Məhkəmə qərarları › İş №e-2(004)-4715/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4715/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4715/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı “xxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “456 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxx” MMC xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, borclunun borcunu tam ödədiyini bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “456 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar