Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4756/2024 30.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2350 manat məbləğində borc, məhkəmə üçün ödənilmiş 54 manat dövlət rüsum xərci olmaqla, cəmi 2404 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2350 manat məbləğində borc, məhkəmə üçün ödənilmiş 54 manat dövlət rüsumu xərci, vəkil üçün ödənilmiş 340 manat xərc və etibarnamə üçün ödənilmiş 17,25 manat xərc olmaqla, cəmi 2761,25 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və Cavabdeh arasında 17 oktyabr 2023-cü ildə borc müqaviləsi imzalanmışdır. Həmin borc müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh 2350 manat borc verilmişdir. Belə ki, Müqavilənin 1.1-ci bəndinə əsasən borc alan Cavabdeh xx.xx.2024-cü il tarixədək borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən xx.xx.2023-cü il tarinədək 784 manat, xx.xx.2023-cü il tarixinədək 784 manat, xx.xx.2024-cü il tarinədək 782 manat borcun ödənilməsi həyata keçirilməli idi. Lakin ödəmə həyata keçirilməmiş, öhdəlik icra edilməmişdir. Cavabdeh almış olduğu pulu 17 yanvar 2024cü il tarixinə kimi tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən borc ilə bağlı izahat verilmişdir. Belə ki, həmin izahatda göstərmişdir ki, avqust ayının 1-10 aralığından başlayaraq 3 ay ərzində aldığı 2350 manat borcu qaytaracaqdır. Lakin Cavabdeh heç bir ödəmə etməmiş, ödəmə niyyətinin olmadığını ifadə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvalayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən 2350 manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsinin xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2024-cü il tarixədək 784 manat olmaqla, həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Quliyev X2 Fuad Qalib oğlu ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 2350 manat borcun qaytarılması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi imzalanmış, borc müqaviləsinə əsasən ona 2350 manat borc verilmişdir. Həmin borc hər ay 784 manat olmaqla 3 ay ərzində tərəfindən qaytarılmalı idi. Maddi vəziyyəti yaxşı olmadığından öhdəliyində olan 2350 manat pul vəsaitini ilkin olaraq 1-10 aralığından başlayaraq 3 ay müddətində ödəyəcəyinə söz vermişdir. Yəni son müddət oktyabrın 10-dək pul vəsaitinin ödənilməsinə təminat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan İddiaçı Qabil oğlu tərəfindən Nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 7E-7010 nömrə ilə qeyd edilmiş məhkəmədə təmsilçiliklə bağlı verilmiş etibarnamədən görünür ki, İddiaçı Qabil oğlundan 17,25 manat məbləğində haqq tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Qabil oğlu tərəfindən 340 manat məbləğində pul vəsaiti 14 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli Vəkil orderindən görünür ki, 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə İddiaçı Yasamal Rayon Məhkəməsində pul tələbi ilə bağlı hüquqi yardım göstərəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı şəkildə xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2350 manat məbləğində pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsinin xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2024-cü il tarixədək 784 manat olmaqla, həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə olan 2350 manat məbləğində borcunu son müddət 2024-cü ilin oktyabrın 10dək qaytaracağına təminat vermişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş borcu İddiaçı qaytarmamışdır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə ki, qeyd edilənlər nəzərə alınmaqla, Cavabdeh 2350 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi digər hissələrdə də təmin olunmalı, hazırkı iddianın qaldırılması ilə əlaqədar xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 340 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pul və etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat da tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2350 (iki min üş yüz əlli) manat pul, hüquqi yardıma görə ödənilmiş 340 (üç yüz qırx) manat, etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 (əlli dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 2350 (iki min üş yüz əlli) manat pul, hüquqi yardıma görə ödənilmiş 340 (üç yüz qırx) manat, etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 (əlli dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4756/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4756/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver