Məhkəmə qərarları › İş №e-2(004)-4783/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4783/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4783/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət əməli nəticəsində iddiaçıya vurduğu 18600 manat məbləğində maddi zərərin, habelə 220 manat vəkilin hüquqi xidmət haqqının, 147 manat dövlət rüsumunu və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 384,25 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı dələduzluq edərək, ondan özünü, qardaşı X1 və tanışı X4 X2 təhsil almaları üçün sənədləşmə işlərini həll edəcəyi barədə yalan vəd verib aldatmaqla və etibarından sui-istifadə etməklə 26 may 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək 22 dəfəyə Bakı şəhərinin müxtəlif yerlərində ondan 21600 manat pulunu alaraq, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu məsələlər bütün epizodlar üzrə cinayət mühakimə icraatı qaydasında ibtidai araşdırma və məhkəmə istintaqı gedişində araşdırılmış və sübut edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 1(004)-51/2024 nömrəli hökmü ilə Cavabdeh İddiaçı və digər şəxslərə qarşı dələduzluq edərək pulların mənimsədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanılır. X3 cinayət işi üzrə ona vurulmuş zərərin ödənilməsi barədə məhkəməyə iddia verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh olduğu cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə iddia tələbinə münasibətinin bildirilməsi üçün məhkəmə bildirişi göndərilmiş, lakin o, iddiaya dair hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-51/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01,2024cü il tarixli, 1(005)-52/2024 saylı hökmü ilə təyin olunmuş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanması, Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-52/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkməsi nəzərə alınması və Cavabdeh məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili X5 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bəhruzun hissə-hissə pulunu almışdır, 18.000 manat ziyandır, 3.000 manatını qaytarmışdır, cəmi 21.000 manat olmuşdur, Mənsurə Muradovaya 4.000 manatı tam şəkildə qaytarmışdır, sadəcə Həşimov Əbdürrəhmanın 1.000 manatı qalmışdır. O heç kəsə deməmişdir ki, gətirib pul versin, əvvəllər Xarici İşlər Nazirliyində işlədiyi üçün orada əlaqələri olmuşdur və həmişə viza almışdır, lakin bu dəfə alınmamışdır. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli 3269 saylı qəbzin surətindən görünür ki, X3 tərəfindən vəkil Nümayəndə 220 (iki yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan AR-İİİ 445539 saylı xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən etibarnamənin təsdiqi üçün 17,25 manat haqq ödənilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli ********** saylı qəbzin surətindən görünür ki, X3 tərəfindən 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu ödəniş edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-51/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Hazırda İddiaçı Cavabdeh 18.600 manat maddi zərərin, habelə 220 manat vəkilin hüquqi xidmət haqqının, 147 manat dövlət rüsumunu və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 384,25 manat məbləğində məhkəmə xərclərinin tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 21000 manat ziyan vurması və halhazırda vurulmuş maddi ziyana görə 18000 manat qalıq borcunun qalması cavabdehin cinayət işinin icraatı zamanı vermiş olduğu ifadəsi ilə öz təsdiqini tapır. İddiaçı qalıq məbləğin 18600 manat olmasını qeyd etsə də, buna dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 18.000 (on səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iş materiallarında müvafiq qəbzlər olduğundan həmin hissələrdə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, məhkəmə bildirir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 (yüz qırx yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 18.000 (on səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Vəkilin hüquqi xidmətinə görə 220 (iki yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 (yüz qırx yeddi) manat və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar