Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4584/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı X7, Cavabdeh iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3а görə digər valideyn Cavabdeh ödəyəcəyi aliment məbləğinin uşaqlar üçün təyin edilmiş minimum yaşayış məbləği həcmində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 14 noyabr 2008-ci il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin noyabr ayının 14-cü günündə 3731 nömrə ilə qeyd aparılmış, AZ-İ 042703 saylı Nikah haqqında Şəhadətnamə verilmişdir. Onların birgə nikahından 26 avqust 2009-cu il tarixində oğulları X9 və 04 may 2012-ci il tarixində qızları X4 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1771/2022 saylı qətnaməsi ilə Rzalı LaləAbdulla qızı ilə Cavabdeh arasında Səadət Sarayı - Bakı Nikah Evində xx.xx.2008-ci il tarixdə, 3731 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 Rzalı LaləAbdulla qızının yanında qalması və Cavabdeh tərəfindən aliment ödənilməsi müəyyən edilmişdir. Oğlu və qızı hal-hazırda iddiaçı ilə yaşayır, onların tərbiyəsi, dünyagörüşlərinin artırılması, istirahətlərinin təşkili və.s iddiaçının üzərindədir və bu onların üstün maraqlarına uyğundur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1771/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki: “Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay cavabdehin qazancının və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment iddiaçı Rzalı LaləAbdulla qızına ödənilsin. Aliment xx.xx.2022-ci il tarixdən hesablansın.” Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1807/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki: “xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Rzalı LaləAbdulla qızına ödənilsin.” Həmin qətnamədə eyni zamanda Cavabdeh ilə birgə əmlaklarının da 1/2 pay münasibətdə bölünməsi müəyyən edilmişdir. Çıxarılan qətnamədən keçən müddət ərzində Cavabdeh birgə mülkiyyətdə olan mənzillərində anası, bacısı və bacısı oğlu ilə yaşayıb, bu ilin may və ya iyun ayları ərzində isə ölkə hüdudlarından kənara qazanc məqsədi ilə çıxıb. Bu dövr ərzində alimentə görə ödənilməmiş borcu da var. İddiaçı və uşaqları 2021-ci ilin dekabr ayından bir müddət iddiaçının bacısı ilə yaşamış, sonra kirayə mənzilə köçmüşdürlər. Bugünə kimi Cavabdeh nə birgə mülkiyyətdə olan mənzilin satılmasına razılıq vermir, nə də mənzildə yaşamaqlarına şərait yaradılmır (hazırda mənzildə qeydiyyatda olmayan qohumlar yaşayır, birgə yaşayış dövründə onlarla heç bir qohum yaşamayıb). Belə ki, 2022-ci ilin fevral ayından bu yana həm bazar qiymətlərində artımı, həm iddiaçı və uşaqlarının kirayədə yaşamağı, həm də iddiaçının işsiz olduğunu (işsiz olaraq qeydiyyatdadır, lakin nə müavinət, nə də sosial yardım verilmir, heç bir iş də bugünə kimi təklif edilməyib), eyni zamanda oğlu X6 artıq ali məktəbə hazırlaşması lazım olduğu üçün müəyyən kurslara getməsinə ehtiyac olduğu üçün hazırda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan xeyli aşağı olan 150 manat məbləği uşaqların nəinki əlavə dərs və s. işlərə, heç kirayələri, azuqələrinə belə yetmir. Ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində və ilkin mediasiya sessiyasında iştirak məcburi olduğundan iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası keçirilmiş, sessiyadan sonra prosesin davam etdirilməməsi qərara alınmış, xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00137 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Göründüyü kimi, ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələbinə riayət olunmuşdur. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği iddiaçı tərəfindən ödənildiyindən “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələblərinə əsasən mediasiya xərclərini ödəmiş tərəf kimi çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyinə görə dövlət rüsumunun yalnız azaldılmadan sonrakı qalıq hissəsi ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bu qədər alimenti ödəməyə imkanının olmadığını bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Səadət sarayı tərəfindən qeydə alınmış və 3731 nömrə akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay cavabdehin qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin İddiaçı ödənilməsi, Bakı şəhəri, Əsəd Əhmədov küçəsi 24 B, 6-cı blok 618 mənzilə İddiaçı ½ pay hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsi cavabdehdən alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müyyən edilən aylıq cəmi 300 manat alimentin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Nərimanov Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 728214 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X9 xx.xx.2009-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1887 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nərimanov Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ 891914 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1054 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh gülçü və mağazada satıcı vəzifələrində işləyir və aylıq əmək haqqı müvafiq olaraq 350 manat və 120 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4584/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4584/2024
10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver