Məhkəmə qərarları › İş №e-2(004)-4645/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-4645/2023

07.09.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-4645/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – ünvan 1 ünvanında qeydiyyatda olan Kreditor, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: Kreditor ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu hər ay qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Kreditor ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə ailə quraraq, 23 sentyabr 2015-ci il tarixdə, 488 nömrə ilə Yasamal rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan 12 iyul 2016-cı il tarixdə X4 və 19 sentyabr 2019-cu il tarixdə X5 doğulmuşdur. Borclu ilə 15 fevral 2023-cü il tarixdən faktiki olaraq ayrılmışlar və bir yerdə yaşamırlar. Uşaqları onun himayəsindədir. Borclu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Xidmətində xidmət edir. Alimet tələbi ilə borcluya mediasiya təklifi göndərsə də borclu tərəfindən təklifinə cavab verilməmişdir. Bununla bağlı 04 sentyabr 2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında borclu iştirak etməmişdir. Buna görədə mediator tərəfindən müvafiq arayış verilmişdir.. Bu halları nəzərə alaraq, hesab edir ki, uşaqlarının saxlanılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən borclunun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsində aliment ödənilməsi barədə əmr verilməlidir. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X2 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 488 nömrə ilə qeyd edilmişdir.Nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. Kreditor və Borclu barəsində Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, onların birgə nikahından övladları 12 iyul 2016-cı il təvəllüdlü X4 və 19 sentyabr 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.4cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Tələbdən də göründüyü kimi tələb atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlara alınmentin verilməsi tələbini nəzərdə tutur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMRETDİM: 12 iyul 2016-cı il təvəllüdlü X4 və 19 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Borclu hər ay qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Kreditor ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar