Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4798/2023 20.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2017-ci il tarixli 29-MK/4660 nömrəli kredit müqaviləsin üzrəcəmi 11738.84 (on bir min yeddi yüz otuz səkkiz dollar 84 sent) ABŞ dolları məbləğində borcun-bundan 7731.41 (yeddi min yeddi yüz otuz bir dollar 41 sent) ABŞ dollarıəsas, 2584.88 (iki min beş yüz səksən dörd dollar 88 sent) ABŞ dollarıfaiz borcunun, 1080.15 (bir min səksən dollar 15 sent) ABŞ dollarıcərimənin və 342.40 (üç yüz qırx iki dollar 40 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 149.87 (yüz qırx doqquz manat 87 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə Cavabdeh2 ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçı tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Maddə 1. Sazişin mövzusu Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 29-MK/4660 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, yaranmış 7 731.41 ABŞ dolları məbləğində əsas, 2 584.88 ABŞ dolları məbləğində faiz,1080.15 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış 342.40 ABŞ dolları borcu olmaqla, cəmi 11 738.23 ABŞ dolları borc məbləğinin və 149.87 manat dövlət rüsumunun cavabdehlərdən (borclu və zaminlərdən) tutulması tələbinə dair məhkəmə mübahisəsi. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 29-MK/4660 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə bank əməliyyat sistemində 7 731.41 ABŞ dolları məbləğində əsas, 2 626.67 ABŞ dolları məbləğində faiz,1080.15 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 11 438.23 ABŞ dolları icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən 30 (otuz) gün müddətinə ilkin 250 ABŞ dolları kredit borcundan ödənildikdən sonra, güzəştlərin edilməsini məqsədəmüvafiq hesab edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra cərimə borcuna tam, faiz borcunun isə 40 % miqdarına güzəşt olunmaqla, bank əməliyyat sistemində qalan qalıq borcun 36 ay müddətinə bərabər hissələrə bölünməklə, tam ödənilməsi təmin edilsin. 2.4. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl etmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir və iddiaçı cavabdehə bildiriş vermədən dərhal Barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar
4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur.
Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, 2(004)-4798/2023 saylı mülki iş ilə əlaqədar iddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 31 oktyabr 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında 31 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən mülki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülnar Babazadə