Məhkəmə qərarları › İş №e-2(004)-4872/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4872/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4872/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6896,00 (altı min səkkiz yüz doxsan altı manat) dəyərində zərər məbləğini, əlavə olaraq müəyyən edilən bazar qiymətinin düşmə dəyərini, əlavə iddiaçı tərəfindən 88,96 (səksən səkkiz manat doxsan altı qəpik) məbləğində ödənilmiş dövlət rüsumu, ümumi olaraq 6984,96 manat (altı min doqquz yüz səksən dörd manat doxsan altı qəpik) və müəyyən edilmiş bazar qiymətinin fərqini və məhkəmədə yarana biləcək digər xərclərini tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 10 oktyabr 2024-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-də sürücü kimi əmək müqaviəsi əsasında işə qəbul olunmuşdur. Əmək funksiyası sifariş əsasında müştəri və ya müştəriləri qeyd olunan ünvanlara aparmaq və ya ünvandan götürmək olub. xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində iş vaxtı bitdikdən sonra şirkət tərəfindən ona bildirildi ki, müştərini qeyd olunan ünvandan götürməlidir. Şəhərdə həmin saatlarda nəqliyyat sıxlığı olduğuna görə idarə etdiyi nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Həmin qəza sıxlıq nəticəsində olmuşdur. Narkoloji və alkoqol testindən keçmişdir. DYP əməkdaşları hadisə yerinə çağrıldı və hadisənin təfərrüatları dəqiqləşdi. DYP rəyinə əsasən günahın onda olduğu müəyyənləşmişdir. İşlədiyi şirkətə bildirmişdir ki, maşına dəymiş maddi zərəri ödəyək. Şirkət rəhbərinə bildirmişdir ki, ona şərait yaratsınlar, əmək haqqından hər ay hissə-hissə ödəsin. Lakin, İddiaçı MMC-nin rəhbərliyi onu işdən kənar etdi və nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə əmək müqaviləsinə xilam verilmişdir. Həmin işlə bağlı hal-hazırda Xətai Rayon Məhkəməsində işi davam edir: iş № 2(011)-8041/2024. İddiaçı MMC ilə aralarında olan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan iddiaçı ilkin olaraq mediasiya təklifi göndərməmiş və birbaşa məhkəməyə müraciət etmişdir. Hesab edir ki, “Mediasiya haqqında” Qanunun və MPM-nin müvafiq tələbləri pozulmuşdur. Bu baxımnan iddianın geri qaytarılmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC onu statya ilə işdən çıxararkən onlara özü və etibarnamə üzrə nümayəndəsi bildirdimişlər ki, dəymiş ziyanın ödənilməsindən boyun qaçırmır. Lakin, həmin maddi zərərin hissə-hissə əmək haqqından tutulmasını işəgötürəndən xahiş etmişdir. İşəgötürən aqressiv şəkildə pulun hamısının birdəfəyə ödənilməsini tələb edib. Bu da onun maddi vəziyyəti ilə uyğun gəlmir. İddiaçı tələb edir ki, dəymiş zərər 68% manat təşkil edir və əlavə olaraq avtomobilin təmirdə olduğu dövr üçün də gündəlik maddi zərərin hesablanıb ondan tutulmasını tələb edir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı işəgötürənlə razılıq xahiş etsə də, işəgötürən tərəfindən heç bir razılığa gəlinməmişdir. Dəymiş maddi ziyanın məbləği haqqında müstəqil ekspert rəyi olmamışdır. Servis tərəfindən ziyanın məbləği barədə ödəniş tapşırığı barədə qaimə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri və normativ-hüquqi aktların tələblərini nəzərə alaraq, məhkəmədən iddianın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən əmək münasibətlərindən irəli gələn Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin tələbinə əsaslanaraq maddi ziyanın ödənilməsini tələb edir. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.13-cü maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 58,96 (əlli səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar