Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4632/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 33,30 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat, 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 163,70 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsi qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Vətəndaşların İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmalarının qarşısının alınması üçün MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır. 158 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən, Bakı şəhəri,ünvan 1al rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57 ev “B”, 15 saylı mənzilin sahibi Cavabdehdur. İddiaçı MMC ilə qeyd olunan mənzildə yaşamış Cavabdeh arasında bağlanmış müqavilə əsasında mənzil xx.xx.2008-ci il tarixdə MMC-nin şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci ilədək son ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 22,50 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 1639 K saylı akt tərtib olunaraq, cavabdehin qızı Gülnarə Ələkbərovaya təqdim edilmiş, o, akta imza atmaqla aktın bir nüsxəsini qəbul etmişdir. Aktın qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq akt nə cavabdeh tərəfindən, nə də onu qəbul edən Gülnarə Ələkbərova tərəfindən mübahisələndirilməmişdir. Qanunvercilikldə bu qəbildən olan aktların mübahisələndirilməsi ilə bağlı müddət müəyyən edilmədiyinə, oxşar içtimai münasibətləri tənzimləyən hüquq norması olmadığına görə qanunun analogiyası tətbiq edilərək İnzibati Prosessual Məcəllənin inzibati aktın mübahisələndirilməsinə dair normanın tələbləri tətbiq edilir. Akta imza ataraq qəbul edən Gülnarə Ələkbərova (cavabdehin qızı) KATV-yə baxdığını etiraf etmişdir. Eyni zamanda, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2012-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2012-ci ilədək olan müddət 111 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 33.30 manat təşkil edir. İddiaçı MMCilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələrinin tələblərini rəhbər tutataraq, müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş 6592 N saylı, xx.xx.2017-ci il tarixli Akta əsasən "xxxx" hüquq firmasının və “KATV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri,ünvan 1al rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57 ev “B”, 15 saylı mənzil ünvanda kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Habelə, iş materiallarındakı arayışlardan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri,ünvan 1al rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57 ev “B”, 15 saylı mənzil ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2012-ci il tarixinədək son ödəməsini edib və xx.xx.2012-ci il tarixdə 22,50 manat borcla şəbəkədən ayrılmışdır. Habelə, Bakı şəhəri,ünvan 1al rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57 ev “B”, 15 saylı mənzilə sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat ”AG Telekom” MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ”AG Telekom” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 33,30 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat və 30,40 manat dövlət rüsumu, cəmi 163,70 manat məbləğində pul cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, nümayəndəyə çəkilən 100 manat ağılabatan məbəğ kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 33,30 manat abunə haqqı qismində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 163,70 (yüz altmış üç manat 70 qəpik) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri ünvan 1al Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-4632/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4632/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver