Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4544/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Optimal Elekrtonika MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı MMC məhkəmə əmri haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh arasında bağlanmış Nisyə satış müqaviləsi üzrə 687 mnant əsasə borc və 206,1 manat cərimə borcu olmaqla 893,1 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditor Optimal Elektronika MMCnin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(004)-4544/2021 saylı əmri ilə borclu Cavabdeh 893,1 manat borc və 20 manat dövlət rüsumunu tutulması əmr edilmişdir. Daha sonra borclu Cavabdeh əmrə etiraz verərək məhkəmə əmrini ləğv edilməsini, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4544/2021 saylı, 05.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4544/2021 saylı, 01.07.2021-ci il tarixli əmri ləğv edilmiş və məhkəmə əmrinin verilməsinə dair ərizə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini, Optimal Elektronika MMC-dən telefon götürdüyünü, 3 ay sonra telefonun xarab olduğunu, telefonu aparıb onların servisinə qaytardığını, telefonun düzəldilməsi üçün ondan əlavə olaraq 300 manat pul istənildiyini bildirmiş və borcun hissə-hissə ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, telefonu onların servisinə qaytarmağına dair hər-hansı bir sənədi yoxdur. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.05.2020-ci il tarixli, MK11307 saylı müqaviləyə əsasən İddiaçı MMC təhvil-təslim aktında göstərilən əşyanı alıcıya verməyi, alıcı isə malın qiymətini bu müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.05.2020-ci il tarixli, MK11307 saylı müqaviləyə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, sonuncu ay 67 manat olmaqla, hər ay 62 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Əliyev X1 A51 markalı telefonu təhvil almışdır. İş materiallarında olan 21.06.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 687 manat əsas, 206,1 manat cərimə borcu olmaqla, cəmi 893,1 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 687 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 697 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Optimal Elektronika MMC-yə, 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalıdır. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia əmr icraatı qaydasında verildiyindən 20 manat dövlət rüsumu ödənilmişdir. Lakin, sonradan cavabdehlərin ərizəsinə uyğun olaraq iddia icraatına keçirilmiş və iddia məbləği 500 manatdan yuxarı olduğu üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 10 manat ödənilməmiş hissəsi Cavabdeh tutularaq dövlət hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 687 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 697 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Optimal Elektronika MMC-yə ödənilsin. 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-4544/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4544/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver