Məhkəmə qərarları › İş №e-2(004)-4540/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4540/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4540/2022 19.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh X5 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə X6 arasında bağlanmış 22 iyul 2019-cu il tarixli 129533-CNS-16940/5 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 7.302,92 (yeddi min üç yüz iki manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 20,33 (iyirmi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 7.323,25 (yeddi min üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 93,23 (doxsan üç manat iyirmi üç qəpik) manat dövlət rüsumunun X2 tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bank ilə X6 (bundan sonra mətndə T.M.Quliyev) arasında bağlanmış 14 aprel 2015-ci il tarixli 129533-CNS-16940 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən T.M.Quliyevə istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 12.293 (on iki min iki yüz doxsan üç) manat məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq T.M.Quliyevin kredit borcu restrukturizasiya olunmuş və Bank ilə T.M.Quliyev arasında bağlanmış 22 iyul 2019-cu il tarixli 129533-CNS-16940/5 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən T.M.Quliyevə illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 11.982,72 (on bir min doqquz yüz səksən iki manat yetmiş iki qəpik) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs T.M.Quliyev üzərinə götürdüyü kredit öhdəliklərini 22 fevral 2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 7.302,92 (yeddi min üç yüz iki doxsan iki qəpik) manat məbləğində əsas borc, 20,33 (iyirmi manat otuz üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 7.323,25 (yeddi min üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qismən qəbul edərək, bankdan kredit götürdüyünü, ilk vaxtlar krediti vaxtında ödədiyini, sonradan pandemiya səbəbindən ödənişləri gecikdirdiyini bildirmişdir. Hal-hazırda həmin məbləği tam olaraq birdəfəlik qaydada ödəmə imkanı yoxdur. Hər ay 100-150 manat ödəniş edə bilər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bank VTB (Azərbaycan) ASC ilə cavabdeh X6 arasında bağlanmış 22 iyul 2019-cu il tarixli 129533-CNS-16940/5 saylı əsasən tərəflər arasında başğlanmış 14 aprel 2015-ci il tarixli 129533-CNS-16940 saylı “Nağd pul krediti müqaviləsi” üzrə (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar olaraq T.M.Quliyevin kredit borcu restrukturizasiya olunmuş və Bank ilə X6 arasında bağlanmış X5 illik 1 faiz olmaqla, 60 ay müddətinə 11.982,72 (on bir min doqquz yüz səksən iki manat yetmiş iki qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli maliyyə arayışından görünür ki, 22 iyul 2019-cu il tarixli 129533-CNS-16940/5 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 7.302,92 (yeddi min üç yüz iki manat doxsan iki qəpik) manat əsas borcu, 20,33 (iyirmi manat otuz üç qəpik) manat faiz borcu, cəmi 7.323,25 (yeddi min üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır. Borclu müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin X5 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilələr üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin X5 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilələr üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi restrukturizasiya olunmuş və 22 iyul 2019-cuil tarixli 129533-CNS-16940/5 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 11.982,72 (on bir min doqquz yüz səksən iki manat yetmiş iki qəpik) manat məbləğində aldığı krediti iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 7.302,92 (yeddi min üç yüz iki manat doxsan iki qəpik) manat əsas borc, 20,33 (iyirmi manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 7.323,25 (yeddi min üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində pul iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən ödənilmiş 93,23 (doxsan üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X2 iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 22 iyul 2019-cu il tarixli 129533-CNS-16940/5 saylı nağd pul krediti müqaviləsi üzrə 7.302,92 (yeddi min üç yüz iki manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 20,33 (iyirmi manat otuz üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7.323,25 (yeddi min üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində borc və ödənilmiş 93,23 (doxsan üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar