Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-462/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə 334,02 ABŞ dolları əsas, 195,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) ABŞ dollar borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı LPO İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair digər iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə 281,99 ABŞ dolları əsas, 152,3 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 33,8 ABŞ dolları faiz borcu olmaqla, cəmi 468,09 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair e-2(004)-555/2023 saylı mülki iş, Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair e- 2(004)-462/2023 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Mülki işə e- 2(004)-462/2023 saylı nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 22% faiz ödənilmək şərtilə 3.600 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehlə imzalanmış xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsinə dair imzalanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22 faizdən 18 faizə endirilmişdir. Kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Hazırda xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 334,02 ABŞ dolları əsas, 195,73 ABŞ dolları faiz vorcu və 42,45 kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 572 ABŞ dolları məbləğində borcu mövcuddur. Bundan əlavə İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 22% faiz ödənilmək şərtilə 2.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmiş və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 330 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin təminat müddəti 1 saylı ipoteka müqaviləsinə əlavə ilə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Hazırda xx.xx.2015ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş 281,99 ABŞ dolları əsas, 152,30 ABŞ dolları faiz, 33,80 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğ olmaqla, cəmi 468,09 ABŞ dolları məbləğində borcu mövcuddur. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, o, müqavilə bağlayaraq bankdan kredit götürmüşdür. Lakin sonra məzənnə dəyişdiyindən bankla aralarında yeni müqavilə bağlanmış və kredit müqaviləsinin müddəti uzadılmışdır. Bundan sonra o, borcu ödəmək istəyəndə bakdan ona gözləməyi bildirilmişdir. O, götürdüyü krediti artıqlaması ilə ödəmişdir. Qalıq qalan borcu ödəmək üçün banka rəsmi ərizə ilə müraciət etsə də lakin cavablandırılmamış və hara ödəniş etmək lazım olduğunu bilməmişdir. Hazıradək olan ödəniş qəbzlərini isə yandırdığından məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, zamin durduğu xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə qalıq borc olan 572 ABŞ dolları manat məzənnəsinə uyğun olaraq hissə-hissə ödəyə bilərlər. İddianı qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə zamin kimi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və müqavilə üzrə illik faiz dərəcəsi 16 % müəyyən edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 330 saylı istehlak kredit müqaviləsinə əsasən müəyyən edilir ki, bank borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 2.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 330 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və müqavilə üzrə illik faiz dərəcəsi 16 % müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 330 saylı ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən xx.xx.2015-ci il tarixli, 330 saylı ipoteka müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və müqavilə üzrə illik faiz dərəcəsi 16 % müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********880 saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 334,02 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 195,73 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42,25 ABŞ dolları faiz borcu, cəmi isə 572 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********882 saylı maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 281,99 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 152,3 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 33,8 ABŞ dolları faiz borcu, cəmi isə 468,09 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, iddiaçı tərəfindən ipotekaya qoyana və Azərbaycan Respublikası DİN BDYPİ-nə ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutma yönəldilməsi ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh2 kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən kredit müqavilələrinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə 33,8 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə 42,25 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 331 saylı zaminlik müqavilələri bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 saylı istehlak kredit müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 24 ay müəyyən edilmiş, müqaviləyə əlavəyə əsasən müddət xx.xx.2020-ci il tarixdədək uzadılmış və xx.xx.2020-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2020-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə xitam verilməli və iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə yaranan borcun tutulması ipoteka ilə yüklü edilmiş “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməlidir. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə 334,02 ABŞ dolları əsas, 195,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) ABŞ dollar borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə 281,99 ABŞ dolları əsas, 152,3 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 33,8 ABŞ dollar faiz borcu olmaqla, cəmi 468,09 (dörd yüz altmış səkkiz ABŞ dolları doqquz sent) ABŞ dollar borc vəsaiti (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilə üzrə onun zaminliyinə xitam verilməli; xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh2 tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 331 saylı kredit müqaviləsi üzrə 334,02 ABŞ dolları əsas, 195,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) ABŞ dollar borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 331 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilə üzrə onun zaminliyinə xitam verilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə 281,99 ABŞ dolları əsas, 152,3 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 33,8 ABŞ dollar faiz borcu olmaqla, cəmi 468,09 (dörd yüz altmış səkkiz ABŞ dolları doqquz sent) ABŞ dollar borc vəsaiti (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2015-ci il tarixli, 330 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş “Volkswagen Jetta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh2 tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-462/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-462/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver