Məhkəmə qərarları › İş №e-2(004)-4665/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4665/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4665/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh2 və zamin Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı nisyə-alqı satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 193 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 37 ABŞ dolları cərimə, cəmi 230 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və zamin Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onlar tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan “xxxx” MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət xx xxxxxx 2018-ci il tarixdə fəaliyyətə başlamış, nizamnamə kapitalı 5 manat olan hüquqi şəxsdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alqı-saqı müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” MMC bir ədəd Xiaomi Note 4 64GB Black markalı satış qiyməti 222 ABŞ dolları olan mobil telefonu ilkin satış qiymətindən 29 dollar ödənilmək, qalan məbləğin isə ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərtləri ilə verməyi, Cavabdeh2 isə "malı" qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilənin 3.5-ci maddəsində alıcı tərəfindən ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödənilməsi müddəası öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alqı-saqı müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 adına tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, o, ümumi dəyəri 222 ABŞ dolları olan "malın" dəyərinin ilkin ödənişi kimi 29 dollar ödəmiş və növbəti 12 ay ərzində qalan məbləği hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh2 "Xiaomi Note 4" markalı mobil telefonu qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı nisyə-alqı satqı müqaviləsi və həmin tarixdə bağlanmış VİP 17483 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 193 ABŞ dollar əsas borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 37 ABŞ dolları cərimə, cəmi isə 230 ABŞ dolları borcları vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “xxxx” MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xəbərdarlıq məktubudan görünür ki, onlar “xxxx” MMC-yə borclarının olması barədə xəbərdar edilmişdirlər. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı nisyə-alqı satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 193 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 37 ABŞ dolları cərimə, cəmi 230 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2dan və zamin Cavabdeh1 müştərək qadada Azərbaycan Respublikasının ödəniş vasitəsi olan manatla, ödəniş gününün məzənnəsinə uyğun olaraq tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı nisyə-alqı satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bağlanmış VİP 17483 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 193 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 37 ABŞ dolları cərimə, cəmi 230 ABŞ dolları (Azərbaycan Respublikasının ödəniş vasitəsi olan manatla, ödəniş gününün məzənnəsinə uyğun olaraq) və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar