində çalışdığı üçün hər gün işə və məişət məsələlərini həll etmək üçün taksidən istifadə etmişdir. Əlavə olaraq 4430 manat maşın tam hazır olana kimi 1 ay 10 gün ərzində taksi xərci çəkmişdir. Tərəflərindən 04 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli Ne 3-xx-xx/2169345/2024 saylı cavab məktubuna əsasən “NİSSAN NOTE” markalı, 77YU383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanda qeydiyyatda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adında qeydiyyatdadır. Buna görə də yüksək təhlükə mənbəyinin sahibi olaraq "xxxx" ASC və Cavabdeh2 ilə birgə təqsirli hesab olunur. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçıya dəymiş 627,26 manat qalıq ziyan və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,70 (0.40 manat haqq ) manat pulun, o cümlədən hüquqi yardım üçün 300 manat pulun, etibarnamə xərci 17.25 manat, ümumilikdə 999,61 manat pulun tutularaq iddiaçıya verilməsi barədə məhkəmədən xahiş etmişdir. İddia tələbinə dəqiqləşdirmə ərizəsi onunla əsaslandırılmışdır ki, 8/26/2024-cü il tarixli rəyə əsasən iddiaçıya 2570 manat ziyan dəymişdir. Bakı Sığorta ASC tərəfindən iddiaçıya baş vermiş sığorta hadisəsinə görə 04 sentyabr 2024-cü il tarixdə 1342,74 manat pul ödənilmişdir. Cavabdeh2 tərəfindən iddiaçıya 1000 manat məbləğində pul ödənilmişdir. Həmçinin İddiaçı Ələkbərov X5 işçisidir. xx.xx.2024-cu il tarixinə baş vermiş qəzadan etibarən Avtomobili işlək vəziyyətdə olmadığından işə hər gün taksi ilə gedib-gəlmək məcburiyyətində qalır. Hər gün gediş-gəliş üçün 10 manat olmaqla, 1 ay 10 gün üçün cəmi 400 manat taksi xidmətinə pul xərclənmişdir. Hesab edir ki, cavabdelərdən həmin pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Hüseyn oğlunun cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia ərizəsinə əlavə edilmiş etibarnamədən görünür ki, hadisəni törədən Cavabdeh2 hadisə törədilən zaman “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona verildiyi etibarnaməyə əsasən idarə etmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərindən göründüyü kimi, zərərin əvəzini ödəmək vəzifəsi avtomobilə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hesab edir ki, yuxarıda qeyd edilən “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olsa da, onun idarə edilməsi üçün hadisə törədən Cavabdeh2 tərəflərindən etibarnamə verilməsi və hadisənin həmin etibarnamənin qüvvədə olma müddətində törədilməsi vurulmuş ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülki məsüliyyətini istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə verərək, iddia tələbini qismən qəbul etdiyini, dəymiş ziyanın əvəzində 1000 manat ödəməyə etiraz etmədiyini, məhkəmə iclasına gələ bilmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Digər cavabdeh "xxxx" ASC məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, bildirmişdir ki, hadisəni törədən Cavabdeh2 hadisə törədilən zaman “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona verildiyi etibarnaməyə və daxili lizinq müqaviləsi əsasən idarə etmişdir. Hesab edir ki, qeyd edilən “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olsa da, onun idarə edilməsi üçün hadisə törədən Cavabdeh2 tərəfimizdən etibarnamə verilməsi və hadisənin həmin etibarnamənin qüvvədə olma müddətində törədilməsi vurulmuş ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülki məsüliyyətini istisna etmişdir. Odur ki, İddiaçı Hüseyn oğlunun cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddiası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilmişdir. Məhkəmə cavabdehlərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 ASC-nin xx.xx.2024-cü il tarixli, 003xx-xx/2024 saylı X2 görünür ki, bir tərəfdən bundan sonra “Lizinq verən” adlnadırılacaq X1 şəxsində təmsil olunan Cavabdeh1 ASC və digər tərəfdən bundan sonra “Lizinq alan” adlandırılacaq fiziki şəxs Cavabdeh2 lizinq müqaviləsi bağlamışdır. Müqavilənin predmeti lizinq verən tərəfindən aşağıda təsvir edilmiş lizinq obyektinin satıcadan əldə edilməsi və lizinq alınan istifadəsinə verilməsinə, lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməlidir. AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 11 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “NİSSAN NOTE” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanda qeydiyyatda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adında qeydiyyatdadır. BA seriyalı, 276726 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** RU *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı nəqliyyat vasitəsi İddiaçı Hüseyn oğlunun mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli etibarnamədən görünür ki, ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 003xx-xx/2024 saylı X4 əsasən Cavabdeh2 10 sentyabr 2024-cü il tarixinə qədər “NİSSAN NOTE” markalı, **-YU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası hüdudlarında idarə etməsi etibar edilmişdir. AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 19 avqust 2024-cü il tarixli protokolundan görünür ki, “Nissan Note" markalı 77YU383 dövlət qeydiyyat nişanlı avtomaşınla, “Scıon İA" markalı 77XH086 dövlət qeydiyyat nişanlı avtomaşınların toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. 26 avqust 2024-cü il tarixli Müstəqil ekspert rəyindən görünür ki, ** RU *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 2570 manat təşkil edir. 04 sentyabr 2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı Hüseyn oğlunun hesabına 1342,74 manat məbləğində pul köçürülmüşdür. 21 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, hüquqi xidmətə görə 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 19 avqust 2024-cü il tarixində idarə etdiyi “Nissan Note” markalı 77YU383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının parklanma vəziyyətində olan ** RU *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticə etibarilə, iddiaçıya 2570 manat maddi ziyan dəymişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC tərəfindən İddiaçı Hüseyn oğlunun hesabına 1342,74 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə gedişatında Cavabdeh2 tərəfindən iddiaçıya 1000 manat məbləğində pul ödəniş edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil digər cavabdeh "xxxx" ASC-nın mülkiyyətində olub X4 əsasən Cavabdeh2 Azərbaycan Respublikası hüdudlarında idarə etməsi üçün etibar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olduğu halda, məhkəmə hesab edir ki, mülki məsuliyyətə məhz yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili qanuni əsasla (etibarnamə ilə) idarə edən Cavabdeh2 cəlb edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbini “taksi xidmətinə çəkilmiş xərcin ödənilməsi” hissəsinə münasibətdə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə yetərincə əsaslandırılmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə qeyd edir, sözügedən yol-nəqliyyat hadisəsi baş verməsəydi belə, iddiaçı hər gün nəqliyyat vasitəsindən istifadə ilə əlaqədar yanacağa müəyyən xərclər çəkəcəkdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə ödədiyi 300 manat və ödənilmiş dövlət rüsumunun 32,28 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 maddi zərərə görə 228 (iki yüz iyirmi səkkiz) manat, etibarnaməyə görə 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, hüquqi xidmətə görə 300 (üç yüz) manat olmaqla, cəmi 545,25 (beş yüz qırx beş manat iyirmi beş qəpik) manat məbləğində pul və 32,28 manat (otuz iki manat iyirmi səkkiz qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi zərərə görə 228 (iki yüz iyirmi səkkiz) manat, etibarnaməyə görə 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, hüquqi xidmətə görə 300 (üç yüz) manat olmaqla, cəmi 545,25 (beş yüz qırx beş manat iyirmi beş qəpik) manat məbləğində pul və 32,28 manat (otuz iki manat iyirmi səkkiz qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar