Məhkəmə qərarları › İş №e-2(004)-461/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-461/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-461/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan şəhərində sahibkar kimi qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh3 Mirzəşrəf oğlunu nəqliyyat vasitələrinin ustası kimi (rəngsaz) tanıyır. Cavabdeh3 Mirzəşrəf oğlu xx.xx.2023-cü il tarixdə iddiaçıdan qızıl-zinət əşyaları almışdır. Qarnitur dəsti (üzük, boyunbağı, bir cüt sırğa, qolbaq) 585 əyyarlı, 17 qram çəkidə, 2500 manat dəyərində qızıl əmlakı götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 500 manat ödəməklə hər ay 150 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh3 hissə-hissə 1150 manat ödəniş etməklə 850 borcu qalmışdır. Daha sonra Cavabdeh3 Mirzəşrəf oğlunun bacısı Cavabdeh1 xx.xx.2023cü il tarixdə müraciət edərək 20.1 qram çəkidə, 583 əyyarlı, 3000 manat dəyərində qızıl boyunbağını (reket sep) götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 500 manat ödəməklə hər ay 200 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Aliyə Hüseynova hissə-hissə 1100 manat ödəniş etməklə 1400 borcu qalmışdır. Sonra Cavabdeh3 Mirzəşrəf oğlunun bacısı Cavabdeh2 xx.xx.2024-cü il tarixdə müraciət edərək 3.8 qram çəkidə, 583 əyyarlı, 600 manat dəyərində qızıl üzük götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 500 manat ödəməklə hər ay 50 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh2 hissə-hissə 150 manat ödəniş etməklə 350 borcu qalmışdır. Qeyd edilənlərlə əlaqədar Cavabdeh1 və Cavabdeh2 iddiaçının istifadəsində olan qeydiyyat kitabına əlyazma ilə qeyd edərək öhdəlik götürmüşlər. Bu müddət ərzində cavabdehlər borclu olduqları məbləğləri ödəmədiklərindən Cavabdeh3 Mirzəşrəf oğlu ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə dəfələrlə danışmışlar. Lakin Cavabdeh3 Mirzəşrəf oğlu özünün və bacılarının borclarını qısa müddətdə ödəyəcəyi barədə vədlər vermiş, bu müddət ərzində heç bir ödəniş etməmişdir. Cavabdehlərin ümumilikdə 2600 manat borcları yayınmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini (razılıq) nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı iltizama əsasən müəyyən edilir ki, Cavabdeh3 Mirzəşrəf oğlu İddiaçı qızıl-zinət əşyaları alaraq hissəli ödənişlə razılaşmaqla öncədən 500 manat ödəməklə hər ay 150-200 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında yazılı iltizama (nisyə alqı-satqı kitabçasında qeydlər) əsasən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı qızıl-zinyət əşyaları götürməklə hissəli ödənişlə razılaşdırmaqla öncədən 100 manat ödəməklə hər ay 50 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında yazılı iltizama (nisyə alqı-satqı kitabçasında qeydlər) əsasən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı qızıl-zinyət əşyaları götürməklə hissəli ödənişlə razılaşdırmaqla öncədən 500 manat ödəməklə hər ay 200 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş tərəflər arasında baş tutmuş vatsapp yazışmalarına əsasən müəyyən edilir ki, iddia ərizəsində göstərilən xüsusatlar üzrə tərəflər arasında qızıl-zinyət əşyalarının nisyə alqı-satqısı baş tutmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas borca münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Şirvan şəhərində sahibkar kimi qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh3 Mirzəşrəf oğlunu nəqliyyat vasitələrinin ustası kimi (rəngsaz) tanıyır. Cavabdeh3 Mirzəşrəf oğlu xx.xx.2023-cü il tarixdə iddiaçıdan qızıl-zinət əşyaları almışdır. Qarnitur dəsti (üzük, boyunbağı, bir cüt sırğa, qolbaq) 585 əyyarlı, 17 qram çəkidə, 2500 manat dəyərində qızıl əmlakı götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 500 manat ödəməklə hər ay 150 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh3 hissə-hissə 1150 manat ödəniş etməklə 850 borcu qalmışdır. Daha sonra Cavabdeh3 Mirzəşrəf oğlunun bacısı Cavabdeh1 xx.xx.2023cü il tarixdə müraciət edərək 20.1 qram çəkidə, 583 əyyarlı, 3000 manat dəyərində qızıl boyunbağını (reket sep) götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 500 manat ödəməklə hər ay 200 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Aliyə Hüseynova hissə-hissə 1100 manat ödəniş etməklə 1400 borcu qalmışdır. Sonra Cavabdeh3 Mirzəşrəf oğlunun bacısı Cavabdeh2 xx.xx.2024-cü il tarixdə müraciət edərək 3.8 qram çəkidə, 583 əyyarlı, 600 manat dəyərində qızıl üzük götürməklə hissəli ödənişlə razılaşdıraraq öncədən 100 manat ödəməklə hər ay 50 manat ödəyəcəyi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh2 hissə-hissə 150 manat ödəniş etməklə 350 borcu qalmışdır. Qeyd edilənlərlə əlaqədar Cavabdeh1 və Cavabdeh2 iddiaçının istifadəsində olan qeydiyyat kitabına əlyazma ilə qeyd edərək öhdəlik götürmüşlər. Bu müddət ərzində cavabdehlər borclu olduqları məbləğləri ödəmədiklərindən Cavabdeh3 Mirzəşrəf oğlu ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə dəfələrlə danışmışlar. Lakin cavabdehlər borclarını qısa müddətdə ödəyəcəyi barədə vədlər vermiş, bu müddət ərzində heç bir ödəniş etməmişlər. İş materiallarından görünür ki, Alıcılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Satıcı İddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti üzrə etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, üzərlərinə düşən sübutetmə yükünü həyata keçirtməmişlər. Müqavilə predmeti olan əşyaların Satıcı (iddiaçı) tərəfindən Alıcılara (cavabdehlərə) satılması və razılaşma üzrə öhdəlik şərtləri iddiaçı tərəfindən sübuta yetirilmişdir. Belə ki, müqavilələr üzrə əldə edilmiş əşyaların ödənilməsini sübut etmək yükü cavabdehlərin üzərindədir. Məhkəmə aparatı əməkdaşları tərəfindən cavabdehlərə məxsus mobil nömrələrə zəng edilərək məhkəmə iclaslarına dəvət edilmələri ilə bağlı cəhdlər edilsə də, zənglərə cavab verilməmişdir. Mübahisə üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar geniş və müfəssəl olmasalar da, tələb üzrə təkzibetmə funksiyası cavabdehlər tərəfindən həyata keçirilmədiyindən təqdim edilmiş həmin sübutlar mötəbər sübut kimi qiymətləndirilir və hesab edilir ki, iddia tələbinin təmin edilməsi üçün yetərlidir. Mülki iş üzrə cavabdehlər fərqli fiziki şəxslər olsalar da, tələb faktiki əsaslar üzrə əlaqəli olduğundan hər 3 (üç) cavabdehə qarşı iddia tələbinin eyni icraatda baxılması yolverilən olmaqla “prosessual qənaət” prinsipinin tələblərinə cavab verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 Mirzəşrəf oğlundan 850 (səkkiz yüz əlli) manat, Cavabdeh1 1400 (bir min dörd yüz) manat, Cavabdeh2 350 (üç yüz əlli) manat pul və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh3 Mirzəşrəf oğlundan 850 (səkkiz yüz əlli) manat, Cavabdeh1 1400 (bir min dörd yüz) manat, Cavabdeh2 350 (üç yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 Mirzəşrəf oğlundan 850 (səkkiz yüz əlli) manat, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar