Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4544/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Abşeron” filialı ilə X3 arasında bağlanmış BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə 11000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında, xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Vərəsələr Cavabdeh1 və Cavabdeh2 BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 9048.04 manat əsas və 480.05 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********34 nömrəli xx.xx.2020-cil tarixli Kredit müqaviləsinə əsasən, 9048.04 manat əsas və 480.05 manat faiz borcu ödənilmiş 115.29 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməklə tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Abşeron” filialı ilə cavabdeh X3 arasında bağlanmış BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə 11000 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, X2 "xxxx" ASC-yə BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 9048.04 manat əsas və 480.05 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 vərəsəsidirlər və onlar miras əmlakından müvafiq olaraq ½ pissədə pay almışlar. Şəhadətnaməyə əsasən miras əmlakı 2144,86 manat pul vəsaitindən ibarət olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X3 vəfat etdiyindən “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 vərəsəsidirlər və onlar miras əmlakından müvafiq olaraq ½ pissədə pay almışlar. Şəhadətnaməyə əsasən miras əmlakı 2144,86 manat pul vəsaitindən ibarət olmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739, 741, 1151.1, 1306.1 və 1307-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin “Abşeron” filialı ilə cavabdeh X3 arasında bağlanmış BPM**********34 nömrəli xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə 11000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 vərəsəsidirlər və onlar miras əmlakından müvafiq olaraq ½ pissədə pay almışlar. Şəhadətnaməyə əsasən miras əmlakı 2144,86 manat pul vəsaitindən ibarət olmuşdur. X2 "xxxx" ASC-yə BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 9048.04 manat əsas və 480.05 manat faiz borcu vardır. Cavabdehlər X2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Nəticədə, cavabdehlərin "xxxx" ASC-yə BPM**********34 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən miras passivi kimi 9048.04 manat əsas və 480.05 manat faiz borcu yaranmışdır. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsələr tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdehlər (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Miras əmlakı qismində təkcə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən miras aktivi deyil, digər əmlaklar (daşınar əşyalar, pul, qızıl-zinyət və s.) da ola bilər. Bunun əskini sübut etmək vəzifəsi isə vərəsələrə aiddir. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi hazırki mübahisə üzrə miras passivindən yüksək məbləğdə təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 115.29 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məhkəmə xərci kimi cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********34 nömrəli xx.xx.2020-cil tarixli Kredit müqaviləsinə əsasən 9048.04 manat əsas və 480.05 manat faiz borcu olmaqla ümumilikdə 9528,09 (doqquz min beş yüz iyirmi səkkiz manat doqquz qəpik) pul və ödənilmiş 115.29 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********34 nömrəli xx.xx.2020-cil tarixli Kredit müqaviləsinə əsasən 9048.04 manat əsas və 480.05 manat faiz borcu olmaqla, ümumilikdə 9528,09 (doqquz min beş yüz iyirmi səkkiz manat doqquz qəpik) manat pul və ödənilmiş 115.29 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4544/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4544/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver