Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-472/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixli 808 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.163,15 manat əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 325,50 manat faiz borcu olmaqla, cəmi 2.488,65 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2.518,65 manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli 808 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 26% ödənilmək şərtilə 3.300 manat kredit vermişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, borcu vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka 2.163,15 manat əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 325,50 manat faiz borcu olmaqla, cəmi 2.488,65 manat borcu var. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli 808 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh qızına 12 ay müddətinə illik 26% ödənilmək şərtilə 3.300 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 20.006.2012-ci il tarixə İddiaçı ASC-yə 2.163,15 manat əsas borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti bitdikdən sonra bank tərəfindən cavabdehə 325,50 manat faiz hesablanmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il tarixli 808 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.163,15 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.193,15 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış 325,50 manat faiz tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli 808 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.163,15 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.193,15 (iki min yüz doxsan üç manat on beş qəpik) manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-472/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-472/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver