Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4551/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh bank hesabına köçürülmüş və onun tərəfindən mənimsənilmiş 2200 manat məbləğində aliment pulunun ona qaytarılması və Cavabdeh ona vurduğu mənəvi ziyanın müqabilində kompensasiya olaraq şəxsən onun tərəfindən məhkəmə iclasında qeyriqanuni hərəkətlərini tam açıq şəkildə etiraf etməsi və ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7741/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə cavabdeh Nümayəndə arasında 12 iyun 2001-ci il tarixdə bağlanmış və Nəsimi VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı anası Cavabdeh yanında qalması, Nümayəndə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Valideynlərinin boşanmasından sonrakı dövr ərzində Cavabdeh uzun müddət ərzində onun qida rejiminə və səhhətinə soyuq yanaşması nəticəsində onun fiziki və psixi sağlamlığına xələl yetirmişdir ki, nəticədə atası Nümayəndə uşağın atanın yanında qalması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qüvvəyə minən gündən etibarən atası Nümayəndə ilk əvvəl qətnamədə göstərilən 136.6, sonralar isə şəxsi təşəbbüsü ilə hər ay minimal 150 manat və digər dövr ərzində 180 manat, sonra da 200 manat köçürməklə vaxtı vaxtında aliment ödənişlərini təmin etmişdir. Lakin cavabdeh 2022-ci ilin dekabr ayından etibarən və yetkinlik yaşına çatanadək, yəni onunla heç qalmadığı bir il ərzində hər ay onun bank hesabına köçürülən yəni haqqını təşkil edən aliment pulunu mənimsəyib və bugünədək vermir. Dəfələrlə telefon vasitəsilə və şəxsən özünə deyərək, qohumlar vasitəsilə xahişini bildirməklə bir il ərzində toplanan aliment pulunu ehtiyacları üçün istəməyinə baxmayaraq, cavabdehdən müxtəlif bəhanələr və yalan vədlərdən başqa cavab almamışdır. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü oğlu İddiaçı onun himayəsində qalması və atasından uşağın saxlanması üçün aliment tututulub ona verilməsi qət olunmuşdu. Keçen ilin yanvar ayında iddiaçı qanunsuz olaraq oğlunu yanına aparmış və ona psixi təsir edərək ona qarşı pis münasibət aşılamışdır. Bunu oğlu ilə aralarında olan telefon danışıqlarından da görmək olar. Oğlu 2022-ci ilin yanvar ayında onun yanına gedərkən tam sağlam və adekvat vəziyyətdə olmuşdur. Bunu ərizəsinə əlavə etdiyi diplom və minnətdarlıq məktublarından görmək olar. Bundan əlavə oğlu atasının yanına gedənə kimi məktəbdə əla oxumuşdur. Əgər oğluna pis baxırdısa onda bu məktubları, diplomları o necə alırdı. Oğlunun atası özü psixi durumu ilə əlaqədar psixatrik müalicə almışdır. Oğlunu müxtəlif yalanlarla öz yanında saxlayıb onun ağır psixoloji durumda olduğunu iddia etmişdir. Həttda bu iddiadan əvvəl də məhkəməyə atası eyni iddia ilə müraciət edib ondan bu pulları istəmişdir. Lakin sonradan ərizə ilə müraciət edib alimentlə əlaqədar bir daha müraciət etməyəcəyini bildirmişdir. Daha sonra alimentin tututlması ilə əlaqədar qətnamə ləğv olunmamışdır. Oğlunun atasının himayəsinə verilməsi barədə qətnamə artıq oğlu yetkinlik yaşına çatdıqdan sonra qanuni qüvvəsini almışdır. Həmin qətnamənin heç bir hüquqi əsası yoxdur. Çünki yetkinlik yaşına çatmış şəxs özü müstəqil olaraq yaşayış yeri seçmək hüqununa malikdir. Əgər oğlu onun yanına gedən günü ərizədə göstərdiyi vəziyyətdə olmuş olsa idi atası dərhal bu haqda ərizə ilə müraciət edərdi. Lakin o bu aylar ərzində oğluna ona məlum olmayan dərman preparatları verərək onu arayışlarda göstərilən vəziyyətə salmışdır. Onun ərizəsində onun barəsində yazıdqları tam əsassızdır və yalandır. Hətda oğlunun ona qarşı amansızlıq etməsi ilə əlaqədar məcbur olub polis orqanlarına müraciət belə etmişdir ki, onu onların bu qanunsuz hərəkətlərindən qorusunlar. Aliment vermiş şəxs məhkəmədə alimentin geri qaytarılması ilə əlaqədar iddia qaldıra bilər. O, da belə iddia qaldırmayacağı barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı özü könüllü olaraq oğullarını öz yanında saxlamış və könüllü olaraq oğullarına baxıb onun tələbatlarını qarşılamışdır. Bundan əlavə əgər onun aliment tutulmasına etirazı var idisə, onu oğlu onun yanında qaldığı gündən edə bilərdi və alimentin ödənilməsinin dayandırılması barədə məhkəməyə müraciət edə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. Tələb edir ki, cavabdeh tərəfindən 1 il ərzində ona görə ödənilmiş aliment məbləği ona qaytarılsın və cavabdeh vurduğu mənəvi ziyanı etiraf edib, ondan üzr istəsin. Həmçinin cavabdehlə aralarında olan telefon danışığının yazıldığı diski təqdim etmək istəyir. Hansı ki, bu danışıqlar aliment barədə olub və aralarında 1 il fərq var. O, 2021-ci ilin dekabr ayından rəsmi olaraq atasının yanındadır. Lakin Nəsimi Rayon Məhkəməsinin 2017-ci il qətnaməsi qüvvədə olduğuna görə 2021-ci ilin dekabr ayından, 2022-ci ilin noyabr ayınadək cavabdehin hesabına aliment məbləği köçürülmüşdür. 2017-ci il qətnaməsi ilə onun anasının yanında qalmağı qət edilmişdi. Lakin sonradan məhkəmə qətnaməsi ilə o atasının himayəsinə keçmişdir. Atasından hər ay 200 manat aliment tutulurdu. O 2022-ci ilin dekabr ayının ya 30-u, ya da 31-indən rəsmi olaraq atasının himayəsinə keçsə də, dekabr ayı da daxil olmaqla 11 ayın aliment pulunu tələb edir. Nəsimi Rayon Məhkəməsində atasının himayəsinə keçməyi ilə bağlı olan işdə izahat vermişdir ki, anası olduğuna görə onun haqqında pis şeylər demək istəmir. Lakin atasının himayəsinə keçmək istəməyinin səbəbini demişdir. Üzr istəməsini ona görə istəyir ki, o, onun pulunu mənimsəyib və ona çatası pulu çatdırmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onlar boşandıqdan sonra aliment məbləği hər ay mütəmadi olaraq, heç bir gecikmə olmadan cavabdehin hesabına köçürülmüşdür. Hətta bəzən əlavə olaraq da ödənişlər etmişdir. O istəməzdi ki, ana ilə övlad üz-üzə gəlsinlər. Hətta Nəsimi Rayon Məhkəməsində iddia qaldırdıqda aliment məbləğinin uşağa qaytarılmasını tələb etmişdi. Bu müddət ərzində ana ilə övlad arasında görüşlər olub. Oğlu hər dəfə pulu istəsə də, anası hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu verməkdən yayınıb. Nəsimi Rayon Məhkəməsində əvvəl uşaq tələbi ilə iddia qaldırdıqda, həmin pulu da tələb etsə də, sonradan bunu tələb etməmiş və öz vicdanına buraxmışdır. İddiaçını dəstəkliyir. Aliment məhkəmə qətnaməsi ilə 180 manat olsa da, sonradan onun təşəbbüsü ilə 200 manat olub. Yəni məhkəmə qətnaməsi ilə 200 manat olmayıb. Həmçinin Nəsimi Rayon Məhkəməsində cavabdeh iddianı tam şəkildə qəbul etmişdir ki, bu da protokollarda öz əksini tapıb. Onun hüquqi savadı olmadığına görə hakimin ona verdiyi sualı tam başa düşməmiş və aliment tələbinin olmadığını bildirmişdir. Onun istəməməyinin səbəbi odur ki, istəmişdir ki, həmin pulu uşağın özünə versin. Həm də uşaqla anası arasında danışıq gedirdi. Buna görə fikirləşmişdir ki, özləri öz aralarında bu məsələni həll edə bilərlər. Oğlu onun yanına dekabr ayında gəlib. Baxmayaraq ki, növbəti ilin dekabr ayında onun 18 yaşı olub, cavabdeh onun işlədiyi yerə gəlib aliment tələb etdiyinə görə, onun işlədiyi yerdən ona aliment məbləğini veriblər. O da bunun üstünə çox düşməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, ilk növbədə onu demək istəyir ki, iddiaçı rəsmi olaraq dekabr ayında deyil, yanvar ayında atasının yanına getmişdir. Bu barədə hətta onların yazışmaları da var. İddiaçıya imzalamaqla pulun qaytarılmasını təklif etsə də o, razılaşmayıb. Bunu iddiaçının yetkinlik yaşına çatmadığına görə təklif etmişdir. O, isə ona həmin pulun ona lazım olmadığını demişdir. İddiaçı atasının yanına getdikdən sonra o ona atasının onu himayəsinə götürməsini və alimenti ödəməsini dayandırmasını istəmişdir. Ödənilmiş alimenti isə qaytaracağını demişdir. Onlar 2017-ci ildə boşandıqdan sonra atası onları evdən çıxarmışdır. Onun üçün yaşamaq çox çətin oldu. Ona ödənilən alimenti uşaq üçün xəcləmişdir. 200 manat alimentlə uşaq saxlamaq mümkün deyil. Üstəlik həmin dövrdə o müəyyən müddət işləməmişdir. O məhkəmə prosesinə pulu gətirmişdi. İddiaçının özü də bunu görmüşdü. Lakin atası puldan imtina etmişdir. Bundan sonra iddiaçı onun yanına gəlib-gedirdi. Sadəcə o 200 manatı nəyə xərclədiyini demək istəmir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan AZ-İ 289871 seriya nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki Nümayəndə ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7741/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə cavabdeh Nümayəndə arasında 12 iyun 2001-ci il tarixdə bağlanmış və Nəsimi VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı anası Cavabdeh yanında qalması, Nümayəndə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2004cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4828/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək xx.xx.2004-cü il təvəllüdlü İddiaçı atası Nümayəndə yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli Qətnaməsinə əsasən Cavabdeh Kapital Bank ******************** müvafiq kart hesabına 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayı daxil olmaqla 2538,46 manat aliment köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7741/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə cavabdeh Nümayəndə arasında 12 iyun 2001-ci il tarixdə bağlanmış və Nəsimi VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı anası Cavabdeh yanında qalması, Nümayəndə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136,6 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4828/2022 saylı qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü İddiaçı atası Nümayəndə yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atasının himayəsində olduğu dövr ərzində Cavabdeh bank hesabına köçürülmüş və onun tərəfindən mənimsənilmiş 2200 manat məbləğində aliment pulunun ona qaytarılması və Cavabdeh ona vurduğu mənəvi ziyanın müqabilində kompensasiya olaraq şəxsən onun tərəfindən məhkəmə iclasında qeyri-qanuni hərəkətlərini tam açıq şəkildə etiraf etməsi və ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının hazırda ödənilmiş aliment tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. Məhkəmə qətnaməsindən də görünür ki, alimenti Cavabdeh ödəyən şəxs Nümayəndədur. İş materiallarında olan sübutlardan, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan da müəyyən edilmişdir ki, Nümayəndə həmin aliment tələbini məhkəmə qaydasında özü tələb etsə də, sonradan Nəsimi raton Məhkəməsinə işə baxılan zaman dəqiqləşmə barədə ərizə təqdim edərək həmin tələbindən imtina etmişdir. Hazırda isə oğlu İddiaçı belə bir tələb irəli sürmüşdür. Həmçinin Cavabdeh həmin pul məbləğini yazılı şəkildə qeyd edilməklə və ya bank hesabına köçürmə yolu ilə qaytarılmasını dəfələrlə təklif etsə də, qarşı tərəf bu təkliflə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırda, İddiaçı qeyd edilən aliment məbləğini Cavabdeh özü tərəfindən ödənilmədiyindən, pulun qaytaırılmasını da tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4551/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4551/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver