Məhkəmə qərarları › İş №e-2(004)-4686/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4686/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4686/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq etdiklərini və mülki işin icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:

1. Borcalan Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli 6090***- *******02L Ns-li kredit limiti müqaviləsi üzrə 13 dekabr 2023-cü il tarixə Banka 8529,78 AZN əsas borc, 157,97 AZN faiz borcu və 56,49 AZN cərimə olmaqla, cəmi 8744,24 AZN (səkkiz min yeddi yüz qırx dörd manat 31 qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 8744,24 AZN borcunu 5 yanvar 2024-cü ildən başlayaraq 5 dekabr 2027-ci ilə qədər 48 (qırx səkkiz) ay müddətində, həmin borc məbləğinə illik 19 (on doqquz) faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 5-dən gec olmayaraq ayda 262 AZN (iki yüz altmış iki manat) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.

3. Ekspertiza xərci (100 AZN) Borcalan tərəfindən ödəniləcək.

4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.

5. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

6. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla Tərəflərdə saxlanılır.

7. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. Borcalan Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli 6090***- *******02L Ns-li kredit limiti müqaviləsi üzrə 13 dekabr 2023-cü il tarixə Banka 8529,78 AZN əsas borc, 157,97 AZN faiz borcu və 56,49 AZN cərimə olmaqla, cəmi 8744,24 AZN (səkkiz min yeddi yüz qırx dörd manat 31 qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 8744,24 AZN borcunu 5 yanvar 2024-cü ildən başlayaraq 5 dekabr 2027ci ilə qədər 48 (qırx səkkiz) ay müddətində, həmin borc məbləğinə illik 19 (on doqquz) faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 5-dən gec olmayaraq ayda 262 AZN (iki yüz altmış iki manat) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.

3. Ekspertiza xərci (100 AZN) Borcalan tərəfindən ödəniləcək.

4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.

5. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

6. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla Tərəflərdə saxlanılır.

7. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar