Məhkəmə qərarları › İş №e-2(004)-4733/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4733/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4733/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair elektron iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 527,69 manat əsas borcu, 28,94 manat faiz borcu, 40,02 manat cərimə borcu, 04,80 manat poçt xərcləri olmaqla, cəmi 601,70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.3, 284-2-ci maddələrinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-in 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İddia ərizəsindən və AZEMİS-dən xx.xx.2019-cu il tarixdə çap edilmiş çıxarışdan müəyyən edilir ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh yaşayış yeri üzrə ünvan 1 1 ünvanda rəsmi qeydiyyatdadır. Odur ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin hazırkı iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehin rəsmi qeydə alındığı ünvanı üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.3, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar