Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4702/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə cəmi 13.000 manat məbləğində vəsaitin, ödənilmiş 130 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 112GTKR0153550AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. Cavabadeh Cavabdeh kredit verilərkən iddiaçı (kredit müqaviləsi üzrə zamin olmuş) İddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixli, Z-112GTKR0153550AA saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması Cavabdeh tərəfindən təmin edilməmiş, əksinə onun öhdəliyinə görə ona məxsus maaş kartı hesabından hər ay aylıq ödəniş üzrə silinmələr aparılmışdır. Cavabdeh kredit öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 17696,34 manat məbləğində qalıq borc xx.xx.2020-ci il tarixli, RGTK1849398A112 saylı kredit müqaviləsi üzrə iddiaçı (kredit müqaviləsi üzrə zamin olmuş) İddiaçı adına restrukturizasiya olunmuşdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı cəmi 13000 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin müddəalarını rəhbər tutaraq, iddiaçı və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, 2018-ci ildə cavabdeh 20000 manat məbləğində kredit götürüb. İddiaçı da ona zamin olub. Cavabdeh işdən çıxandan sonra ödənişləri etməyib və bütün ödənişlər zamindən tutulub, belə ki, hər ay 650 manat kartından silinib. 2020-ci ildə iddiaçı banka gedir, cavabdehin qalıq 17000 manat borcu onun adına restrukturizasiya olunur. İddiaçının özünün də 4000-5000 manat banka borcu olmuşdur. 2020-ci ilə qədər 13000 manat pul iddiaçının kartından silinib. 17000 manat həm cavabdehi, həm də iddiaçının öz borcunun cəmidir. Hər ay iddiaçının kartından 650 manat pul silinib. Ola bilər ki, tərəflər arasında hər hansısa bir razılaşma olub, müəyyən miqdarda pul cavabdeh tərəfindən ödənilib. Bu məsələ də araşdırılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun heç kimə borcu olmamışdır. Onun borcu banka olub. O, iddiaçıya zamin olmuş, iddiaçı da ona zamin olub. Sonra o, işdən çıxmış, ödənişləri iddiaçı etmişdir. İddiaçının hər ay maaşından tutulduğuna görə o, ödənişləri banka deyil, iddiaçının özünə etmişdir. Qəbzləri də var. Bütün məbləği ödəməsə də gücü çatan qədər iddiaçıya ödənişləri etmişdir. O, özü ona demişdir ki, bu ay ona filan məbləğdə ödəsin, o da həmin qaydada ödənişləri etmişdir. Bundan əlavə olaraq, o, işdən çıxdığına görə onların idarəsi banka olan borcu bağlayıb. İddiaçı da bunu öz hesabına bağlayıb, onun borcu kənarda qalıb. İddiaçının onun borcuna görə ödədiyi məbləği bilmir. O, işdən çıxandan sonra iddiaçı ilə birlikdə banka yaxınlaşmışlar ki, iddiaçı zaminlikdən çıxsın, o, məhkəmə vasitəsi ilə işləmədiyinə görə müraciət etsin, faizlər azalsın və bölgü olsun. Sonra iddiaçı onun iştirakı olmadan banka yaxınlaşıb onun borcunu öz üzərinə götürərək öz krediti ilə birləşdirib. Bankla onun arasında 2018-ci ildə kredit müqaviləsi olub. Bankdan təxminən 16000-17000 manat məbləğində pul götürmüşdür. İddiaçının onun əvəzinə ödədiyi məbləğlə bağlı məlumatı yoxdur. Onun iddiaçıya ödədiyi məbləğ özünün dediyinə görə 2000-3000 manata yaxın olub. O, ona nə qədər ödəməli olduğunu ödəniş onun maaşından çıxıldıqdan sonra demişdir. İddiaçının özünün də krediti olmuş, o isə zamin olmuşdur. İddiaçı banka gedərək, öz krediti ilə onun (cavabdehin) kreditini birləşdirmişdir. Yəni onun kredit borcunu da öz öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Arayışında qeyd olunmuşdur ki, Cavabdeh ilə "xxxx" ASC-nin 28 may filialı arasında xx.xx.2018-ci il tarixində bağlanmış 112GTKR0153550AA saylı kredit müqaviləsi üzrə 20000 manat məbləğində kredit borcuna zamin dayanmış və Cavabdeh kredit öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 17696,34 manat məbləğində qalıq borc xx.xx.2020ci il tarixində İddiaçı adına restrukturizasiya olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 30 noyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı 112GTKR0153550AA nömrəli zaminlik müqaviləsinə əsasən əmək haqqı kartından tutulmuş vəsaitə dair çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, Z-112GTKR0153550AA saylı zaminlik müqaviləsinə əsasən zamin durduğu öhdəliyə görə xx.xx.2018-ci il tarixdən (kredit müqaviləsi bağlanandan) xx.xx.2020-ci il tarixədək (kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə restruktrizasiya olunanadək xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasında olan müddət ərzində) zaminliyə görə hər ay iddiaçının əmək haqqından tutulmuş (silinmiş) pul vəsaitlərinin məbləği 2357,89 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəzdən görünür ki, İddiaçı tərəfindən 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli, 28116 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində pul vəsaiti 4 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 112GTKR0153550AA saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu tam qaytarmamışdır. Cavabadeh Cavabdeh kredit verilərkən iddiaçı (kredit müqaviləsi üzrə zamin olmuş) İddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixli, Z-112GTKR0153550AA saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin 28 may filialı arasında xx.xx.2018-ci il tarixində bağlanmış 112GTKR0153550AA saylı kredit müqaviləsi üzrə 20000 manat məbləğində kredit borcuna zamin dayanmış və Cavabdeh kredit öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 17696,34 manat məbləğində qalıq borc xx.xx.2020-ci il tarixində İddiaçı adına restrukturizasiya olunmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə cəmi 13.000 manat məbləğində vəsaitin, ödənilmiş 130 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının reqress hüququ yarandığından, iddia tələbi qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475-ci maddəsinə əsasən: 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranır. İş materiallarında olan "xxxx" ASC-nin 30 noyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı 112GTKR0153550AA nömrəli zaminlik müqaviləsinə əsasən əmək haqqı kartından tutulmuş vəsaitə dair çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, Z-112GTKR0153550AA saylı zaminlik müqaviləsinə əsasən zamin durduğu öhdəliyə görə xx.xx.2018-ci il tarixdən (kredit müqaviləsi bağlanandan) xx.xx.2020-ci il tarixədək (kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə restruktrizasiya olunanadək xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasında olan müddət ərzində) zaminliyə görə hər ay iddiaçının əmək haqqından tutulmuş (silinmiş) pul vəsaitlərinin məbləği 2357,89 (1078.48+1078.48+200+0.93) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 2357,89 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumu olaraq ödənilmiş 130 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində qismən – 43,57 manat məbləğində, habelə hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddia tələbi qismən 2357,89 manat məbləğində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq yəni 130 manat məbləğində deyil, 43,57 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2357,89 (iki min üç yüz əlli yeddi manat səksən doqquz qəpik) manat, hüquqi yardım olaraq vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 43,57 (qırx üç manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4702/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4702/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver