Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4759/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 436,05 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 466,45 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 1011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar alınmışdır. Bu məqsədlə İddiaçı MMC Bakı şəhərində kabel televiziyasının yayımlanması üçün kabel şəbəkəsini qurmaqla müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 47B, 97 saylı mənzildə qanunsuz qoşulma barədə aktlar tərtib edilən zamanı cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 17,4 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2013-cü ildə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0105 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 0834 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sonradan, yəni üçüncü dəfə xx.xx.2014-cü il tarixdə Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 1665 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Bundan sonra adıçəkilən ünvana xx.xx.2016-cı ildə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Bundan sonra yəni dördüncü dəfə xx.xx.2019-cu il tarixdə Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 7588 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edir ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qanunsuz qoşulma barədə xx.xx.2013-cü ildə tərtib edilmiş aktdan xx.xx.2014-cü ildə tərtib edilmiş akta qədər ötən zaman zərfi 315 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 30 qəpik madddi ziyan hesablanmaqla 94,50 manat təşkil edir. Son baxış keçirildiyi xx.xx.2016-cı ildən xx.xx.2019-cu ildə tərtib edilmiş akta qədər ötən müddət 1035 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 33 qəpik maddi ziyan hesablanmaqla 341,55 manat maddi ziyan təşkil edir. Beləliklə tərtib edilmiş aktlar üzrə ümumilikdə 436,05 manat məbləğində iddiaçıya maddi ziyan vurulmuşdur. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş lakin məktub geri qayıtmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 0105 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Əməkdaşlar aktı təqdim etmək məqsədilə qapını döymüş, lakin açan olmamışdır, aktın surətini mənzilin qapısına qoymuşlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 0834 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Qapını açan xanım “KATV1”-ə baxdığını etiraf etmiş və aktı imzalayaraq qəbul etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 1665 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Əməkdaşlar aktı təqdim etmək məqsədilə qapını döymüş, lakin açan olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 7588 nömrəli aktın surətinə əsasən "xxxx" MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilə kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Əməkdaşlar aktı təqdim etmək məqsədilə qapını döymüş, lakin açan olmamışdır, aktın surətini mənzilin qapısına qoymuşlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzildə yaşayan Cavabdeh arasında bağlanmış müqavilə üzrə həmin ünvan xx.xx.2012-ci il tarixdə şəbəkəyə qoşulmuş, xx.xx.2013-cü il tarixədək son ödəməni edərək xx.xx.2013-cü il tarixdə 17,4 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiellarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********42 nömrəli, xx.xx.2022-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İşin müəyyən edilmiş halları odur ki, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2014-cü və xx.xx.2019-cu il tarixlərdə "xxxx" hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi, ev 20N, 97 saylı mənzilə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0105, 0834, 1665 və 7588 saylı aktlar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 0105 nömrəli, xx.xx.2014-cü il tarixli, 1665 nömrəli və xx.xx.2019-cu il tarixli, 7588 nömrəli aktlardan görünür ki, həmin aktlar tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın mənzil sahibinə təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslərdən X1 (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Aktların 2013, 2014 və 2019-cu il tarixlərdə tərtib edilməsinə baxmayaraq bu müddət ərzində aktla bağlı cavabdehdən pul istənilməmiş və sonuncu aktın tərtib olunmasından 3 il sonra məhkəməyə müraciət olunmuşdur. Bu da aktın doğruluğuna şübhə yaratmaqdadır. Aktın surətinin qapıya qoyulması məhkəmə tərəfindən yetərli tədbir kimi qiymətləndirilmir. Həmçinin iddiaçı iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüyə əsaslandığını bildirsə də, məhkəmə iclasında həmin videogörüntülər izlənilmiş və məlum olmuşdur ki, videoçəkiliş digər şəxsin xəbəri olmadan, qanunsuz olaraq aparılmışdır. Buna görə də qeyd olunan videogörüntü sübut kimi qiymətləndirilə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrində, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 436,05 manat vurulmuş zərərin, iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 466,45 (dörd yüz altmış altı manat qırx beş qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq, qoşulma nəticəsində 436,05 manat vurulmuş zərərin, iddia ərizəsi verilərkən ödənilmiş xidmət haqqı daxil olmaqla 30,4 manat dövlət rüsumunun, ümumilikdə 466,45 (dörd yüz altmış altı manat qırx beş qəpik) manat məbləğində pulun tutulmasına dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4759/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4759/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver